13 May 2025 08:50
436
İQTİSADİYYAT
A- A+
Ənənəyə sadiq, yeniliyə açıq

Ənənəyə sadiq, yeniliyə açıq


Masallı əhalisinin sayına görə ölkəmizin böyük rayonlarından sayılır. 227,7 min əhalisi olan rayonda 1 kvadrat kilometrə 318 nəfər düşür ki, bu da dünya üzrə əhali sıxlığından 7 dəfə çoxdur. 

Elmi cəhətdən əsaslandırılan yazılı mənbələrə görə, rayon ərazisində qədim insanlar 15-20 min il əvvəl yaşayıblar. Toponim kimi Masallının adı daha çox "məsəlli" - məsəl çəkilən yer mənasında izah olunur. Amma Masallı sözünün mosullu sözündən yarandığı, "masal" nəslinə mənsub olduğu da ehtimallar sırasındadır. Hətta "Tomris əfsanəsi"ndə adı keçən Massaget çarlığı ilə bağlı olduğunu da düşünənlər də var. Bütün hallarda rayon ərazisindəki Çaxırlı və  Ərkivan qalaları, Balacatəpə, Xanıştəpə kurqanları, daş qoç fiquru, Mollaoba və Boradigah məscidləri, Mir Heydər ağa ocağı, Boradigah hamamı və s. abidələr ərazinin qədimliyindən soraq verir. 

İnzibati ərazi kimi 1930-cu ildə təsis edilən Masallı Azərbaycana 230-dan çox elmlər doktoru və elmlər namizədi, 6 general, 100-ə yaxın yazıçı və şair, müxtəlif sahələrdə çalışan nüfuzlu şəxslər bəxş edib. 50 nəfərdən çox rayon sakini keçmiş SSRİ-nin ən ali mükafatlarına - Sosialist Əməyi Qəhrəmanı fəxri adına və "Lenin" ordeninə layiq görülüb. Eyni zamanda Masallı yeraltı və yerüstü sərvətləri ilə də zəngindir. Onun İsti suyu min bir dərdin dərmanıdır. Bu su yel, oynaq, əsəb, bir çox dəri, habelə mədə-bağırsaq xəstəliklərinin müalicəsində ən yaxşı çarə hesab olunur. Rayon ərazisindəki Qızılağac qoruğu 248 növ quş və 54 növ balığın "ev sahibi"dir. 

Bütün bunlar Masallını həm də turizm regionuna çevirib. "Gülüstan", "Baba bulağı", "İsti su", "Cənnət bağı", "Dəmirağac", "Dəştvənd", "Olimp", "Nağıl dünyası" və digər istirahət mərkəzləri hər il minlərlə turisti öz qoynuna alır. Qonaqlar bu yerlərin təbiətinə valeh olurlar. Çox yox, 3-4 ay sonra qayıdanda neçə-neçə yeniliyə şahidlik edirlər. Hər sahədə dirçəliş, tərəqqi diqqət çəkir. Seybətin döngəsindən şəhərə girib Heydər Əliyev prospekti ilə irəlilədikcə yolun hər iki tərəfindəki müasir, yaraşıqlı binalar, səliqə-sahman könül açır, göz oxşayır. Onu da qeyd edək ki, sovet quruluşunun mövcud olduğu 70 il ərzində də Masallı inkişafı ilə regionda seçilib. Bunu danmaq, inkar etmək insafsızlıq olardı. Lakin müstəqillik dövründə, xüsusən 2004-cü ildən başlayaraq, daha doğrusu, regional inkişaf proqramlarının icrasından sonra yığılıb qalan problemlərin həllinə start verildi. Yollar təmir edildi, yeniləri çəkildi, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları tikildi, fəaliyyətini dayandırmış müəssisələrin çoxu işə salındı, təzələri tikilib istifadəyə verildi, minlərlə yeni iş yerləri açıldı, ən əsası, işıq, qaz, su problemləri həll olundu və s. 

Dövlət başçısının sərəncamı ilə yaradılan Masallı Sənaye Məhəlləsində hazırda müxtəlif adda məhsullar istehsal edilir. Məhəllədə şəhid ailələrinin üzvləri, qazilər və arzusu olan başqa gənclər üçün peşə-ixtisas kursları təşkil olunub. Onlar kursu başa vurduqdan sonra məhəllədəki müəssisələrdə işlə təmin edilirlər. 

Masallıda mebel sənayesi inkişaf edib. Bu sahə üzrə rayonda 10-a yaxın müəssisə, fabrik və sex fəaliyyət göstərir. "EMBAWOOD" mebel fabrikinin Bakıda və digər bölgələrdə geniş satış şəbəkələri var. Fabrikin istehsal etdiyi yüksəkkeyfiyyətli məhsullar bir çox xarici ölkələrə də ixrac edilir. 

Masallı həm də iri kənd təsərrüfatı rayonudur. Dövlətin dəstəyi ilə buradakı istixanalarda pomidor, xiyar, bibər və s. tərəvəz məhsulları yetişdirilərək daxili bazarlarla bərabər, xaricə də göndərilir. Rayonda çayçılığın, sitrus meyvəçiliyinin, çəltikçiliyin, baramaçılığın, tərəvəzçiliyin, tütünçülüyün inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir. Yaxşı gəlir gətirdiyindən fermerlər kartof, çiyələk yetişdirilməsinə də maraq göstərirlər. 

Keçən ilin payızında 7 min 464 hektarda buğda, 2 min 967 hektarda arpa, 2 min 987 hektarda vələmir əkilmişdir. Əkinçilər hazırda taxıl biçininə hazırlaşırlar. Rayon üzrə 2 min 500 hektardan çox sahədə yazlıq bitkilərin əkini aparılmışdır ki, bunun da 800 hektarı kartof, 50 hektarı xiyar, 100 hektarı yemiş, 40 hektarı badımcan, 70 hektarı soğan, 80 hektarı sarımsaq, 200 hektarı dənli-paxlalı  və digər bitkilərdir. Çəltik əkini aparılması nəzərdə tutulan 35 hektarda lazımi işlər görülür. 

Heyvandarlığa gəldikdə, rayon ərazisində ayrı-ayrı fermerlər tərəfindən 73 min baş qaramal, 96 min baş davar və 532 min baş ev quşları saxlanılır. Keçən il süni mayalanma yolu ilə 1827, cari ilin birinci rübündə isə 401 baş sağlam buzov alınmışdır. 

Barama istehsalı da ildən-ilə artır. Bunun üçün Çin Xalq Respublikasından 60 min  tut tingi gətirilmişdir. Nəticədə, məsələn, əgər 2007-ci ildə rayonda 469 kiloqram barama istehsal olunmuşdusa, ötən il bu göstərici 3 min 886 kiloqrama çatmışdır. 


Seyran CAVADOV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb  

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!