04 May 2024 08:55
239
CƏMİYYƏT
A- A+

Ən çox alqışlanan "balaca əsgər"

 

Aprel döyüşlərinə həsr olunmuş "Qələbəni qanı ilə yazanlar" adlı çox maraqlı və məzmunlu bir tədbirə dəvət olunmuşduq. 

 

Çıxışlar başa çatandan sonra bədii hissə başladı. Musiqiçilər vətənpərvərliyi, qəhrəmanlığı tərənnüm edən mahnılar oxudular. Bu mahnılar ovqatımıza ovqat qatdı, bulaq suyu kimi ürəyimizə, qəlbimizə axdı. Mahnılar bitən kimi şagirdlər mövzuya uyğun olan ədəbi-bədii kompazisiya nümayiş etdirdilər. Məktəblilərin çıxışı maraqla qarşılandı. Sonra şeir söyləmək üçün hərbi forma geyinmiş balaca bir uşaq səhnəyə dəvət edildi. Yerişindən, duruşundan, geyimindən ona "balaca əsgər" də demək olardı. İti addımlarla səhnəyə çıxan uşaq mikrofona yaxınlaşıb şeir deməyə başladı. Onun şeir söyləmək bacarığı, intonasiyası bir an içində tədbir iştirakçılarını heyran etdi. Tədbirdə ən çox alqışlanan da elə "balaca əsgər" oldu.
Tədbir başa çatandan sonra onunla söhbət edib, yaxından tanış olduq. Öyrəndik ki, adı Rahil, soyadı da Məmmədzadədir. 7 yaşı olan "balaca əsgər" tədbirlərdə tez-tez iştirak edir. Vətənə, qəhrəmanlığa həsr olunmuş şeirlər söyləyir. Deyir ki, məktəbə gedəndə dərslərimi yaxşı oxuyacam, şeir yazacam, əsgər olacam.
"Balaca əsgər" tədbirə anası Reyhan Məmmədova ilə gəlmişdi. Reyhan xanım dedi ki, Rahil poeziyaya xüsusi həvəs göstərir. Beş yaşından onda bu sahəyə maraq yaranıb. Bir gün Rahil atasına dedi ki, mənə əsgər paltarı alın. Emin də  onun arzusunu yerinə yetirdi. İndi oğlum hərbi formanı böyük həvəslə əyninə geyinərək tədbirlərə gedir.
Söhbətimiz başa çatandan sonra Rahil tədbir iştirakçıları ilə şəkil çəkdirdi. "Balaca əsgər"in söz-söhbəti hamıya xoş gəldi. Yaşından irəli söylədiyi fikirlərə əsaslanıb demək olar ki, indidən əyninə əsgər forması geyinmiş Rahil gələcəkdə qoynunda doğulduğu doğma ölkəsinə layiqli vətəndaş olacaq.  

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video