29 Iyun 2024 12:29
285
DÜNYA
A- A+

Ən bahalı "Veyron" satışa çıxarılıb

 

"Bugatti Veyron Grand Sport Vitesse"nin unikal nüsxəsi "Mechatronik" saytında satışa çıxarılıb. Avtomobilin kuzovu 20 tondan çox çəkisi olan bütöv bir alüminium parçasından hazırlanıb. Onun qiyməti göstərilməsə də, təsvirdə deyilir ki, bu, "Veyron" modelinin tarixində ən mürəkkəb və ən bahalı nümunəsidir.
Nəqliyyat vasitəsi 2015-ci ildə istehsal edilib və müştərinin fərdi sifarişinə əsasən, onun kuzovu qaynaqdan istifadə edilmədən bütöv bir alüminium parçasından hazırlanıb. Avtomobil 1000 at gücü hasil edən dörd turbinli səkkiz litrlik mühərrikə malikdir. O, 100 km/saat həddinə 2,6 saniyəyə sürətlənir. Maksimal sürəti isə 375 km/saatdır.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video