28 Iyun 2024 08:35
135
Təhsil
A- A+

Əlvida, tələbəlik illəri!

 

Azərbaycan Texnologiya Universitetində "Məzun günü" keçirilmişdir

 

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Texnologiya Universitetinin (ATU) rektor əvəzi Yaşar Ömərov, mobil operator "Nar"ın Baş icraçı direktoru Qunnar Panke, Vətən müharibəsi iştirakçıları, universitetin müəllim kollektivi, valideynlər və məzunlar iştirak etmişlər.
Niyazi Bayramov çıxış edərək Azərbaycan təhsilinin inkişafında  Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışmış və Prezident  İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasət nəticəsində qazanılmış uğurları diqqətə çatdırmışdır. Sonra Yaşar Ömərov "Məzun günü" münasibətilə gəncləri təbrik etmiş, onların layiqli vətəndaş olacaqlarına, həyatda uğurlara imza atacaqlarına əminlik ifadə etmişdir.
Çıxışlardan sonra universitetin ictimai həyatında və idman sahəsində fərqlənən tələbələrə fəxri fərmanlar təqdim olunmuşdur. "Məzun günü" "Eurovision-2022" müsabiqəsində ölkəmizi təmsil edən gənc və istedadlı ifaçı Nadir Rüstəmlinin konsert proqramı ilə davam etmişdir. Sonda məzunlar Vətənə, xalqa, dövlətə sadiq qalacaqlarına, çalışacaqları sahələrdə layiqli mütəxəssis olacaqlarına and içmişlər. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video