28 Iyun 2024 08:40
171
İQTİSADİYYAT
A- A+

Əhalinin işlə təminatında şəffaflıq vacib şərtdir

 

"Şirin Aqro" QSC bu sahədə nümunə göstərir

 

Göygöl rayonunda fəaliyyət göstərən "Şirin Aqro" QSC-də keçirilən görüşdə rayon icra hakimiyyəti başçısının müavini, Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının, Göygöl KOB dostu, rayon Statistika İdarəsinin, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.
Görüşdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması, rəsmiləşdirilməyən əmək münasibətləri və bu sahədə olan problemlərin aradan qaldırılması, bazar iqtisadiyyatı şəraitində dövlət və qeyri-dövlət müəssisələrində işaxtaran və işsiz vətəndaşların məşğulluq problemlərinin həllinə nail olunmasının vacibliyi vurğulanmış və rayon icra hakimiyyəti başçısı aparatı yanında yaradılmış məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi tərəfindən görülən işlər, yeni yaradılmış iş yerləri barədə danışılmışdır.
Sonra "Şirin Aqro" QSC-nin nümayəndəsi müəssisə haqqında məlumat vermişdir. Bildirmişdir ki, müəssisə 2017-ci ildən fəaliyyət göstərir. QSC-nin ümumilikdə ölkənin müxtəlif rayonlarında 600 hektara yaxın meyvə bağı var. Bundan 260 hektara yaxını Göygöl rayonunun ərazisində yerləşir ki, onun da 153,34 hektarı şaftalı, 20,32 hektarı ərik, 28,86 hektarı gilas bağıdır. Müəssisədə 100 nəfər daimi, 300 nəfər mövsümü işlə təmin olunub.
Görüşün sonunda iştirakçılar meyvə bağları və müəssisədə istehsal prosesi ilə tanış olmuşlar.

Sabir ƏLİYEV,
 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video