29 Iyun 2024 12:11
225
CƏMİYYƏT
A- A+

“Egemen Qazaqstan” qəzeti: Azərbaycanda medianın sərbəst fəaliyyəti üçün bütün şərait yaradılıb

 

Azərbaycanda media nümayəndələrinin sərbəst fəaliyyəti üçün bütün şərait yaradılıb, onların hüquq və azadlıqları tam təmin edilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın “Egemen Qazaqstan” qəzetində dərc olunan məqalədə deyilir.

Yazıda, həmçinin qeyd olunur ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin başlatdığı medianın dəstəklənməsi prosesi hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

2021-ci ildə qəbul olunmuş “Media haqqında” Qanuna əsasən, Azərbaycanda media azaddır. Media sahəsində senzura yoxdur.

Nəşr Azərbaycanın Qazaxıstandakı səfirliyinin attaşesi Nərmin Hüseynovanın sözlərinə istinadla bildirir ki, dövlət hər kəsin məlumat axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və qanuni yolla yaymaq hüququnu təmin edir.

“Jurnalistlərin müstəqillik, şəxsi toxunulmazlıq, peşə vəzifələrini yerinə yetirərkən öz şərəf və ləyaqətlərini qorumaq hüququ var. Jurnalistlərin peşə fəaliyyətinə qanunsuz müdaxilə yolverilməzdir”, - deyə Nərmin Hüseynova qeyd edir.

Məqalədə, həmçinin jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin görüldüyü bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video