20 Yanvar 2026 16:09
257
CƏMİYYƏT
A- A+
Əbədiyyət ünvanında çiçək təravəti, yağış təmizliyi

Əbədiyyət ünvanında çiçək təravəti, yağış təmizliyi

Azərbaycanın paytaxtı və onun ən hündür nöqtələrindən biri sayılan müqəddəs Şəhidlər xiyabanı yenidən qərənfil yağışına, gül-çiçək atəşinə tutulub. Xalqımız 1990-cı ilin qanlı yanvar gecəsi baş verən faciəli hadisənin qurbanlarını yad edir. Onlar 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sinələrini tankların, topların, ölümsaçan güllələrin qabağına verərək öz qanları ilə şanlı tarix yazdılar. Həmin gecə yüzlərlə günahsız körpə, gənc, qoca, qadın və uşaq şəhərə yeridilən tanklardan və digər hərbi texnikalardan atəş açaraq şəhərin küçələrini qan gölünə çevirdilər. Qanlı şənbə gecəsi imperiya ordusunu öz xislətini, qəddarlıq və qaniçənliyini, xalqımızı isə özünün müqəddəs azadlıq arzuları yolunda dönməzliyini nümayiş etdirdi.

Sakit və dinc Bakı küçələrində gurlayan tanklar, atılan mərmilər, əliyalın sakinlərin üstünə yeridilən zirehli texnika böyük amallar, müstəqillik və suverenlik uğrunda mübarizəyə qalxan xalqımızı bu yoldan çəkindirə bilmədi. Azadlıq və müstəqillik elə ülvi hisslərdir ki, onu ən dəhşətli silahların lüləsindən tuşlanan mərmilər də susdura bilməz. 36 il əvvəl xalqımızın qəhrəman oğul və qızları öz fədakarlıqları ilə bunu sübut etdilər. Təkcə sübut yox, həm də addım-addım, zaman-zaman ona doğru irəliləyərək öz istəklərinə nail oldular. 20 yanvar gecəsi müqəddəs yolda qurban gedənlərin əməlləri ölkəmizin müstəqilliyə qovuşması, Vətən müharibəsində Qarabağ torpağının və Şərqi Zəngəzurun işğalçılardan tamamilə təmizlənməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və suverenliyinin qazanılması ilə nəticələndi. Ona görə də bu gün onların xatirəsi təkcə kədər, hüzn və göz yaşı ilə deyil, məğrurluq, vüqar və qürur hissi ilə yad edilir. Qəm, kədər, həsrət burada qürur, əzəmət və ləyaqət hissinə qarışır.

Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Şəhidlər xiyabanının ətrafında izdiham yaşanır. Göydən ələnən yağış damcılarını arada qar dənəcikləri əvəz edir. Həmin gecənin qurbanları böyük iradə və yüksək dəyanət nümayiş etdirərək öz sinələrini avtomat güllələrinin, tank mərmilərinin qabağına verərək azadlıq yolunun ilk şəhidləri kimi adlarını tarixə həkk etdilər. Qanlı şənbə gecəsinin qurbanları bu yolda azadlıq mücahidlərinə, xalqımızın mübarizlik və qəhrəmanlıq simvollarına çevrildilər. Ziyarətçilərin arasıkəsilməz axını onların Vətən qarşısındakı fədakarlığına və cəsurluğuna verilən yüksək dəyər, sevgi, hörmət və ehtiram duyğularının parlaq təzahürüdür. Başdan-başa qərənfillərə bürünmüş xiyabanda onların uyuduğu məzarlar qərənfil yağışına tutulur. Əbədiyyət ünvanına üz tutan ziyarətçi axını azadlıq və müstəqillik yolunun ilk şəhidlərinin çiçək qədər təravətli, yağış qədər təmiz hisslərini paylaşır.

... Çiçəklər hiss və duyğuların ən yaxşı ifadəçilərindən biridir. Bu gün onların məzarlarına səpilən qərənfillər də həmin duyğuların, eləcə də onların unudulmazlığını, əbədiliyini göstərən sevginin ifadəsi, ardı-arası kəsilməyən ziyarətçi axını isə şəhidlərin əməllərinə olan qədirbilən münasibətin təntənəsidir.

AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səudiyyə Ərəbistanında muzeydə ən böyük “Qurani-Kərim” sərgilənir  

10:09
16 Fevral

Şamil Ayrım: Türkiyə beynəlxalq arenada Şimali Kiprin maraqlarını müdafiə etməkdə tam qərarlıdır  

10:07
16 Fevral

MN: İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək  

09:50
16 Fevral

Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

21:17
15 Fevral

Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilib YENİLƏNİB 

20:01
15 Fevral

Premyer Liqa: “Neftçi” “Kəpəz”ə, “Araz-Naxçıvan” “Sumqayıt”a qalib gəlib

20:00
15 Fevral

Vuçiç: Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir  

19:59
15 Fevral

Azərbaycan Prezidenti: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq  

19:58
15 Fevral

Prezident İlham Əliyev: Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır  

19:34
15 Fevral

Azərbaycan Prezidenti: Bizim Serbiya ilə gələcək üçün də açıq-aydın planlarımız var

18:50
15 Fevral

Prezident: Serbiya iqtisadi cəhətdən uğurla inkişaf edir

18:49
15 Fevral

Prezident İlham Əliyev: Serbiya və Azərbaycan - iki dost ölkə daim bir-birinin yanındadır

18:47
15 Fevral

Vuçiç: Serbiyada və Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədədir

18:45
15 Fevral

Aleksandar Vuçiç: Serbiya ilə Azərbaycanın bir çox ortaq dəyərləri var

18:45
15 Fevral

Azərbaycan-Serbiya sənədləri mübadilə olunub YENİLƏNİB

17:59
15 Fevral

Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü keçirilib

16:49
15 Fevral

Suriya ordusu ABŞ-dən növbəti hərbi bazanı təhvil alıb  

16:39
15 Fevral

Prezident İlham Əliyev Belqradda Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət edib 

16:01
15 Fevral

Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub

15:53
15 Fevral

Moldovanın nüfuzlu portalı Azərbaycan Prezidentinin müsahibəsinə geniş yer ayırıb  

15:39
15 Fevral

Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib 

15:21
15 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!