22 Yanvar 2026 08:40
282
SİYASƏT
A- A+
Dünya Prezident İlham Əliyevin güclü lider olduğunu qəbul edir

Dünya Prezident İlham Əliyevin güclü lider olduğunu qəbul edir


Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin adı, fəaliyyəti və siyasəti inkişaf və sabitlik anlayışları ilə assosiasiya olunur. Dövlət başçısının siyasi portretini tamamlayan cizgilər sırasında onun həm müdrik dövlət xadimi, həm də uğurlu siyasətçi imici xüsusi yer tutur.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan Prezidenti ölkənin geosiyasi mövqeyindən, ərazi xüsusiyyətlərindən, əhali sayından və digər faktorlardan asılı olmayaraq, öz strateji iradəsi əsasında müstəqil siyasət yeridə biləcəyini əyani şəkildə - əməli fəaliyyəti ilə sübuta yetirib. Bu səbəbdən də dövlət başçısının beynəlxalq müstəvidə nüfuzu davamlı olaraq yüksəlir. "Buna Davos İqtisadi Forumu çərçivəsində keçirilən görüşlərdə və tədbirlərdə bir daha şahid olduq. Xüsusilə "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda keçirilən panel iclasında səsləndirilən fikirlər  bunları təsdiqləyir. Panel iclasında Prezident İlham Əliyevlə yanaşı, Serbiya Prezidenti Aleksandar Vuçiç, Türkiyədən "Limak Holdinq"in İdarə Heyətinin sədri Ebru Özdəmir və Ermənistan prezidenti Vaaqn Xaçaturyan da iştirak edirdilər. İclasda Cənubi Qafqazda sülh prosesi də diqqət mərkəzində olub. Ölkəmizin rəhbəri sülh prosesi ilə bağlı bildirib ki, əldə olunan nəticə, həqiqətən, Ermənistanın, Azərbaycanın və Cənubi Qafqazın xeyrinədir. Maraqlı məqam odur ki, Ermənistan prezidenti fikirlərini bildirərkən dəfələrlə cənab İlham Əliyevə istinad edib və onunla razı olduğunu söyləyib. O, Azərbaycan Prezidenti İlham Əliyevin "gələcək bizdən asılıdır" fikri ilə tam razı olduğunu deyərək qeyd edib ki, ölkələrimizin liderləri öz siyasi iradələrini qətiyyətlə nümayiş etdirirlər: "Prezident İlham Əliyevin söylədiyi kimi, biz siyasi qətiyyəti sülh üçün nümayiş etdirdik ki, artıq bundan sonra əməli tədbirlər sülhü sübut etsin, təsdiq etsin". Vaaqn Xaçaturyan Prezident İlham Əliyevə təşəkkür də edib", - deyə Sevinc Fətəliyeva bildirib. 

Deputat qeyd edib ki, torpaqlarımızı 30 il işğal altında saxlamış bir ölkənin prezidentinin belə fikirlər söyləməsi təsadüfi deyil. Bunun səbəbi Prezident İlham Əliyevin qətiyyəti və gücüdür. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması dövlətimizin gücünü Ermənistanla yanaşı, bütün dünyaya nümayiş etdirdi.

S.Fətəliyevanın sözlərinə görə, Prezident İlham Əliyevin hərbi, siyasi, diplomatiya sahəsində və informasiya-təbliğat müstəvisində strategiyasının uğurlu nəticələri təkcə Azərbaycanın tarixi zəfərində öz əksini tapmayıb: "Cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətləri və qətiyyətli mövqeyi fonunda həyata keçirilən strateji kursun nəticəsində həm də çox mühüm geostrateji reallıqlar yaranıb. Bu reallıqlar, ilk növbədə, Azərbaycan dövlətinin gücünün göstəricisi olmaqla yanaşı, ölkəmizə tərəqqi, regiona rifah və inkişaf vəd edir. Azərbaycan Prezidentinin strateji təşəbbüsləri özündə həm tarixi ənənələri, həm mənəvi dəyərləri, həm siyasi reallıqları, həm də milli maraqları ehtiva edir. Bu amillər dünya ölkələrini də İlham Əliyev faktoru ilə hesablaşmağa təşviq edir". 

Deputat bildirib ki, Prezident İlham Əliyevin güclü siyasi xadim olduğunu bir çox ölkənin liderləri də etiraf edirlər. Buna nümunə olaraq, Davosda Serbiyanın Prezidenti Aleksandar Vuçiçin fikirlərini göstərmək olar. O deyib: "Prezident İlham Əliyevin söylədiyi fikirlərlə bağlı bir mövqe var: o, həqiqətən də, müasir dünyada böyük, dahi liderlərdən biridir və indiki dövrdə belə bir lideri çox nadir halda görmək olur. Bunun çox böyük təsir effekti var və bu danılmamalıdır. Bəli, biz müasir Azərbaycanı görürük". 

S.Fətəliyeva sonda vurğulayıb ki, Prezident İlham Əliyevin böyük şəxsiyyət və güclü lider olduğu beynəlxalq müstəvidə də tam qəbul edilir. Azərbaycan xalqı olaraq öz liderimizlə qürur duyuruq.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Davosda Prezident İlham Əliyev ilə Prezident Donald Tramp arasında görüş keçirilib YENİLƏNƏCƏK  

16:24
22 Yanvar

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib  

15:59
22 Yanvar

Prezident İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirak edib YENİLƏNİB  

15:58
22 Yanvar

Davos Forumunun Azərbaycan üçün real nəticəsi  

15:54
22 Yanvar

Tərtərdə DOST filialı fəaliyyətə başlayıb

15:53
22 Yanvar

Parlamentin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib  

15:33
22 Yanvar

Tramp: İran danışıqlar aparmaq istəyir

15:16
22 Yanvar

Donald Tramp: BMT müharibələri bitirmək üçün kifayət qədər səy göstərməyib  

15:01
22 Yanvar

Əmək və əhalinin sosial müdafiəsi naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyib  

14:53
22 Yanvar

ABŞ Prezidenti: Ukrayna Rusiya Prezidenti Vladimir Putin üçün “gözünün ağı” olub  

14:49
22 Yanvar

ABŞ İŞİD məhbuslarını Suriyadan çıxarır  

14:48
22 Yanvar

Donald Tramp: Bu gün dünya daha təhlükəsiz və sabit yerə çevrilib

14:43
22 Yanvar

ABŞ-ın müvəqqəti işlər vəkili: Azərbaycan və Ermənistan hökumətləri tərəfindən ticarət əlaqələrinin bərpası istiqamətində atılan son addımları alqışlayırıq  

14:43
22 Yanvar

Tramp: Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik  

14:42
22 Yanvar

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan liderləri mənimlə dostdurlar  

14:39
22 Yanvar

Donald Tramp: Biz 8 müharibəyə son qoyduq

14:33
22 Yanvar

Azərbaycanla NATO arasında əməkdaşlıq imkanları müzakirə olunub  

14:28
22 Yanvar

Baş katib: TÜRKPA parlament sədrlərinin ilk qeyri-rəsmi görüşü keçiriləcək  

14:21
22 Yanvar

Azərbaycan klublarının UEFA Çempionlar Liqasında vurduğu qolların sayı 150-yə çatıb  

14:11
22 Yanvar

Avropada qazın qiymətində rekord bahalaşma qeydə alınıb  

14:03
22 Yanvar

Media: Tramp Qrenlandiyanın hər bir sakininə 1 milyon dollar ödəyə bilər  

13:52
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!