05 Sentyabr 2025 17:39
25994
İQTİSADİYYAT
A- A+
Dövlət qurumları İT rəhbərlərinin VI Zirvə toplantısı keçirilib 

Dövlət qurumları İT rəhbərlərinin VI Zirvə toplantısı keçirilib 


Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyəti arasında təcrübə mübadiləsi, sahə üzrə problemlərin və yeni imkanların müzakirəsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən “Dövlət qurumları İT rəhbərlərinin VI Zirvə toplantısı” təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə 70-dən çox dövlət qurumunu təmsil edən nümayəndə iştirak edib.

Zirvə toplantısının açılışında çıxışı zamanı XRİTDX-in rəis müavini, general-mayor Allahverən İsmayılov vurğulayıb ki, informasiya təhlükəsizliyi yalnız texniki məsələ deyil, milli təhlükəsizlik, iqtisadi sabitlik və cəmiyyətin etimad məsələsidir. Rəqəmsallaşmanın dərinləşməsi ilə bağlı risklərin artdığını qeyd edən A.İsmayılov bildirib ki, qlobal statistikalara əsasən, 2024-cü ilin ilk yarısında dövlət qurumlarına yönəlmiş hücumların 40 faizdən çoxu kritik infrastruktura qarşı həyata keçirilib. O, həmçinin ölkəmizdə həyata keçirilmiş ilk “Bug Bounty” proqramının əhəmiyyətini qeyd edərək, dövlət qurumlarının özəl sektorla əməkdaşlığın vacibliyini vurğulayıb. Eləcə də, xidmət rəisinin müavini 9-10 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək “CIDC-2025 - Ağıllı şəhərlərdə kibermüharibə” tədbirinə dəvət edib və beynəlxalq əməkdaşlığa göstərilən dəstəyə görə Avropa Birliyinə və Estoniyanın Elektron İdarəçilik Akademiyası Fonduna təşəkkürünü bildirib.

Daha sonra, Elektron İdarəçilik Akademiyası Fondunun kibertəhlükəsizlik üzrə baş mütəxəssisi Elza Neeme və “Şərq Tərəfdaşlığı ölkələrinə kiberdavamlılığın gücləndirilməsi” layihəsinin Azərbaycan üzrə koordinatoru Klaid Magi beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətini qonaqların diqqətinə çatdırıblar.

XRİTDX-in baş idarə rəisinin müavini Tural Məmmədov “Dövlət qurumlarında informasiya təhlükəsizliyinin vəziyyəti ilə bağlı statistik göstəricilər, “ağıllı şəhərlər”də kibermüharibə, yeniliklər və planlar” mövzularında çıxış edib. Eləcə də, T.Məmmədov və yerli kibertəhlükəsizlik startapı “Qarabug”ın təsisçisi Miraqşın Abutalıbov ilk dəfə dövlət informasiya ehtiyatlarında həyata keçirilmiş “Bug Bounty” proqramının nəticələri açıqlayıblar.

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirinin müşaviri Rüstəm Həsənov “Dövlət qurumları üçün açıq qaynaq kodlu həllərin perspektivləri” mövzusunda çıxış edib.

Sonda sahə üzrə dövlət qulluqçularının əməyinin stimullaşdırılması, kiberinsident nümunələri, yeni tendensiyalar, təhlükələr və dövlət qurumlarının üzləşdiyi problemlər müzakirə olunub. Açıq debat iştirakçılara bir-birindən təcrübə öyrənmək və birgə həll yolları təklif etmək imkanı yaradıb.

“Dövlət qurumları İT rəhbərlərinin Zirvə toplantısı” informasiya təhlükəsizliyi sahəsində dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi, yeniliklərin müzakirəsi və gələcək fəaliyyət planlarının müəyyənləşdirilməsi baxımından mühüm platforma rolunu oynayır.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:51
07 Oktyabr

Kürdəmirin “dəmir atları” üçün yeni dayanacaq

13:37
07 Oktyabr

Bakı–Ağstafa xəttində əlavə qatarlar hərəkətə çıxacaq

13:23
07 Oktyabr

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil  

13:20
07 Oktyabr

Vergi daxilolmaları 13,6 milyard manatı keçdi

13:02
07 Oktyabr

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

12:36
07 Oktyabr

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır  

12:22
07 Oktyabr

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

12:21
07 Oktyabr

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır  

12:00
07 Oktyabr

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir  

11:59
07 Oktyabr

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

11:58
07 Oktyabr

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib  

11:57
07 Oktyabr

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir  

11:57
07 Oktyabr

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir  

11:53
07 Oktyabr

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir  

11:52
07 Oktyabr

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir  

11:51
07 Oktyabr

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır  

11:51
07 Oktyabr

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

11:50
07 Oktyabr

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

11:34
07 Oktyabr

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub  

11:33
07 Oktyabr

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

11:31
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!