24 Iyun 2024 11:46
229
Təhsil
A- A+

Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi - beynəlxalq seminar

 

İyunun 24-də Dövlət İmtahan Mərkəzi (DİM) və Dövlət Qulluğu üzrə Astana Regional Xabın birgə təşkilatçılığı ilə Bakı şəhərində “Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Bosniya və Herseqovina, Şimali Makedoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın dövlət qulluğu orqanlarının rəhbər şəxsləri, dövlət sektorunda insan resurslarının idarə edilməsi siyasətinin formalaşdırılması və həyata keçirilməsinə cavabdeh olan rəsmi qurumların nümayəndələri, Dövlət İdarəçilik akademiyalarının rektorları iştirak ediblər.

Seminarın məqsədi dövlət qulluğunda səriştə əsaslı seçim və qiymətləndirmə sahəsində qabaqcıl təcrübəni bölüşmək, bu sahədə əldə edilmiş bilikləri paylaşmaq, eyni zamanda, ölkələrin dövlət qulluğu üzrə rəhbər şəxsləri və mütəxəssisləri arasında dövlət qulluqçularının inkişafına dair müasir təcrübələr üzərindən müzakirələr aparmaqdır. Səriştə modelinə keçid dövlət qulluğuna daha peşəkar, bacarıqlı, şəxsi keyfiyyətləri yüksək olan dövlət qulluqçularının cəlb olunmasını təmin edir. Bu da nəticədə dövlət qulluğunun səmərəliliyini və vətəndaşlara dövlət adından göstərilən xidmətlərin şəffaflığını və effektivliyini təmin edir.

DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə belə tədbirlərin digər ölkələr ilə mövcud sistemlərimizi müqayisə etməyə, onların mənfi və müsbət tərəflərini təhlil edərək inkişaf perspektivlərini müəyyənləşdirməyə imkan verdiyini söyləyib.

Daha sonra Dövlət Qulluğu üzrə Astana Regional Xabın Rəhbər Komitəsinin sədri Alixan Baimenov və Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin sədri Darxan Jazıkbay açılış tədbirində öz fikirlərini bölüşüblər.

Qeyd edək ki, seminarın iki gün davam etməsi nəzərdə tutulur.

Tədbirin ilk günü Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin sədri Darxan Jazıkbay və Gürcüstanın Dövlət Qulluğu Bürosunun rəhbər müavini Maya Dvalişvili dövlət qulluğu sistemi və son yeniliklər barədə ölkə təcrübələrini bölüşüblər.

Eyni zamanda, Qazaxıstan İnsan Resursları Menecerləri Assosiasiyasının Koordinasiya Şurasının sədri Gülmira Raissova “Strateji insan resursları və istedadların idarə edilməsi”, Şimali Makedoniya Respublikasının Tetova Universitetinin professoru Yahi Yahiya “Dövlət sektorunda kadrlarının işə qəbulu: müqayisəli yanaşma”, DİM-in Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin müdiri Pərviz Kazımov isə “Azərbaycanda səriştə əsaslı qiymətləndirmə: inkişaf, alətlər və çağırışlar” mövzusunda təqdimatlar ediblər.

Seminarın növbəti günü isə yerli dövlət qurumlarının müvafiq struktur bölmələrinin rəhbərləri tərəfindən təqdimatların nümayişi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video