10 May 2024 15:24
293
CƏMİYYƏT
A- A+

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Heydər Əliyev Muzeyini ziyarət edib

 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin bir qrup əməkdaşı başda TXİ-nin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov olmaqla Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə onun Heydər Əliyev Mərkəzində yerləşən muzeyini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, muzeyin bələdçisi nümayəndə heyətinə Ulu Öndərin həyat və fəaliyyəti, muzeydə olan sənədlər, eksponatlar barədə ətraflı məlumat verib. Heydər Əliyev Muzeyi Azərbaycan tarixinin və Ümummilli Liderin həyat və siyasi fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirir. Burada toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır.

Üç mərtəbədən ibarət muzeydə Ulu Öndər Heydər Əliyevə aid maraqlı faktlar toplanıb, onun sovet dövründə və dövlətimiz müstəqillik qazandıqdan sonra Azərbaycana rəhbərlik etdiyi müddətdə ölkəmizin hərtərəfli inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması naminə məqsədyönlü fəaliyyətini əks etdirən foto və video materiallar, digər unikal eksponatlar təqdim olunub.

Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video