08 Oktyabr 2025 08:10
1181
SİYASƏT
A- A+
Dostluq görüşü

Dostluq görüşü


Bir zamanlar yalnız arzularımızda yer alan türk dünyasının birliyi artıq bu günümüzün qürurverici gerçəkliyidir. Türk dövlətlərini təkcə aralarında olan siyasi, iqtisadi, mədəni əlaqələr birləşdirmir. Ortaq tarixi köklərə, dilə, mədəniyyətə malik olan bu ölkələr hazırda bütün beynəlxalq platformalarda bir-birilərinin mənafelərini müdafiə edən, baş verən kataklizmlərə, təbii fəlakətlərə qarşı birgə mübarizə aparan vahid güc kimi çıxış edirlər. Yeni türk tarixində qazanılan parlaq qələbə kimi salnamələrə qızıl hərflərlə həkk edilən Qarabağ zəfərinin bu birliyin daha da güclənməsi üçün parlaq üfüqlər açması da reallıqdır. Buna görədir ki, türkdilli xalqların hər bir üzvü bu zəfərdən şərəf duyur. 

Türk dövlətlərinə rəhbərlik edən liderlərin arasında olan qardaşlıq və dostluq münasibətləri isə  gün keçdikcə daha da möhkəmlənən türk birliyinin təməl səbəblərindən biridir. Bütün dünya bu qardaşlıq və dostluğa dayanan  münasibətlərdən qaynaqlanan türk birliyinin növbəti möhtəşəm təntənəsinə Azərbaycanın tarixi şəhəri Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının  (TDT) Dövlət Başçıları Şurasının  XII Zirvə görüşündə, sözün əsl mənasında, dostluq görüşündə, bir daha şahidlik etdi.  Toplantıdan əvvəl türkdilli dövlətlərin rəhbərləri ilə Prezident İlham Əliyevin səmimi görüşləri də bunun növbəti təsdiqi oldu. 


"Dost görmək həmişə xoşdur!"


Türk dünyasının birliyi istiqamətində mühüm təşəbbüslər irəli sürən, əməli işlər həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin türkdilli ölkələrin rəhbərləri ilə olan qardaşlıq və dostluq münasibətləri hər zaman diqqət çəkir. Sözü imzası qədər kəsərli olan cənab İlham Əliyevin qətiyyətli və bütöv xarakteri Onun həm də etibarlı və güvənilən dost adı qazanmasının səbəbidir. Buna görədir ki, ölkəmizdə keçirilən XII Zirvə görüşü həm də dostluq görüşü kimi xatirələrdə yaddaqalan iz buraxdı. Bu mənada Qəbələ Zirvə toplantısından öncə - oktyabrın 6-da Prezident İlham Əliyevlə görüşən Macarıstanın Baş naziri Viktor Orbanın görüş barədə təəssüratlarını "X" hesabında paylaşaraq, "Dost görmək həmişə xoşdur!" deməsi təsadüfi xarakter daşımırdı.  

Prezident İlham Əliyevlə Viktor Orban arasında olan dostluq münasibətləri ölkələrimiz arasındakı əlaqələrin inkişafına birbaşa təkan verir. O cümlədən Macarıstanın hər zaman Azərbaycanın haqq işini dəstəkləməsi, ölkəmizin bu  dövlətin enerji təhlükəsizliyində oynadığı rol da xüsusi vurğulanmalıdır. 

2023-cü ilin yanvarında Budapeştdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə Macarıstanın Baş naziri Viktor Orban və xanımı Aniko Levai tərəfindən rəsmi nahar verilən zaman V.Orbanın Azərbaycan Prezidenti haqqında dediyi fikirləri də hər kəs tərəfindən maraqla qarşılanmışdı: "Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm".


"İlham Heydər oğlu bizə başqa cür yanaşır və biz bütün bunları qiymətləndiririk"


Dövlətimizin rəhbəri  İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə,  Qırğızıstan Prezidenti Sadır Japarovla, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla qardaşlıq və dostluğa əsaslanan yüksəksəviyyəli münasibətləri var. Bunu prezidentlər arasında keçirilən görüşlərdən, telefon zənglərindən, eləcə də bir-birilərinə əlamətdar günlərdə ünvanladıqları təbrik məktublarından da aydın hiss etmək olur.

Bu il mayın 26-da Müstəqillik Günü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın  ölkəmizin rəhbəri İlham Əliyevə, "Hörmətli cənab Prezident, əziz Qardaşım", deyə xitabən başlayan təbrik məktubunda deyilir ki, qardaşlıq əlaqələrimizin və bənzərsiz əməkdaşlığımızın bizi ortaq inkişaf hədəflərimizə gündən-günə daha çox yaxınlaşdırdığını, ölkələrimizi daha da güclü və firavan etdiyini məmnuniyyətlə müşahidə edirəm.

Cari il iyulun 2-də Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxış edən zaman Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dilə gətirdiyi fikirlər də Azərbaycana, ölkəmizin rəhbərinə olan yüksək ehtiramdan xəbər verir: "...İlk dəqiqələrdən etibarən həm mən, həm də nümayəndə heyətimizin üzvləri çox isti münasibəti hiss edirik. Biz qardaşlarımızın yanına gəlmişik və bu gün burada hər şey öz evimizdəki kimidir. Ölkə inkişaf edir, böyük dəyişikliklər müşahidə edirəm. Əziz qardaşlar, dostlar və çox yaxın xalqlar olaraq biz Özbəkistanda Azərbaycanın uğurlarına ürəkdən sevinirik...

... Əziz qardaşım İlham Heydər oğluna belə məzmunlu, dostcasına və qarşılıqlı faydalı əməkdaşlığa görə təşəkkürümü bildirirəm. İlham Heydər oğlu bizə başqa cür yanaşır və biz bütün bunları qiymətləndiririk. Özbəkistan və Özbəkistan Prezidenti də eyni münasibət bəsləyir. Bizim yaxşı nəticələrimiz var. Mən əminəm ki, gələcək üçün yaxşı perspektivlərimiz olacaq.

Qardaş dövlətlərin Azərbaycanın qayıdış zəfəri üçün Qarabağ və Şərqi Zəngəzurda apardığı quruculuq işlərinə töhfələr verməsi də xoş münasibətlərin təzahürüdür. Bu dövlətlərin dəstəyi ilə işğaldan azad edilən ərazilərimizdə məktəblər, yaradıcılıq mərkəzləri inşa olunub, yeni təhsil və mədəniyyət ocaqları yaradılıb. Ölkəmizin lideri İlham Əliyev TDT-nin Bişkek Zirvəsində bu töhfələrə görə təşəkkürünü bu sözlərlə ifadə edib: "Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürümü bildirmək istərdim..."


Hər zaman bir-birinin yanında olan qardaşlar

    

Ötən il fevralın 14-də keçirilən andiçmə mərasimində "Bizim ailəmiz türk dünyasıdır", - deyə vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır: "Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik". 

Türk birliyinin, həmrəyliyinin daha da güclənməsi üçün Azərbaycan dövləti mühüm işlər görür, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin mənafelərini hər zaman müdafiə edir, o cümlədən Şimali Kipr Türk Cümhuriyyətinin haqq işinə öz dəstəyini verir. 7 sentyabr 2023-cü ildə TDT-nin üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və "Bakı- 2023"  beynəlxalq təliminin iştirakçılarını qəbul edən zaman  vurğulamışdı ki, Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanmalıdır və dalğalanacaqdır. 

Dövlətimizin rəhbəri onu da qeyd etmişdi ki, Azərbaycan bütün türk dünyasında birləşən qardaşlarımızın hər zaman yanında olubdur və çox sevindirici haldır ki, son Zirvə görüşündə Şimali Kipr Türk Dövlətləri Təşkilatına müşahidəçi seçilmişdir: "Bu, bir daha bizim birliyimizi göstərir, bir daha iradəmizi göstərir. Onu göstərir ki, biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq".

Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən XII Zirvə toplantısı öncəsi Prezident İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşü zamanı da bu məqam xüsusi vurğulandı. Ersin Tatar Prezident İlham Əliyevlə ölkəmizdə və beynəlxalq tədbirlər çərçivəsində görüşlərini, həmçinin Şuşada TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakını məmnunluqla xatırladı, Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı ölkəmiz tərəfindən Şimali Kipr Türk Cümhuriyyətinə dəstəyin bundan sonra da davam etdiriləcəyini dedi.

7 oktyabr tarixində Prezident İlham Əliyev Qəbələdə Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşdü. Bu görüş zamanı  da qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Türkmənistan dövlətlər-arası əlaqələrinin hazırkı səviyyəsi yüksək qiymətləndirildi, xalqlarımızı dərin qardaşlıq ənənələrinin birləşdirdiyi qeyd olundu.

Bu nümunələrdən də aydın olduğu kimi, türkdilli ölkələrin rəhbərlərinin "böyük türk dünyası ailəsi"nin həmrəyliyinin, birliyinin daha da gücləndirilməsi üçün şəxsi səylər göstərən Prezident İlham Əliyevə hörmət və ehtiramları böyükdür. Buna görədir ki, liderlər cənab İlham Əliyevin timsalında əziz qardaşa və dosta malik olduqlarını hər zaman fəxrlə dilə gətirirlər. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gəncədə “Zəfər övladlarının mədəniyyətdə bir günü” adlı tədbir keçirilib

16:28
08 Noyabr

Şərəf, qürur və inam günü

16:26
08 Noyabr

Azərbaycan VI İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazanıb

16:03
08 Noyabr

ABŞ Suriya liderinin adını qlobal terrorçular siyahısından çıxardı

15:41
08 Noyabr

Nazir Ər-Riyadda Azərbaycan idmançıları ilə görüşüb 

15:21
08 Noyabr

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir YENİLƏNƏCƏK

15:17
08 Noyabr

Ərdoğan: Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılıb  

14:49
08 Noyabr

Müdafiə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin və şəhidlərin məzarlarını ziyarət ediblər  

14:48
08 Noyabr

Məhəmməd Şahbaz Şərif: Azərbaycanın Qarabağdakı Qələbəsi suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün ədalətin təntənəsi oldu  

14:47
08 Noyabr

Türkiyə Prezidenti Bakıda keçirilən hərbi paradda Məmməd Arazın şeirini səsləndirib

14:46
08 Noyabr

Pakistanın Baş naziri: Bu gün burada böyük vətənpərvərlik eşqi ilə möhtəşəm hadisəni qeyd edən güclü Azərbaycan xalqını görürəm  

14:46
08 Noyabr

Ərdoğan: Qarabağın azad edilməsi, təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük qürur mənbəyidir 

14:45
08 Noyabr

Türkiyə Prezidenti: Zəfərimiz mübarək olsun

14:44
08 Noyabr

Prezident İlham Əliyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir

14:04
08 Noyabr

Prezident: Enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik  

14:03
08 Noyabr

Azərbaycan Prezidenti: Vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir  

14:02
08 Noyabr

Prezident: Bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil

14:01
08 Noyabr

Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi 

14:00
08 Noyabr

Azərbaycan Prezidenti: Bu gün hərbi paradda Türkiyə hərbçilərinin iştirakı bizim birliyimizin növbəti təzahürüdür 

13:57
08 Noyabr

Prezident İlham Əliyev: Türkiyə Prezidenti İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana öz dəstəyini göstərirdi 

13:57
08 Noyabr

Böyük Britaniyada son üç ayda 25 məscidə 27 hücum olub  

13:03
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!