Dördüncü “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başlanıb
İyulun 5-də “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başlanıb.
AZƏRTAC xəbər verir ki, Bakı Ekspo Mərkəzində keçirilən mərhələdə “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, elm və təhsil naziri Emin Əmrullayev gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.
Qonaqlar yarımfinal mərhələsinə yüksələn iştirakçıları təbrik edərək onlara uğurlar arzulayıblar. Onlar öz çıxışlarında müsabiqənin iştirakçılara dəyərli təcrübə qazandıracağını və gələcək karyeralarında əhəmiyyətli rol oynayacağını vurğulayıblar.
“Yüksəliş” müsabiqəsinin dördüncü mövsümünün yarımfinal və final mərhələlərinin ümumi konsepti “Təbiəti yaşıllaşdır, dünyanı yaxşılaşdır” devizi ilə Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycanda elan edilən "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunub.
Namizədlər açılış gününə özəl təşkil olunmuş “Yaşıl aksiya”da iştirak ediblər. Bu təşəbbüs iştirakçıların təbiətə olan sevgisini artırır və onları ətraf mühitin qorunması istiqamətində fəal olmağa çağırır. Təbiəti yaşıllaşdırmaq və dünyanı yaxşılaşdırmaq yanaşmasına əsasən keçirilmiş “Yaşıl aksiya” iştirakçılar arasında böyük marağa səbəb olub.
Qeyd edək ki, əyani mərhələni uğurla başa vuran 328 namizəd yarımfinalda iştirak edir. “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin ilk günündə iştirakçılar “Nə? Harada? Nə zaman?” intellektual oyununda öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Yarımfinalın növbəti günlərində iştirakçılar keyslər üzrə mübarizə aparacaq və onların səkkiz səriştəsi (strateji düşüncə, effektivliyin idarə edilməsi, nəticəyönümlülük, komanda işi, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, sosial məsuliyyət, liderlik) ekspertlər tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan “Qiymətləndirmə konfransı” metodu ilə həyata keçirilir. Namizədlərin səriştələri onlara verilən tapşırıqlara yanaşmalarına əsasən qiymətləndiriləcək. İştirakçılara təqdim edilən keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl formatda hazırlanaraq Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini əhatə edir. Yarımfinal mərhələsi iyulun 7-də tamamlanacaq. Mərhələni uğurla başa vuran iştirakçıları final mərhələsi gözləyir. Müsabiqənin final mərhələsi iyulun 19-21-də keçiriləcək. Bununla da dördüncü “Yüksəliş” müsabiqəsi yekunlaşacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
ELAN
18 Iyul
Azərbaycan memarı Hacıbəy Axundov və onun şah əsəri
18 Iyul
Məhəmməd Füzulinin 530 illiyi münasibətilə sərgi hazırlanıb
18 Iyul
"Paris Notr-Dama ithaf" növbəti dəfə səhnədə
18 Iyul
Qəsəbə sakinləri problemin həllini gözləyirlər
18 Iyul
DSMF-nin xərcləri 14 faiz artıb
18 Iyul
Dövlət Neft Fondunun aktivləri 58 milyard dolları ötüb
18 Iyul
Bu il Naxçıvanda sahibkarlıq fəaliyyəti ilə bağlı 46 lisenziya verilib
18 Iyul
Bu ilin birinci yarısında KOB evlərində sahibkarlara 200 mindən çox xidmət göstərilib
18 Iyul
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə tə...
18 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycan islam həmrəyliyini möhkəmləndirən ölkədir17 Iyul 2024
![](/uploads/img/posts/2024/07/17/Clipjpg-1721164495.jpg)
Ən böyük azərbaycanlı14 Iyul 2024
![](/uploads/img/posts/2024/07/14/h-0jpg-1720931652.jpg)
İlk Qurtuluş günü13 Iyul 2024
![](/uploads/img/posts/2024/07/13/1-16-1 copy Копированиеjpg-1720822565.jpg)
Qarabağ türk dünyasının əbədi dostluğunun rəmzinə çevrilir12 Iyul 2024
![](/uploads/img/posts/2024/07/12/17202756864283358409jpg-1720740093.jpg)
Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏ...11 Iyul 2024
![](/uploads/img/posts/2024/07/11/17207173555827441072_1200x630jpg-1720721554.jpg)
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!