16 May 2024 16:25
3108
Səhiyyə
A- A+

Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar  

 

Yaranmış situasiyadan çıxış yolu kimi doğuş prosesini təcili tibbi yardım avtomobilində həyata keçirən iki fərqli təcili tibbi yardım briqadasının əməkdaşları göstərdikləri çevik, operativ və nümunəvi xidmətə görə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbərliyi tərəfindən mükafatlandırılıb.

TƏBİB-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onlar mayın 6-da Bakı şəhərində xəstəxanaya aparılarkən yolda baş verən doğuş prosesini, eləcə də mayın 15-də İsmayıllı rayonunda yaranmış əlverişsiz hava şəraitinə görə yolda qalan hamilə qadına kömək etməklə doğuş prosesini təcili tibbi yardım avtomobilində gerçəkləşdirən tibb işçiləridir.

Bu gün TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov həmin əməkdaşları - Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili və təxirəsalınmaz tibbi yardım həkimi Nərmin Pənahovanı, feldşer Xatunə İbrahimovanı, sürücü Aftandil Əhmədovu, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının mama-ginekoloqu Afaq Mirzəyevanı, mama İlahə Adgözəlovanı, feldşer Ramin Şıxaliyevi və sürücü Gülağa Abdullayevi təcili tibbi yardım xidmətinin nümunəvi və səmərəli təşkilinə görə təltif edib.

Xatırladaq ki, yaranmış gərgin vəziyyətdən çıxış yolu kimi təcili tibbi yardım avtomobilində idarə edilən hər iki doğuş prosesi uğurla başa çatıb. Yeni doğulan körpələr və analarına daha sonra tibb müəssisələrində zəruri tibbi xidmətlər göstərilib. Hər birinin vəziyyəti müsbət qiymətləndirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video