02 Sentyabr 2026 10:00
2859
Oxucu məktubları
A- A+
Dəniz dünyanın ən məşhur institut tələbəsidir

Dəniz dünyanın ən məşhur institut tələbəsidir


Dəniz Səttarlının 20 yaşı var. Fitri istedada malik gənc Masallının Mahmudavar kəndində boya-başa çatıb, təhsil alıb. 

O, dünyanın ən məşhur ali təhsil ocağı olan Massaçusets Texnologiyalar İnstitutunun tələbəsidir. Hazırda üç azərbaycanlı qız da Dənizlə birgə bu institutda  ali təhsil alır.  

Dəniz Səttarlı 2017-ci ildə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə qəbul olunub. 2020-2021-ci tədris ilində 9-cu siniflər üzrə buraxılış imtahanında 300 bal toplayaraq respublika birincisi adını qazanıb. İki il ard-arda Respublika Fənn Olimpiadaların qalibi olub. 2021-ci ildə 9-cu siniflər arasında keçirilən Kimya üzrə Respublika Fənn Olimpiadasında 1-ci yer tutaraq qızıl medala layiq görülüb.  Daha sonra - yəni 2022-ci ildə 10-cu siniflər arasında keçirilən Kimya üzrə Respublika Fənn Olimpiadasında yenidən qızıl medalın sevincini yaşayıb.

Dənizin oxuduğu Massaçusets Texnologiyalar İnstitutu (MIT) "QS World University Rankings 2026" reytinqinə əsasən, dünyanın birnömrəli ali təhsil  ocağı sayılır. O, ABŞ-nin Massaçusets ştatının Kembric şəhərində yerləşir. Ali təhsil müəssisəsinə ənənəyə görə institut deyilir, əslində isə böyük bir universitetdir. "Kompüter texnologiyalarının mərkəzi" adlandırılan universitet elm və texnologiya, robot texnikası və süni intellekt sahələri üzrə dünyada  birincidir. İnstitut menecment, iqtisadiyyat, linqvistika, siyasi elmlər, fəlsəfə və s. sahələr üzrə də çox gözəl tanınır. 

Massaçusets Texnologiya İnstitutunun çoxlu sayda məşhur məzunları var. Onlardan 75 nəfəri Nobel mükafatı laureatıdır. İnstitutun tanınmış məzunlarından biri də  azərbaycanəsilli alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, mərhum professor Lütfi Zadə-Lütfi Rəhim oğlu Ələsgərzadədir.


 Zəfər ORUCOÜLU

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!