25 May 2026 10:46
169
CƏMİYYƏT
A- A+
Dələduzluqda ittiham olunan şəxs Ukraynadan Azərbaycana ekstradisiya ediləcək  

Dələduzluqda ittiham olunan şəxs Ukraynadan Azərbaycana ekstradisiya ediləcək  


Baş Prokurorluğun Ukraynanın Baş Prokurorluğuna sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Şahlar Qənaət oğlu Cabbarovun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi tərəfindən ibtidai istintaqı aparılan cinayət işi üzrə Şahlar Cabbarov təkrar və külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməkdə ittiham edilir.

Bu səbəbdən Şahlar Cabbarovun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə Bakıda İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə barəsində beynəlxalq axtarış elan edilib, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ukrayna ərazisində müəyyən edilərək saxlanılıb.

Hazırda Şahlar Cabbarovun ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən tədbirlər görülür.

Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla sıx əməkdaşlığı davam etdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

11:53
25 May

Xəbərdarlıq: 10 Afrika ölkəsində yüksək Ebola epidemiyası riski var

11:45
25 May

Pakistanda baş vermiş yol qəzasında 11 nəfər ölüb

11:43
25 May

Beynəlxalq axtarışda olan təqsirləndirilən şəxs ölkəmizə gətirilir

11:37
25 May

Dünya bazarında qızıl və gümüş bahalaşıb

11:32
25 May

Nazir müavini: Liviyadakı səfirliyin fəaliyyətinin bərpası gündəmdədir

11:28
25 May

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan

11:24
25 May

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

11:18
25 May

Uqandanın BMT-də daimi nümayəndəsi: Azərbaycan Cənub–Cənub əməkdaşlığını daha yüksək səviyyəyə qaldırıb

11:16
25 May

İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə

11:07
25 May

Qısaldılmış və natamam iş vaxtı hansı hallarda tətbiq olunur?

11:01
25 May

“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim etməyə hazırlaşır

10:57
25 May

Yasamalda 3 nəfərin ölümü, 25-nin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb

10:51
25 May

Dələduzluqda ittiham olunan şəxs Ukraynadan Azərbaycana ekstradisiya ediləcək  

10:46
25 May

SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində Müstəqillik Günü münasibətilə konsert təşkil edilib

10:21
25 May

Azərbaycan ilə Afrika arasında ticarət dövriyyəsi 2025-ci ildə 580 milyon ABŞ dollarına çatıb  

10:11
25 May

Bakıda “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfrans keçirilir

10:03
25 May

Ölkə ərazisində bəzi yerlərdə yağıntılar intensiv olub, Şəkiyə və Yardımlıya dolu düşüb - FAKTİKİ HAVA

09:54
25 May

Keçmiş məcburi köçkün: Cəbrayıldan çıxanda 17 yaşım var idi

09:47
25 May

Cəbrayıl sakini: Hər zaman kəndimizin, evimizin həsrətini çəkmişik

09:39
25 May

Keçmiş məcburi köçkün: Qürur hissi ilə övladlarımızla birlikdə rayonumuza qayıdırıq

09:30
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!