10 May 2024 09:02
131
CƏMİYYƏT
A- A+

Dahi şəxsiyyətin şanlı irsinin fundamental tədqiqatı



Nobel Mükafatı Laureatı professor Svyatoslav Timaşev Milli Məclisin komitə sədri Sadiq Qurbanovun Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən, Dövlət Mükafatına təqdim olunmuş elmi əsərindən xüsusi qeydlər götürüb

 

Bu gün Azərbaycan çoxşaxəli diplomatik əlaqələrə malikdir, ən nüfuzlu beynəlxalq təşkilatların, birliklərin, iqtisadi və maliyyə qurumlarının üzvüdür. Beynəlxalq təşkilatlara üzv olmaq, onlarla iş aparmaq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq və Azərbaycanın problemlərini həll etmək sahəsində böyük əhəmiyyət kəsb edir. Azərbaycan müstəqilliyə qovuşduqdan sonra Rusiya ilə əməkdaşlığın inkişafına da həmişə böyük əhəmiyyət vermişdir. İki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin xüsusi rolu və xidmətləri olmuşdur. Məhz onun səyləri ilə bu əlaqələr dostluq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Heydər Əliyevin Rusiyanın Qərbin və Şərqin böyük sivilizasiyalarını özündə təcəssüm etdirən və dünya siyasətində nadir rol oynayan bir ölkə olması haqqında söylədiyi fikir Azərbaycanın xarici siyasətində Rusiyanın rolunu və yerini son dərəcə aydın müəyyən edir. Bu gün Azərbaycan Cənubi Qafqazda Rusiya ilə bərabərhüquqlu münasibətlər sistemi yaratmağa nail olmuş yeganə dövlətdir.
Rusiya ilə qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. İqtisadi, siyasi və hərbi potensial baxımından beynəlxalq münasibətlər sistemində xüsusi yeri olan Rusiya Federasiyası ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, keçmiş Sovet İttifaqı dövründən mövcud olan çoxşaxəli əlaqələri müasir geosiyasi gerçəkliklərə nəzərən inkişaf etdirmək rəsmi Rusiya və Bakının xarici siyasətində vacib məsələlərdən biri kimi nəzərdən keçirilir.
Moskva ilə Bakı arasında çox möhkəm siyasi və iqtisadi əlaqələr mövcuddur. Bu günlərdə Rusiya dövlət başçısı Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə dediyi sözləri xatırlatmaq istərdim: “Heydər Əliyev bütün Sovet İttifaqı üçün əhəmiyyətli olan möhtəşəm layihənin təşkilatçılarından biri idi”, və ya “Atanızın layihənin həyata keçirilməsinə sərf etdiyi bütün səylər, zəhmətlər, illər bu gün də mühüm rol oynayır”. Bu o deməkdir ki, hələ görüləcək çox işlər var. Heydər Əliyev şəxsiyyəti hələ uzun illər Rusiya - Azərbaycan münasibətlərində mühüm rol oynayacaqdır. 
H.Əliyev şəxsiyyətinin araşdırılması və tədqiqi bu istiqamətdə çox vacib amillərdən biridir. Dos. Sadiq Qurbanovun “Zamana Sığmayan Lider: İdarəçilik və varislik fəlsəfəsi” elmi monoqrafiyası bu istiqamətdə samballı bir əsərdir. İngilis dilində yazılmış bu kitabı böyük həvəs və maraqla oxumuşdum və özüm üçün xüsusi qeydlər götürmüşdüm. İnternet resurslarından bu kitabın Azərbaycanda Dövlət Mükafatına təqdim olunduğunu gördüm, sevindim və bu addımı yüksək qiymətləndirir və alqışlayıram. 
Müəllifə uğurlar arzulayıram!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video