10 May 2024 12:04
183
SİYASƏT
A- A+

Daha böyük tarixi uğurlara imza atacağıq


Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsindəyik. Ümummilli liderin ideyalarına söykənib, onun formalaşdırmış olduğu inkişaf strategiyasına uyğun addımlar ataraq hər ötən il daha böyük zəfərlərə çatmaqdayıq.

Bir qayda olaraq liderliklə bağlı çoxsaylı yanaşmalar mövcuddur və onun mahiyyəti müxtəlif formalarda izah olunur. Amma klassik alman fəlsəfəsinin baniləri sadə bir yanaşma sərgiləyərək qeyd edirdilər ki, lider, ağır tarixi şəraitdə peyda olub xalqını xilas edən şəxsdir. Həqiqətən də diqqət yetirsək görərik ki, ulu öndər Azərbaycan xalqının çağırışına cavab verərək ikinci dəfə ali siyasi hakimiyyətə qayıtdı. Həmin dövrdə xalqımız çox ağır sınaq qarşısındaydı. Azərbaycan dövlətçiliyi ciddi təhlükə ilə üz-üzə idi. Bir tərəfdən Ermənistan torpaqlarımızı sistemli şəkildə işğal edir, digər tərəfdən də hakimiyyət uğrunda daxili qüvvələr mübarizə aparırdı. Azərbaycan xalqı Heydər Əliyevə müraciət etməklə nümayiş etdirdi ki, həqiqətən də dünyanın ən müdrik xalqıdır. Heydər Əliyev ikinci dəfə ali siyasi hakimiyyətə qayıdaraq xalqımızı, dövlətimizi və dövlətçiliyimizi xilas etdi. Ümummilli lider hər şeydən öncə daxili siyasi sabitliyi təmin etdi. Çünki özünün də qeyd etdiyi kimi, daxili siyasi sabitlik olmadan heç bir sahədə uğur qazanmaq olmaz. Daxili siyasi sabitlik təmin olunduqdan sonra müxtəlif istiqamətlərdə ardıcıl addımlar atılmağa başladı. Heydər Əliyev dövlət idarəçilik sistemini formalaşdırdı. Çünki dövlət siyasətinin düzgün müəyyənləşdirilib uğurla həyata keçirilməsi bütövlükdə təhlükəsizliyin və inkişafın təmin olunmasının ən başlıca şərtidir. Qısa zaman kəsiyində ulu öndər özünün dövlət idarəçiliyi sahəsində malik olduğu təcrübəsinə söykənərək Azərbaycan Respublikasında dövlət idarəçiliyi sistemini qurdu və davamlı olaraq təkmilləşdirdi. Ölkənin dayanıqlı inkişafını təmin etmək üçün unikal strategiyanı işləyib hazırladı, Azərbaycan beynəlxalq münasibətlər sistemində fəallıq nümayiş etdirməyə başladı.

Ulu öndər ordu quruculuğu sahəsinə çox ciddi diqqət yetirdi və həmin dövrdə atdığı ən müdrik addımlardan biri də ondan ibarət oldu ki, 1994-cü ildə Ermənistanla atəşkəs haqqında Bişkek protokolu imzalandı. Bu, Azərbaycan üçün çox vacib idi. Bunun sayəsində biz öz qüvvələrimizi bərpa etmək üçün zaman qazanmış olduq. Ayrıca olaraq qeyd etmək lazımdır ki, Bişkek protokolu imzalanan zaman orada bir sıra müddəalar Heydər Əliyevin qətiyyəti, iradəsi sayəsində çıxarılmış, xeyrimizə dəyişdirilmişdi. Ötən zaman ərzində müəyyənləşdirdiyi strategiya bizi addım-addım ərazi bütövlüyümüzün təmin olunduğu günə yaxınlaşdırırdı. Ulu öndər hər zaman qeyd edirdi ki, biz Ermənistanın vaxtilə işğalı altında olan torpaqlarımıza, Ağdama, Kəlbəcərə, Laçına, Şuşaya, Zəngilana, Qubadlıya mütləq şəkildə qayıdacağıq. Bunu o qədər inamla deyirdi ki, biz bu inamın səbəbini indi daha aydın başa düşürük. Çünki ümummilli lider olduqca böyük dövlət idarəçiliyi təcrübəsinə sahib idi, çox dəqiq bilirdi ki, onun formalaşdırdığı strategiya mütləq şəkildə uğurlu nəticələrə gətirib çıxaracaq. Bütün istiqamətlərdə atılmış addımlar bizi Qarabağa yaxınlaşdırırdı, Qarabağa aparırdı.

Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi, qətiyyəti, hər şeydən öncə isə onun ulu öndər irsinə sadiqliyi sayəsində biz öz torpaqlarımızı işğaldan azad etdik. Bir daha sübut olundu ki, ulu öndər məktəbinin layiqli davamçısı elə onun dövlət idarəçiliyi sahəsindəki təcrübəsini çox yaxşı mənimsəyib. Onun liderlik keyfiyyətləri bu gün Azərbaycan Prezidenti İlham Əliyevdə də müşahidə olunmaqdadır. Ölkə Prezidenti bütün istiqamətlərdə hansı addım atırsa, biz onun mütləq şəkildə yaxşı nəticələrə gətirib çıxaracağına əminik. Çünki Azərbaycan vətəndaşı görür ki, dövlət başçısı xalqın, dövlətin rifahı, maraqları naminə hər zaman uğurlu siyasət yürüdür. Fəaliyyətinin əsasında hər zaman çox ciddi konseptual yanaşma dayanır. Heydər Əliyev də vaxtilə məhz bu cür yanaşma tətbiq edərək ölkəmizin inkişaf strategiyasını, gələcək hədəflərini, ərazi bütövlüyümüzün təmin olunması strategiyasını müəyyənləşdirdi. Bu strategiyanı bütün incə detallarına qədər İlham Əliyev çox uğurla həyata keçirdi, torpaqlarımızı işğaldan azad etdik. Biz yeni tarixi inkişaf mərhələsində qarşıya daha böyük hədəflər qoymuşuq və yenə də Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya söykənərək, daha böyük tarixi uğurlara imza atacağıq.

Elşad MİRBƏŞİROĞLU,

Milli Məclisin deputatı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video