14 Oktyabr 2026 15:44
286
SİYASƏT
A- A+
Çoxtərəfli diplomatiyada aparıcı rol  

Çoxtərəfli diplomatiyada aparıcı rol  


Azərbaycanın AQEM-ə sədrliyi təşkilatın fəaliyyətinə yeni inkişaf və məzmun qazandırıb 


Hazırda dünyada sürətlə dəyişən geosiyasi reallıqlar, artan gərginliklər və qlobal çağırışlar fonunda dövlətlərarası dialoqun, qarşılıqlı etimadın və çoxtərəfli əməkdaşlıq platformalarının əhəmiyyəti hər zamankından daha artıq hiss olunur. Belə mürəkkəb dövrdə Azərbaycan geostrateji imkanlarından və çevik diplomatiyasından istifadə edərək regionda və daha geniş coğrafiyada sabitliyin, sülhün və dayanıqlı inkişafın əsas təşəbbüskarı kimi çıxış edir. Ölkəmizin beynəlxalq platformalara uğurlu sədrliyi qlobal müzakirə mövzularına və əməkdaşlıq formatına yeni məzmun, dinamika və etimad mühiti gətirən strateji missiyadır.


Qarşılıqlı etimad quruculuğu


Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) 2024-2026-cı illər üzrə sədrliyi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu, etibarlı tərəfdaş imicini və çoxtərəfli diplomatiyadakı aparıcı rolunu növbəti dəfə aydın şəkildə nümayiş etdirir. 28 üzv dövlətin yekdil qərarı ilə rəhbərliyə seçilən Azərbaycan bu məsuliyyətli missiyanı yüksək səviyyədə yerinə yetirərək təşkilatın fəaliyyətinə yeni inkişaf və məzmun qazandırıb. Bunu Azərbaycanın sədrliyi dövründə görülən işlər və əldə olunan nəticələr də aydın göstərir.  Öz sədrliyini “Daha güclü AQEM: rəqəmsallaşma, bağlantılar və Asiyada dayanıqlı inkişaf” konseptual xətti üzərində quran ölkəmiz iki illik sədrlik dövründə yalnız məşvərətçi dialoqla kifayətlənməyib, təşkilatın institusional baxımdan güclənməsi və praktiki müstəviyə keçməsi üçün mühüm addımlar atıb. 

Belə ki, AQEM-in fəaliyyətində mühüm rol oynayan Azərbaycan, təşkilatın Nizamnaməsinin yekunlaşdırılması və institusiyalaşmanın tamamlanması istiqamətində ardıcıl işlər görüb, təşkilat çərçivəsində yeni mexanizmlərin yaradılması istiqamətində mühüm addımlar atılıb. Təşkilat çərçivəsində AQEM Qadınlar Şurası və Maliyyə Şurası təsis edilib. İştirakçı dövlətlərin aparıcı universitetlərinin Tərəfdaşlıq Şəbəkəsinin inkişafı davam etdirilib, biznes forumları, gənclər üçün tədbirlər və digər ixtisaslaşmış görüşlər keçirilib. Cari ildə isə təşkilatın institusional inkişafı və praktiki əməkdaşlıq istiqamətləri üzrə işlər davam etdirilib. 

Bütün bu uğurlu fəaliyyətlə bağlı Prezident İlham Əliyev oktyabrın 1-də AQEM Media Forumunun iştirakçılarına müraciətində bildirib: “Son iki il ərzində bu təşkilata sədrlik edən Azərbaycan qarşılıqlı etimad quruculuğu tədbirlərinin təmin olunması yolunda qətiyyət və ardıcıllıq nümayiş etdirərək AQEM-in institusional imkanlarının gücləndirilməsi, praktiki birgə fəaliyyətin genişləndirilməsi və təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun daha da artırılması üçün səylərini əsirgəməmişdir”.


Xarici siyasətin böyük uğuru


Asiya qitəsinin 90 faizini əhatə edən və fərqli siyasi, iqtisadi sistemlərə malik dövlətləri bir araya gətirən platformada yekdil dəstək qazanmaq Azərbaycanın xarici siyasətinin böyük uğurudur. Bu, ölkəmizin tərəfsiz, balanslı və əməkdaşlığa söykənən siyasətinə olan qlobal etimadın göstəricisidir.

Azərbaycan öz geostrateji mövqeyindən istifadə edərək Şərqlə Qərb, Şimal və Cənub arasında təkcə fiziki nəqliyyat və enerji dəhlizi deyil, həm də siyasi və mədəni dialoq körpüsü rolunu oynayır. Ölkəmizin beynəlxalq təşkilatlarda aparıcı rolu və qlobal tədbirlərə layiqli  evsahibliyi də bu mənada xüsusi diqqət çəkir. 

Azərbaycanın beynəlxalq platformalardakı fəaliyyət təcrübəsi göstərir ki, Bakı sədrlik etdiyi hər bir təşkilata sadəcə formal rəhbərlik etmir, ona yeni nəfəs verir, konkret nəticələrə söykənən gündəlik formalaşdırır. AQEM-in timsalında da bu yanaşma özünü bariz şəkildə göstərir. 

Ölkəmiz sədrliyi dövründə AQEM-in ənənəvi etimad quruculuğu gündəliyini Asiya dövlətlərinin real iqtisadi, rəqəmsal və nəqliyyat-logistika ehtiyacları ilə uğurla uzlaşdırmağa müvəffəq olub. Bu yanaşma təşkilatı sadəcə bəyanatların səsləndirildiyi məkandan çıxararaq, üzv ölkələr arasında ticarət, investisiya və innovasiya sahələrində faydalı layihələrin reallaşdığı işlək mexanizmə çevirib.

AQEM-in VII Zirvə Toplantısı çərçivəsində müxtəlif ölkələri təmsil edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilat rəhbərlərinin Bakıda bir araya gəlməsi Azərbaycanın etibarlı və qonaqpərvər bir ünvan olduğunu yenidən nümayiş etdirir.

Çoxtərəfliliyin təşviqi və barışdırıcı rol beynəlxalq münasibətlər sistemində gərginliyin və ziddiyyətlərin dərinləşdiyi hazırkı mürəkkəb dövrdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan müxtəlif, hətta bəzən xarici siyasət prioritetləri kəskin fərqlənən dövlətlər arasında konstruktiv dialoq mühiti yaratmaq bacarığını dəfələrlə sübut edib. AQEM çərçivəsində də Bakı qütbləşməyə deyil, birgə maraqlara və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq modelini ön plana çıxararaq ÜmumAsiya platformasında etimad körpülərini möhkəmləndirir. 

Asiya ölkələri ilə dinamik inkişaf edən ikitərəfli və çoxtərəfli əlaqələr ölkəmizin iqtisadi gücünün və geostrateji imkanlarının artmasına birbaşa xidmət edir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz üçün Asiya regionu ilə əlaqəliliyin dərinləşməsi yalnız bugünün deyil, həm də gələcək onilliklərin dayanıqlı inkişaf strategiyasının tərkib hissəsidir.

Bir sözlə, Azərbaycanın AQEM-dəki iki illik uğurlu sədrliyi və Bakı Zirvə görüşü ölkəmizin Asiya coğrafiyasında artan diplomatik çəkisinin və nüfuzunun bariz göstəricisidir. Bu fəaliyyət yalnız regional təhlükəsizlik və iqtisadi əməkdaşlığın möhkəmlənməsinə töhfə verməklə deyil, həm də Azərbaycanın qlobal miqyasda qərarların qəbul edildiyi və strateji təşəbbüslərin irəli sürüldüyü aparıcı mərkəzlərdən biri olduğunu sübut edir.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!