10 Noyabr 2026 18:30
1154
CƏMİYYƏT
A- A+
COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksəksəviyyəli dəyirmi masa keçirilib  

COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksəksəviyyəli dəyirmi masa keçirilib  


Noyabrın 9-da Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Azərbaycan, Braziliya və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə təşkilatçılığı ilə sağlamlıq məsələlərinin qlobal iqlim gündəliyində rolunun gücləndirilməsinə həsr olunmuş yüksəksəviyyəli dəyirmi masa təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbir COP29-a Azərbaycanın sədrliyi dövründə iqlim və sağlamlıq sahəsində əməkdaşlığın davamlılığını təmin etmək məqsədilə tərəfdaş ölkələr və ÜST ilə birgə təsis edilmiş İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrlikləri Koalisiyası çərçivəsində keçirilib.

Tədbirin açılışında Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev, Braziliyanın səhiyyə naziri Aleşandre Padilya, Türkiyənin Səhiyyə Nazirliyinin Avropa İttifaqı və xarici əlaqələr üzrə baş direktoru Aziz Alper Biten və ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus çıxış ediblər.

Dəyirmi masada, həmçinin Misirin Səhiyyə və Əhali Nazirliyinin yüksək səviyyəli rəsmisi Hossam Abdel Qaffar, Birləşmiş Ərəb Əmirliklərinin Səhiyyə və Profilaktika Nazirliyinin İctimai Səhiyyə və Profilaktika Departamentinin ətraf mühit və əmək gigiyenası üzrə bölməsinin rəhbəri Moza əl-Kətbi çıxış ediblər.

COP29-dan ötən dövr ərzində iqlim və sağlamlıq sahəsində əldə olunmuş irəliləyişlər, o cümlədən COP30 çərçivəsində irəli sürülmüş Belem Sağlamlıq üzrə Fəaliyyət Planı və ÜST-nin İqlim və Sağlamlıq üzrə Transformativ Fəaliyyət Alyansının (ATACH) fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, Türkiyə tərəfindən irəli sürülmüş, səhiyyə sistemlərinin iqlim dəyişmələrinə dayanıqlılığının gücləndirilməsinə yönəlmiş Antalya təşəbbüsü (AIR) müzakirə edilib.

Müzakirələr zamanı səhiyyə sistemlərinin iqlim dəyişmələrinin mənfi təsirlərinə qarşı dayanıqlılığının artırılması, müvafiq maliyyə resurslarının səfərbər edilməsi, iqlim və sağlamlıq sahəsində beynəlxalq öhdəliklərin milli səviyyədə həyata keçirilməsi, eləcə də ölkələr arasında əməkdaşlığın və qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Vyetnam əlaqələri yüksələn xətlə inkişaf edir

13:46
22 Noyabr

Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Auna  

12:50
22 Noyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:28
22 Noyabr

Zəfər və inkişaf yolunun siyasi avanqardı: Yeni Azərbaycan Partiyası

10:57
22 Noyabr

Gəncədə YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

10:43
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələdə

10:34
22 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

23:39
21 Noyabr

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

22:13
21 Noyabr

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

21:56
21 Noyabr

ABŞ Milada qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməyi planlaşdırır  

19:36
21 Noyabr

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub  

18:21
21 Noyabr

Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb  

17:31
21 Noyabr

Volodimir Zelenski: Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib  

17:22
21 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:38
21 Noyabr

Bakıda Kəlağayı Festivalının açılışı olub 

15:43
21 Noyabr

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar

15:31
21 Noyabr

Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq 

15:03
21 Noyabr

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır 

14:59
21 Noyabr

Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq 

14:53
21 Noyabr

To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur VİDEO  

14:51
21 Noyabr

Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

14:47
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!