15 Noyabr 2025 18:03
14670
COP29
A- A+
COP30-da Şəhərlərin iqlim fəaliyyəti üçün Bakı Davamlılıq Koalisiyasının panel müzakirələri təşkil olunub  

COP30-da Şəhərlərin iqlim fəaliyyəti üçün Bakı Davamlılıq Koalisiyasının panel müzakirələri təşkil olunub  

Azərbaycanın COP29 Sədrliyinin “Dayanıqlı və sağlam şəhərlər üçün multisektoral fəaliyyət yolları” təşəbbüsü çərçivəsində, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının dəstəyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (İDÇK) 30-cu tərəflər konfransında Şəhərlərin iqlim fəaliyyəti üçün Bakı Davamlılıq Koalisiyasının panel müzakirələri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Hökumətlərarası Dəstək və Kollektiv Tərəqqi bölməsinin direktoru Sesiliya Kinusiya Nyenqanın moderatorluğu ilə keçirilib, açılış hissəsində COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudiya Rozbax, BƏƏ İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyinin katib müavini Mohammed Saed Al Nuaimi və Braziliya Şəhərlər Nazirliyinin beynəlxalq məsələlər üzrə direktoru səfir Antonio Da Kosta e Silva ötən il COP29 çərçivəsində yaradılmış Bakı Davamlılıq Koalisiyasının iqlim dəyişikliyi ilə mübarizədə oynadığı mühüm rolu haqqında çıxışlar edib, dayanıqlı və sağlam şəhərlərin salınması üçün multisektoral əməkdaşlığın əhəmiyyəti ilə bağlı müzakirələr aparıblar.

Tədbirin panel hissəsində BMT-nin Ətraf Mühit Proqramının (UNEP) İqlim Dəyişikliyi bölməsinin direktoru Martin Krouz, Keniya Torpaq, İctimai İşlər, Mənzil və Şəhərsalma Nazirliyinin Şəhər inkişafı üzrə direktor müavini və Şəhər torpaqları, ətraf mühit təhlükəsizliyi və iqlim dəyişikliyi üzrə bölmənin rəhbəri Robert Sanqori, Dünya Resursları İnstitutunun (WRI) icraçı direktoru Ani Dasgupta, Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin İqlim Dəyişikliyi Baş İdarəsinin rəhbəri Halil Hasar, Braziliyanın Para Ştatı Hökumətinin Aşağı Amazon Regionu üzrə regional katibi Fransisku Nelio Aguyar da Silva və digər yüksəksəviyyəli rəsmilər fikir mübadilələri aparıb, dayanıqlı və sağlam şəhərlərin formalaşdırılması üçün iqlim maliyyəsinin şəhərlərə yönəldilməsinin vacibliyini qeyd ediblər.

COP29-un prezidenti Muxtar Babayev tədbirin yekun nitqində iştirakçılara təşəkkürünü bildirib, Azərbaycanın 13-cü Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini nəzərə alaraq, ölkəmizin əsasını qoyduğu Koalisiyanın yalnız gələcək COP tədbirlərində deyil, digər böyük platformalarda da davam etdirilməsinin qlobal iqlim gündəliyinə töhfə verəcəyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub  

10:52
05 Noyabr

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!