15 Noyabr 2025 11:29
14451
COP29
A- A+
COP30-da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib  

COP30-da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib  


Braziliyanın Belem şəhərində keçirilən BMT-nin iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (İDÇK) 30-cu tərəflər Konfransı çərçivəsində Azərbaycanın COP29 Prezidentliyinin təşəbbüsü və COP30 Prezidentliyinin tərəfdaşlığı ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev, xarici işlər nazirinin müavini və COP29-un Baş Danışıqçısı Yalçın Rəfiyev, COP30-un Prezidenti Adre Laqo, UNFCCC-nin İcraçı katibi Simon Stiell, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) İcraçı Direktoru İnger Andersen, Avropa İttifaqının yüksəksəviyyəli nümayəndələri, Çin Xalq Respublikası, Böyük Britaniya, Norveç, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Anqola, Tuvalu və digər ölkələrin ətraf mühit nazirləri və nazir müavinləri, bir sıra beynəlxalq təşkilatların rəhbərləri və digər yüksəksəviyyəli rəsmilər iştirak və çıxış ediblər.

Nazirlər iclası zamanı Paris Sazişinin dayanıqlı icrasının əsas mexanizmlərindən biri olan Gücləndirilmiş Şəffaflıq Çərçivəsinin (Enhanced Transparency Framework-ETF) 10-cu ildönümü ərəfəsində əldə edilən tərəqqinin qiymətləndirilməsi, COP29 zamanı ilk dəfə təqdim edilən “İkiillik Şəffaflıq Hesabatlarının (BTR)”, əhəmiyyəti, onların hazırlanması ilə bağlı qarşıya çıxan çətinliklər və gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələr aparılıb.

Müzakirələr zamanı Azərbaycanın COP29 Sədrliyi çərçivəsində iqlim şəffaflığına verdiyi dəyər yüksək qiymətləndirilib, bu istiqamətdə göstərilən liderliyin və Bakı Qlobal İqlim Şəffaflığı Platformasının (BTP) qlobal iqlim gündəliyində şəffaflığın gücləndirilməsinə mühüm töhfə verdiyi bildirilib.

Tədbirdə çıxış edən COP29-un Sədri Muxtar Babayev iqlim şəffaflığının Paris Sazişi çərçivəsində götürülmüş öhdəliklərin yerinə yetirilməsində mühüm rol oynadığını vurğulayıb. O, iqlim şəffaflığı istiqamətində yaradılan əməkdaşlıq mühitinin əhəmiyyətini vurğulayaraq, Bakıda başlanan bu müsbət ənənənin qlobal iqlim gündəliyinə töhfə verməyə davam edəcəyini vurğulayıb.

COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev isə çıxışında Azərbaycanın COP29 Sədrliyinin iqlim şəffaflığının və hesabatlılığının gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərə diqqət çəkib. O, Bakı Qlobal İqlim Şəffaflığı Platforması (BTP) çərçivəsində müxtəlif ölkələrə BTR-ların hazırlanması prosesində göstərilən dəstəyi qeyd edərək, iqlim şəffaflığının siyasi gündəlikdə saxlanılması üçün yüksək səviyyəli görüşlərin davam etdirilməsinin vacibliyini bildirib. Y.Rəfiyev Azərbaycan tərəfindən əsası qoyulan bu müsbət təcrübənin gələcək COP tədbirlərində də davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub  

10:52
05 Noyabr

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!