11 Noyabr 2025 10:06
1533
COP29
A- A+
COP29 Sədri estafeti COP30 Sədrliyinə ötürərək ölkələri əvvəlki vədləri yerinə yetirməyə çağırıb  

COP29 Sədri estafeti COP30 Sədrliyinə ötürərək ölkələri əvvəlki vədləri yerinə yetirməyə çağırıb  


Azərbaycan artıq COP Sədrliyini uğurla Braziliyaya təhvil verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə COP29 Sədrliyi insanları bir araya gətirmək, ədalətli vasitəçi kimi çıxış etmək və mümkün olan ən yüksək ambisiyaya nail olmaq üçün çalışıb.

AZƏRTAC COP29-un rəsmi saytına istinadla xəbər verir ki, Belendə COP30-un açılış mərasimində çıxış edən COP29-un Sədri Muxtar Babayev ölkələri əvvəlki COP-lar çərçivəsində verilən vədləri yerinə yetirməyə çağırıb. M.Babayev bu çağırışı COP sədrliyini Braziliyaya və COP30-un Prezidenti Andre Korrea du Laqoya rəsmi şəkildə təhvil verərkən səsləndirib.

COP29-un Sədri Azərbaycanın iqlim prosesinə davamlı töhfə verdiyini vurğulayaraq ötən il COP29 çərçivəsində razılaşdırılmış tarixi Bakı Maliyyə Məqsədinin həyata keçirilməsinin vacibliyini xatırladıb. M.Babayev bildirib ki, “dünya artıq debatlar yox, konkret addımlar tələb edən onilliyə daxil olub” və “bu razılaşmalar kollektiv qərarlardır, lakin onların icrası, ayrı-ayrılıqda hər bir ölkəni ehtiva edən fərdi səylərdən asılıdır”.

İqlim maliyyəsi ilə bağlı çıxışında prezident inkişaf etməkdə olan ölkələrə beynəlxalq dəstəyin növbəti onilliyini müəyyən edən üç əsas mərhələni ön plana çıxarıb:

- 2025-ci ilə kimi adaptasiya maliyyəsinin ikiqat artırılması (bu addım “təxirəsalınmaz” adlandırılıb);

- 2030-cu ilə kimi BMT-nin iqlim fondlarından vəsait axınının üçqat artırılması;

- 2035-ci ilə kimi illik azı 300 milyard ABŞ dolları həcmində maliyyə vəsaitinin səfərbər edilməsi.

COP29-un Sədri həmçinin əlavə edib ki, bu, ölkələrin öz növbəti milli iqlim planlarını təqdim etdiyi mühüm mərhələyə təsadüf edir: “Əgər ölkələr tələb olunan kapitala malik olmasalar, emissiyaları azaldaraq öz icmalarını qoruya bilməyəcək”, - deyə M. Babayev vurğulayıb.

M.Babayev onu da qeyd edib ki: “Dəyişən dünya geri addıma bəraət qazandıra bilməz. Biz məqsədi razılaşdırarkən, artıq dünyanın dəyişdiyini bilirdik. Bir çoxları bu dəyişiklikləri irəli addım atmamaq üçün bəhanə olaraq göstərdi. İndi isə bu, öhdəlikləri yerinə yetirməmək üçün səbəb kimi istifadə oluna bilməz”.

COP29-un rəsmi sosial media kanalları isə simvolik və rəmzi “hesab-faktura” yayımlayaraq ən son vədləri əks etdirib.

COP29-un Sədri M.Babayev xəbərdarlıq edib ki, icranın ilk ilində geriyə addım atılması “bütün prosesi sarsıda bilər”.

Bununla yanaşı, o, iki həftəlik konfrans ərəfəsində pozitiv baxış bucağını da təqdim edərək vurğulayıb ki: “Keçmişdə verilən vədləri yerinə yetirməklə, biz sistemə olan inamı bərpa edirik. Biz həmçinin sübut edirik ki, yeni razılaşmalar əbəs deyil. Beləliklə, biz çox vaxt müşahidə etdiyimiz etimadsızlığı aradan qaldırır, COP-un əsas məqsədini yenidən bərpa edirik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yeni amfibiya növü kəşf edilib  

16:56
12 Dekabr

Tailandın Baş naziri Kamboca ilə qarşıdurma fonunda parlamenti buraxıb   

16:54
12 Dekabr

Baş nazir: Azərbaycan Türkmənistanın BMT tərəfindən tanınan daimi neytrallıq siyasətinə böyük hörmətlə yanaşır  

16:49
12 Dekabr

Anım gününə həsr olunmuş tədbirdə Ulu Öndərin sosial sahəyə göstərdiyi böyük diqqətdən bəhs edilib

16:47
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad edilib  

16:45
12 Dekabr

Ağdərə sakini: Yurdumuza qayıtmaq mənim üçün ikinci dəfə doğulmaq kimidir  

16:44
12 Dekabr

Ombudsman Aparatının kollektivi Ümummilli Liderin xatirəsini yad edib

16:43
12 Dekabr

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib  

16:42
12 Dekabr

Ağdərənin Həsənriz kəndinə köçən daha 16 ailəyə evlərin açarları təqdim edilib YENİLƏNİB 

16:41
12 Dekabr

Maliyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib  

16:40
12 Dekabr

Növbəti köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb, ailələrə açarlar təqdim olunub YENİLƏNİB  

16:38
12 Dekabr

Naxçıvanda Ümummilli Liderin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib  

16:02
12 Dekabr

Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub

15:52
12 Dekabr

Psixologiya Elmi- Tədqiqat İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib  

15:16
12 Dekabr

DTX-nin əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar

14:34
12 Dekabr

Baş nazir Əli Əsədov Türkmənistanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib  

14:20
12 Dekabr

Səhiyyə Nazirliyinin rəhbərliyi Ulu Öndərin xatirəsini yad edib  

14:00
12 Dekabr

Prokurorluq əməkdaşları anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər  

13:59
12 Dekabr

On bir ayda müavinətlər üzrə 1 milyard 66 milyon, Prezident təqaüdləri üzrə 685 milyon manat ödənilib  

13:58
12 Dekabr

İqtisadi fəal əhalinin sayı açıqlanıb  

13:51
12 Dekabr

Azərbaycan əhalisinin gəlirləri açıqlanıb  

13:50
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!