Cəbhəyə yollananda hamıdan halallıq istəmişdi
Şəhidlik uca zirvədir. Elə bir zirvə ki, Vətən uğrunda canını qurban verib bu zirvəyə ucalan oğullarımız aramızda olmasalar da, ürəklərimizdə hər zaman əbədi yaşayırlar. Vətən yolunda şəhid olmaq, canını fəda etmək insandan ürək istər, cəsarət istər, Vətən sevgisi istər.
Bütün bunları özündə duyub Vətənin azadlığı uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalan neçə-neçə igid oğullarımız arasında naftalanlı Bəhruz Quliyev də var. Ərazi bütövlüyümüz uğrunda canını fəda edən, öz qanı ilə adını tarixin yaddaşına yazan şəhidimizin əməlləri bu gün hər bir gəncə nümunə göstərilir.
Bəhruz Quliyev 1990-cı il mayın 9-da Goranboy rayonunda anadan olsa da, Naftalan şəhərində böyüyüb boya-başa çatmışdır. 2014-cü ildə həqiqi hərbi xidməti başa vurduqdan sora "maxe" kimi hərbi xidmətini davam etdirməyə başlamışdır. Bəhruz xidmət etdiyi dövrdə özünü nümunəvi hərbçi kimi göstərmişdir. O, 2016-cı ilin Aprel döyüşlərində fərqlənərək əsl vətənpərvər olduğunu sübuta yetirmişdir.
Bəhruz Quliyevin anası Möhtərəm Quliyeva deyir ki, oğlu 44 günlük Vətən müharibəsinə yollananda hər kəsdən halallıq aldı. Sanki şəhid olacağını özü də hiss etmişdi: "Oğlum orta məktəbi bitirdikdən sonra onu hərbi xidmətə yola saldıq. Əsgərlikdə olduğu müddətdə xoş xəbərlərini eşidirdik. Tərifnamələrlə həqiqi hərbi xidmətini başa vurub əsgərlikdən qayıtdı. Çox çəkmədi ki, hərbçi olmaq arzusunu bildirdi. "Bir ana kimi mən razı olmadım. Lakin inadından dönməyib öz arzusunun arxasınca getdi. Aprel döyüşlərində iştirak etdi".
Bəhruz Quliyev Suqovuşan ətrafında gedən döyüşlərdə hər zaman dostlarına dəstək olurdu. Döyüşlərin birində eşitdi ki, dostlarından yaralananlar var. O, güllə yağışı altında döyüş yoldaşlarını ərazidən çıxarmağa çalışdı. Elə bu zaman yanlarına mərmi düşdü və Bəhruz ağır yaralandı. 7 gün yaralı vəziyyətdə orada qaldı. Yalnız bir həftədən sonra Bəhruzu oradan götürmək mümkün oldu, amma cansız cəsədini.
Bəhruzun fədakarlığı Prezident İlham Əliyevin sərəncamı ilə yüksək qiymətləndirildi. Ölümündən sonra o, "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edildi. Onu da qeyd edək ki, Bəhruzun atası Firuz Quliyev də müharibə veteranıdır. O, Birinci Qarabağ müharibəsində Ağdərə uğrunda gedən döyüşlərin iştirakçısı olub.
İndi digər şəhidlər kimi, Bəhruz Quliyevin də məzarı ziyarətgaha çevrilib. Onun təhsil aldığı məktəbin şagirdləri tez-tez şəhidin məzarını ziyarət edirlər. Şəhər rəhbərliyi isə Naftalandakı keçmiş 4-cü küçəyə şəhid Bəhruz Quliyevin adını vermiş, bulaq kompleksi inşa etdirmişdir. Bundan başqa, şəhidin ailə üzvləri tez-tez icra hakimiyyətinə dəvət edilərək arzu və istəkləri dinlənilir.
Hər il faşist Almaniyası üzərində qələbənin ildönümü qeyd edilərkən Bəhruz Quliyevin də doğum günü anılır. Həmin gün ailə üzvləri və şəhər rəhbərliyi onun məzarını ziyarət edərək xatirəsinə ehtiram göstərirlər. Sonra şəhər rəhbərliyi şəhidin valideynlərini, yadigar qalmış iki qız övladı Elay və Mədinəni ziyarət edir, qayğıları ilə maraqlanırlar.
S.YUNİSOĞLU,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək ...
19 May
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür ...
19 May
Prezident İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
19 May
Azərbaycan Prezidenti: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan...
19 May
Prezident: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir
19 May
Prezident İlham Əliyev: İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyin...
19 May
Prezident: Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgə...
19 May
Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var
19 May
Prezident İlham Əliyev: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir ...
19 May
Prezident: İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb ...
19 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!