17 Iyul 2024 09:20
193
İQTİSADİYYAT
A- A+

Cari ildə sərnişindaşımada artım qeydə alınıb

 

Dəmir yolu nəqliyyatı ilə bu ilin yanvar-iyun aylarında 9,3 milyon ton yük, 3 milyon 849 min sərnişin daşınıb. 2023-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,4 faiz, sərnişin daşınmasında isə 19,2 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, orta hesabla sutkada 373 vaqon yüklənib, 426 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,3 min ton, Qərb istiqaməti üzrə 3,9 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib. Dəniz nəqliyyatı ilə bu ilin yanvar-iyun aylarında daşınmış yüklərin həcmi 4 milyon 125 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,6 faiz azalıb. Yüklərin 48,7 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 6 milyon 852 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 5 milyon 487 min tonunu və ya 80,1 faizini tranzit yüklər təşkil edib.

Bu il iyul ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 303,8 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 27,6 faiz artaraq 13,4 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 65,6 milyon ton yük, 848,6 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,9 faiz və 8,6 faiz artım qeydə alınıb. Sərnişinlərin 95,3 faizi avtobus, 4,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 11,1 faiz, sərnişin dövriyyəsi isə 10,0 faiz artıb. Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 4,1 faiz artaraq 113,2 milyon nəfər olub. Hava nəqliyyatı ilə 1 milyon 784 min və ya 44,7 faiz çox sərnişin daşınıb. Daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 16,6 faiz artaraq 197,5 min ton olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video