18 Aprel 2026 12:00
594
SİYASƏT
A- A+
Bütün vədlərini layiqincə doğruldan Lider

Bütün vədlərini layiqincə doğruldan Lider


Azərbaycanın müasir dövlətçilik tarixində elə məqamlar var ki, onlar bütöv bir millətin gələcək taleyini müəyyən edən dönüş nöqtələridir. 2018-ci il aprelin 11-də keçirilən prezident seçkiləri məhz bu cür tarixi əhəmiyyət kəsb edən hadisədir. Bu seçkilər Azərbaycan xalqının növbəti dəfə öz gələcəyi ilə bağlı uzaqgörən və dəqiq qərar verməsi ilə nəticələndi. Seçicilərin 86,03 faizinin dəstəyini qazanan cənab İlham Əliyevin yenidən dövlət rəhbəri seçilməsi cəmiyyətin Ulu Öndər Heydər Əliyev yoluna sarsılmaz sadiqliyini bir daha təsdiqlədi.

   11 aprel seçkiləri Azərbaycan xalqının öz Liderinə olan mütləq etimadının, sabitliyə və inkişafa verdiyi sarsılmaz dəstəyin növbəti təsdiqi idi. Həmin gün xalqımız böyük səs çoxluğu ilə cənab İlham Əliyevi yenidən dövlət rəhbəri seçməklə, əslində qarşıdakı illərdə qazanılacaq möhtəşəm hərbi zəfərlərə, iqtisadi sıçrayışlara və dövlət suverenliyimizin tam bərpasına səs vermiş oldu. Azərbaycan xalqı bu seçimi ilə öz siyasi mövqeyini və iradəsini beynəlxalq birliyə qəti şəkildə bəyan etdi. Bu qalibiyyət xalq-lider birliyinin sarsılmazlığını sübut etməklə bərabər, ölkəmizdə demokratik ənənələrin növbəti uğurlu mərhələsi oldu.

   2018-ci ildən sonra yaşanan möhtəşəm tarixi hadisələr də göstərdi ki, 11 apreldə verilən qərar yeganə doğru yol idi və xalq öz seçimində tamamilə haqlı çıxdı. Xalq öz daxili inamı ilə İlham Əliyevə səs verərkən rifaha, iqtisadi yüksəlişə və Heydər Əliyev kursunun davamına səs vermiş oldu. Çünki vətəndaşlar Prezidentimizi vədini əməli ilə təsdiqləyən, fəaliyyətini tamamilə dövlətin güclənməsinə, ölkənin beynəlxalq nüfuzunun artırılmasına həsr edən gerçək bir lider kimi qəbul edir. Bu etimad həm ötən illər ərzində görülən nəhəng işlərə verilən ən yüksək qiymət idi. Hələ 2003-cü ildə hər bir vətəndaşın prezidenti olacağını deyən cənab İlham Əliyev öz sözünü tam yerinə yetirmişdi.

   2018-ci il aprelin 18-də Prezident İlham Əliyevin Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqi isə ölkənin daxili-xarici siyasəti üçün strateji yol xəritəsi xarakteri daşıyırdı. Dövlətimizin başçısı öz çıxışında 2003-cü ildə verdiyi vədə sadiqliyini və Heydər Əliyev yolunun davamlılığını vurğuladı: "Mən 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Şadam ki, mən sözümə sadiq qaldım".

    Torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyü məsələsi də Prezidentin çıxışının ən kəskin və qətiyyətli bölmələrindən idi. Dövlətimizin başçısı Azərbaycanın işğalla heç vaxt barışmayacağını bəyan etdi: "Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, öz torpağında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir". Cənab Prezidentin "Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bunun üçün biz daha da güclü olmalıyıq" vədi bu çıxışdan cəmi iki il sonra reallaşdı.

    Dövlət başçısı iqtisadi asılılığın olmamasını siyasi müstəqilliyin əsası kimi dəyərləndirirdi. Prezident bildirdi ki, iqtisadi müstəqillik bizim siyasi müstəqilliyimizin təməlidir. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, biz bu qədər cəsarətli müstəqil siyasət apara bilməzdik.

    Ümumiyyətlə, 2003-2018-ci illər ölkəmizdə sabitliyin qorunduğu və iqtisadi islahatların dərinləşdiyi bir dövr kimi yadda qaldı. Bu müddətdə Azərbaycan enerji idxal edən ölkədən ixracatçı dövlətə çevrildi, nəhəng infrastruktur layihələri icra edildi, sahibkarlara milyardlarla manat güzəştli kreditlər ayrıldı. Regionların inkişafı, kənd təsərrüfatının modernləşdirilməsi və sosial rifahın yüksəlməsi cənab İlham Əliyevin seçkilərdəki uğurunun əsasını təşkil edirdi. Azərbaycanın iştirakçısı olduğu TANAP və Cənub Qaz Dəhlizi kimi transmilli layihələr ölkəmizi Avropanın əsas enerji tərəfdaşına çevirdi. Bütün bu iqtisadi və siyasi uğurların ali məqsədi isə torpaqlarımızın işğaldan azad olunması idi.

2018-ci il   aprelin 18-də dövlət başçısının ordu quruculuğu və ərazi bütövlüyünün bərpası ilə bağlı verdiyi qətiyyətli bəyanatların real nəticəsi özünü çox gözlətmədi. Seçkilərdən cəmi bir ay sonra, 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi istiqamətində həyata keçirilən uğurlu əməliyyat Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazıldı. Bu əməliyyat Azərbaycan Ordusunun hərbi qüdrətini və strateji üstünlüyünü nümayiş etdirən mühüm bir hadisə oldu. Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi bu taktiki fəaliyyət nəticəsində 1992-ci ildən bəri düşmən tapdağında olan Günnüt kəndi işğaldan azad edildi, strateji əhəmiyyətli yüksəkliklər ordumuzun tam nəzarətinə keçdi. Günnüt əməliyyatı sübut etdi ki, 2018-ci ilin aprelində Azərbaycan xalqı təkcə daxili sabitliyə deyil, həm də işğal altındakı torpaqlarımızın azad edilməsi qətiyyətinə səs vermişdi. Bu əməliyyat böyük qələbənin, 44 günlük Vətən müharibəsinin anonsu və Müzəffər Ali Baş Komandanın verdiyi vədlərin real əks-sədası idi.

   2020-ci ilin 44 günlük Vətən müharibəsin Ermənistanın işğalçı siyasətinə son qoyuldu və düşmən diz çökdürüldü. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə Azərbaycanın müasir tarixində dövlət suverenliyinin tam bərpası ilə nəticələnən həlledici nöqtə oldu. Bu əməliyyatla Azərbaycanın ərazisində separatçılığa son qoyuldu və dövlət suverenliyi bütün ölkə miqyasında təmin edildi. Bu, son iki yüz illik tariximizdə qazanılmış ən böyük strateji qələbədir.

    Prezident İlham Əliyev Xankəndi şəhərində bayrağımızı ucaltmaqla  prezidentlik fəaliyyətinin ən mühüm vədini tam yerinə yetirmiş oldu. Antiterror tədbirləri Cənubi Qafqazda yeni reallıqlar yaratdı və regionun sülh dövrünə keçidi üçün maneələri aradan qaldırdı.    Beləliklə, 2018-ci ilin aprelində xalqın etimadını qazanan İlham Əliyev bir dövlətin və xalqın tarixini dəyişən sərkərdə kimi adını tariximizə həkk etdi. 2018-ci il aprelin 18-də verilən vədlər bu gün Qarabağın yenidən qurulan şəhərlərində öz real əksini tapmaqdadır. Artıq Azərbaycan üçün "münaqişə" və "işğal" sözləri keçmişdə qalıb.

Xalqımız öz rəhbərinin ətrafında hər zaman sıx səfərbərdir. Qarşıda  isə bizi qüdrətli və regionun mütləq lideri olan bir dövlətin növbəti  parlaq uğurları gözləyir.

İsmayıl QOCAYEV,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pəncab əyalətinin Baş nazirinin müavini: Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur  

13:15
19 May

Sabah hava əsasən yağmursuz olacaq

13:14
19 May

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 149-cu kitabı çapdan çıxıb

13:13
19 May

Malayziya mediası: WUF13 Bakıda qlobal şəhərsalma əməkdaşlığını gücləndirir

13:12
19 May

WUF13-də “Yaşıl evlər, yaşıl eyvanlar: İqlimə dayanıqlı şəhərlər üçün hidroponik həllər” adlı xüsusi təlim sessiyası

13:11
19 May

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı: WUF13 dünyamızı daha dayanıqlı yerə çevirmək üçün fürsətdir

13:08
19 May

Sosial inklüzivlik və mənzil təminatı cəmiyyətin dayanıqlı inkişafında mühüm rol oynayır

12:59
19 May

WUF13: “Əlilliyi olan insanlar üçün inklüziv şəhərlər və müstəqil həyat” mövzusunda beynəlxalq təlim təşkil olunub - YENİLƏNİB

12:43
19 May

Qarabağda postmünaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri WUF13-də təqdim olunub - YENİLƏNİB  

12:37
19 May

Moldova xəbər portalı Prezident İlham Əliyevin WUF13-ün rəsmi açılış mərasimindəki çıxışına geniş yer ayırıb  

12:23
19 May

Rusiyada nüvə qoşun bölmələrinin təlimi başlayıb

12:13
19 May

Avrokomissar: Qlobal mənzil böhranından ən çox əziyyət çəkən gənclərdir

12:04
19 May

Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarları xidmətinin bərpası barədə razılığa gəlib  

12:01
19 May

Asiman İlyasov: WUF13 BDU-nun tələbə və gənc tədqiqatçıları üçün böyük imkanlar yaradır  

11:58
19 May

DSMF-nin fəaliyyət istiqamətləri üzrə 67 minə yaxın elektron arayış alınıb

11:52
19 May

Prezidentin xüsusi nümayəndəsi: Xankəndi Şəhər Dəmir Yolu və Avtovağzal Kompleksinin tikinti işlərinin 40 faizi yekunlaşıb  

11:51
19 May

Tramp: ABŞ-İran danışıqlarında müsbət irəliləyişlər var

11:46
19 May

İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

11:45
19 May

UN-Habitatın xoşməramlı səfirinə Azərbaycanda şəhid ailələrinin xanımlarına göstərilən dəstək barədə məlumat verilib  

11:44
19 May

Dünya Gözdən Əlillər Birliyinin prezidenti: Fiziki məhdudiyyətli insanların evlə təmin olunması əlçatan olmalıdır VİDEO  

11:32
19 May

Vəkillər Kollegiyasının nümayəndə heyəti Qarabağ Universitetində olub

11:28
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!