Bu il Cənubi Qafqaza sülh gələcək
Delimitasiya və demarkasiya prosesinə müdaxilə olmasa...
"Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində yeni dövr başlayıb. Bu dövrün başlanğıcı Baş nazirlərin birinci müavinləri arasında keçirilmiş son görüşdən sonra Qazax rayonunun 4 kəndinin qaytarılması və sərhədlərin delimitasiya prosesinə start verilməsi ilə qoyuldu".
Bu sözləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Dörd kəndin ölkəmizə qaytarılması ilə bağlı Ermənistanda etiraz aksiyalarının davam etdiyini xatırladan deputat bildirib ki, aksiyalara qoşulmalar kütləvi hal almır. Maraqlısı odur ki, aksiya təşkil edənlər sərhəd kəndlərinin adamları deyil. Onlar əsasən İrəvandan gələrək aranı qarışdırmaq istəyənlərdir. Ən faciəlisi də odur ki, kilsə insanları hakimiyyətə qarşı aksiyalara çağırır, o cümlədən keşiş Baqrat Qalstanyan aksiyalara başçılıq edir. Həm də Qaregen Koçaryanla görüşlər keçirir və planlar cızır. Din xadimləri əsasən müharibələrə qarşı olmalı, sülhdən və dostluqdan bəhs etməlidirlər. Ermənistanda isə bunun əksinədir, dini liderlər insanları müharibələrə sürükləyir və düşmənçilik toxumu səpərək çirkin niyyətlərini həyata keçirməyə çalışırlar.
"Təbii ki, kilsənin bu hərəkətləri xarici sifarişlərin icrasıdır. Bu sifariş Paşinyanın hakimiyyətdən devrilməsinə istiqamətlənib. Kilsə radikal müxalifətlə birləşərək bu məsələni reallaşdırmaq istəyir. Kilsənin və radikal müxalifətin bütün cəhdlərinə baxmayaraq, sadə erməni əhalisi arasında aparılan rəy sorğularında ermənilər müharibə istəmədiklərini, qaytarılan ərazilərin heç vaxt Ermənistana məxsus olmadığını və sülh sazişinin imzalanmasını dəstəklədiklərini bildirirlər", - deyə o əlavə edib.
A.Badamov qeyd edib ki, Ermənistanda baş verən daxili narazılıqlara baxmayaraq, Paşinyan hakimiyyəti Azərbaycanla münasibətlərin normallaşmasının alternativi olmadığını başa düşür. Ona görə də 4 kəndimiz özümüzə qaytarılır və sərhədlər delimitasiya olunur. Dörd kəndin qaytarılması prosesinə start verilməsi 12 kilometrə qədər sərhəd xəttinin delimitasiya olunmasıdır. Proses davam etdkcə iki ölkə arasında sərhəd xətti müəyyənləşəcək və dövlət sərhədi sərhədçilər tərəfindən qorunacaq.
Deputat bildirib ki, sərhədlərin delimitasiya prosesinin uğurla davam etməsi iki ölkə arasında münasibətlərin də normallaşmasına xidmət edəcək. Eyni zamanda ölkələrimiz arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar prosesinin də sürətləndirilməsini aktuallaşdırır. Yaxın vaxtda Qazaxıstanda XİN rəhbərlərinin görüşünün baş tutacağı da gözlənilir. Proseslərin sürətlənməsi ölkələrarası razılaşmaların əldə olunmasından irəli gəlir. Ölkələrimiz arasında, demək olar ki, fikir ayrılıqları qalmayıb və əsas məsələlər üzrə razılaşmalar əldə olunub".
Deputat hesab edir ki, kənar oyunçular iki ölkə arasında uğurla davam edən sülh danışıqları prosesinə müdaxilə etməzsə, bu il Cənubi Qafqaza sülh və əməkdaşlığın gəlişi gözlənilir. Bu il ölkəmizdə keçiriləcək COP29 beynəlxalq konfransına qədər Azərbaycanla Ermənistan arasında sülhlə bağlı sənəd imzalanarsa, bu, çox böyük bir hadisə olacaq. Bu hadisə həm də dünyada davam edən münaqişələrin sonlandırılması üçün də bir nümunə ola bilər. Bizdən asılı olmayan səbəblərə görə Azərbaycanla Ermənistan arasında davam edən uzunmüddətli münaqişədən insanlar da yorulub. Bu münaqişə birdəfəlik tarixin arxivinə göndərilərsə, ölkələrimizin inkişafı sürətlənər və təhlükəsizliyi daha da möhkəmlənər. Digər tərəfdən, münaqişənin və ziddiyyətlərin davam etməsi ordu xərclərinin artmasını tələb edir. Müharibə riski qalmazsa, hərbiyə ayrılan xərclərin bir hissəsini insanların rifahının yaxşılaşdırılmasına və iqtisadiyyatın digər sahələrinin inkişafına yönəltmək olar. Cənubi Qafqaz tarixən müharibələrin və münaqişələrin davam etdiyi bir region olmuşdur. Əgər yanaşma düzgün olsa, indi bu region dünyanın ən sabit və təhlükəsiz məkanına çevrilə bilər.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Şabranın 3 kəndini birləşdirən yol təmir edilir
19 May
GDU rəhbərliyi ilə tələbələrin görüşü keçirilmişdir
19 May
İndi Cəlilabad təkcə taxıl və üzüm diyarı deyil
19 May
"Yaşıl enerji"yə keçidlə bağlı dövlətimizin strateji hədəfləri var
19 May
İnsanlıq əleyhinə cinayət törətməkdə davam edən dövlət
19 May
Fransanın ittihamları siyasi tərbiyəsizlikdir
19 May
Müasir müstəmləkəçiliyin ən eybəcər siması
19 May
Problemlərin inkarı Fransa üçün Afrikanın itirilməsi ilə nəticələndi
19 May
Makronun müstəmləkəçilik fobiyaları
19 May
Strateji tərəfdaşlıq, qarşılıqlı etimada əsaslanan münasibətlər
19 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!