15 Aprel 2025 19:03
280
CƏMİYYƏT
A- A+
Biznesin inkişaf etdirilməsi ilə bağlı İmişlidən olan sahibkarların təklifləri dinlənilib  

Biznesin inkişaf etdirilməsi ilə bağlı İmişlidən olan sahibkarların təklifləri dinlənilib  


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və İmişli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İmişli rayonunda sahibkarlarla görüş keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, sənaye, pambıqçılıq, taxılçılıq, üzümçülük və heyvandarlıq fəaliyyəti göstərən 120-dən çox sahibkarın iştirak etdiyi tədbirdə görüşün formatına uyğun olaraq, rayonda sahibkarlara xidmət göstərən dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.

Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün dövlət dəstəyi mexanizmləri, biznes sahəsində yeni çağırışlar, eləcə də rayonun iqtisadi potensialı və biznes imkanları barədə məlumat veriblər.

Qeyd olunub ki, sahibkarlıq fəaliyyətinə başlamaq və mövcud biznesin inkişaf etdirilməsi üçün dövlətin dəstək alətləri, bu sahədə yeniliklər və rayonun biznes və investisiya potensialı barədə ətraflı məlumat üçün sahibkarlar ölkənin 50-dən çox şəhər və rayonunda fəaliyyət göstərən KOB dostu ofislərinə müraciət edə bilərlər. İmişli rayonu ilə yanaşı, KOB dostu ofisləri Mil-Muğan iqtisadi rayonu üzrə Beyləqan və Sabirabadda da fəaliyyət göstərir.

Tədbir çərçivəsində sahibkarların güzəştli kredit, KOBİA-nın dəstək mexanizmlərindən olan “Startap” şəhadətnaməsi və qrant aləti, regionda biznes fəaliyyəti üçün imkanlar və digər məsələlərlə bağlı fikir, təklif və ehtiyacları dinlənilib, müvafiq məsələlərlə bağlı müzakirələr aparılıb, sualları cavablandırılıb.

Cari il ərzində sahibkarlarla belə görüşlər ölkənin digər şəhər və rayonlarında da təşkil olunacaq.

Səfər çərçivəsində KOBİA nümayəndələri İmişli rayonunda fəaliyyət göstərən “İmişli R-Aqro”nun heyvandarlıq təsərrüfatında və “İmişli Mall”da olub, sahibkarlarla biznesin inkişafına dair fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Yüksəliş” müsabiqəsi çərçivəsində beşinci dəfə intellektual yarış keçirilib

18:32
26 Aprel

“Uşaq İncəsənət Festivalı – 2025” çərçivəsində birinci seçim turu davam edir

18:30
26 Aprel

Azərbaycan COP29 Sədrliyinin ilk milli tədbirində Xankəndi Gənclər Paktı imzalanacaq  

18:27
26 Aprel

Rusiya KXDR hərbçilərinin Kursk vilayətinin azad olunmasında iştirakını etiraf edir

18:26
26 Aprel

Xankəndidə COP Simulyasiya Konfransı öz işinə başlayıb YENİLƏNİB

18:25
26 Aprel

Roma Papası dəfn edilib  

18:24
26 Aprel

Azərbaycan Dünya Badminton Federasiyasının ali orqanında təmsil olunacaq  

18:22
26 Aprel

Volodimir Zelenski: Trampla təkbətək çox şeyi müzakirə etdik

16:35
26 Aprel

Azərbaycan Özbəkistanda keçirilən festivalda və II Türk Dünyası Mədəniyyət Forumunda təmsil olunur  

16:28
26 Aprel

5 min ilik məzar aşkarlanıb

16:26
26 Aprel

Dünyanın ən uzun tortu hazırlanıb  

16:14
26 Aprel

Dünya səyyahları Cəbrayılda minatəmizləmə prosesini izləyib

15:28
26 Aprel

Azərbaycan və Pakistan arasında strateji əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib  

14:26
26 Aprel

Zelenski və Tramp Romada görüşüblər

14:25
26 Aprel

Azərbaycan Prezidenti: Xarici siyasət prioritetlərimiz sırasında Çin xüsusi yer tutur  

14:23
26 Aprel

Prezident: Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var  

13:39
26 Aprel

Prezident İlham Əliyev: Azərbaycan və Çin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir  

13:08
26 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

13:04
26 Aprel

Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB 

13:04
26 Aprel

Prokurorluq əməkdaşları iki hektar ərazidə 1250-dən çox ağac əkiblər  

13:00
26 Aprel

Azərbaycan neftinin qiyməti artıb

12:56
26 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!