24 Iyun 2024 18:30
401
Mədəniyyət
A- A+

Beynəlxalq Qurama Festivalına Şuşada yekun vurulub

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı və Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçirilən Azərbaycanda ilk Beynəlxalq Qurama Festivalı Şuşada yekunlaşıb.

Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Qurama Festivalının yerli və xarici iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərini ziyarət ediblər. Səfər zamanı quramaçı sənətkarların əl işlərinin və zəfər yolunu tərənnüm edən, üzərində “Xarıbülbül” təsviri olan 44 metrlik quramanın nümayişi, eləcə də Tut bağında ziyarətçilər üçün təşkil olunan ustad dərsi şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, üç gün davam edən Beynəlxalq Qurama Festivalının açılışı Şirvanşahlar Sarayında olub. Festival çərçivəsində “Qurama Dayanıqlı sənət kimi: Eko-dost üsulların ənənələrlə sintezi” adlı beynəlxalq seminar təşkil olunub. Seminarda türk dövlətlərini təmsil edən quramaçı sənətkarlar, tədqiqatçılar və qurama sənətinin həvəskarları bir araya gələrək qurama sənətinin müxtəlif aspektləri, bu sahədə olan yeniliklər və təcrübələrini bölüşüb, gələcəkdə qurama sənətinin inkişafı yollarına dair fikir mübadiləsi aparıblar. Seminar zamanı quramanın qədim mədəni irsi təmsil etməsi ilə yanaşı, onun eko-dost sənət növü kimi də əhəmiyyəti xüsusi vurğulanıb.

Festival çərçivəsində həmçinin, qurama sənəti üzrə İçərişəhərin müxtəlif məkanlarında ustad dərsləri, “İçərişəhər” Muzey Mərkəzinin fond kolleksiyasından olan qurama nümunələrinin və Qoşa Qala meydanında yerli və xarici quramaçı sənətkarların əl işlərinin nümayişi təşkil olunub. Qazaxıstan, Qırğızıstan və Türkiyədən gələn quramaçı sənətkarlar “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda yerləşən Qurama Mərkəzi ilə tanış olublar. Qoruq ərazisindəki Arxeoloji-Etnoqrafik Muzey Kompleksində nümayiş olunan yerli əhalinin əsrlər boyunca yaşadığı ənənəvi həyat tərzi qonaqların marağına səbəb olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video