07 May 2024 22:20
206
CƏMİYYƏT
A- A+

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var  

 

Azərbaycanda analıq məzuniyyəti sistemi hazırda 183 nömrəli konvensiyaya uyğundur. Bu uyğunluq analıq məzuniyyətinin müddətini, analığa görə pul müavinətlərini, sosial sığorta təminatını, ayrı-seçkiliyə yol verilməməsini əhatə edir.

AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Əmək Təşkilatının (BƏT) gender bərabərliyi və ayrı-seçkiliklə mübarizə üzrə mütəxəssis Özge Berber Agtaş 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu çərçivəsində “Azərbaycanda qayğı işi: gender bərabərliyinin daha güclü olduğu iş dünyası naminə qayğı məzuniyyəti və xidmətinə sərmayə” mövzusunda qiymətləndirmənin əsas nəticələri ilə bağlı çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycanda atalıq məzuniyyəti (14 günlük, ödənişsiz), uzunmüddətli qayğı məzuniyyəti və təxirəsalınmaz məzuniyyət (ödənişsiz) ilə bağlı vəziyyəti yaxşılaşdırmaq üçün müəyyən addımlara ehtiyac var.

Onun sözlərinə görə, Azərbaycan BƏT-in “Analığın müdafiəsi haqqında” 183 nömrəli və “Ailə vəzifələri olan işçilər haqqında” 156 nömrəli Konvensiyasını təsdiq edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video