Belə getsə, keşişin də leşi çıxacaq
44 günlük müharibədə Ermənistan təkcə məğlub olmadı, həm də dərin siyasi böhrana, çıxılmaz depressiyaya düşdü. Çünki Azərbaycan Ordusunun sarsıdıcı zərbəsi ermənilərin 200 illik "böyük Ermənistan" yaratmaq xülyasına birdəfəlik son qoymuşdu.
Bu gün Ermənistan cəmiyəti və siyasi elitası iki yerə parçalanıb. Birincilər reallığı qəbul edənlər, ikincilər isə acı məğlubiyyətlə barışmayan revanşistlərdir. İndi bu iki qrup arasında ölüm-dirim mübarizəsi gedir.
Qonşu ölkədə baş verən prosesləri izləyəndə görürük ki, erməni cəmiyyəti həqiqətən xəstədir. Yəni onlar dünyada baş verən reallıqları anlamaq və nəticə çıxarmaq iqtidarında deyillər. İndi də məğlubiyyətlərinin bütün günahını Rusiyada və ruslarda görürlər. Belə fikirləşirlər ki, rus əsgərləri onların əvəzində Azərbaycanla döyüşməli idi. Daha fikirləşmirlər ki, onları Azərbaycan ərazisini 30 il işğal altında saxlamaq zəlil günə qoydu.
Erməniləri bu günədək bir arada saxlayan "böyük Ermənistan" ideyası olub. Hamı yaxşı xatırlayır: Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyan tələbələrin Ağrı dağı (yəni Türkiyə ərazisi) ilə bağlı sualına cavab olaraq demişdir ki, bizim nəslimiz Qarabağı azad etdi, siz də o torpaqları azad etməlisiniz. Bu xəyaldan sonra Azərbaycan Ordusu Serjik və onun kimilərini elə cəzalandırdı ki, bir daha başlarını qaldıra bilməyəcəklər.
Amma bir məsələni də unutmaq olmaz ki, 200 il erməni cəmiyyətində formalaşmış "böyük Ermənistan" ideyası qısa zamanda onların beyinlərindən silinib getməyəcək. Hətta bunu istəsələr belə, bunu onlara xaricdəki havadarları, diaspora və kilsə imkan verməyəcək. Çünki illər boyu bu cəmiyyət xəstə təfəkkürlə yaşayıb. Amma faydası yoxdur, qarşılarındakı iqtisadi və hərbi cəhətdən güclü Azərbaycandır. Elə buna görə ermənilərin üçüncü Qarabağ müharibəsi barədə çağırışları boş hay-küydür.
Ermənistanın baş naziri və xarici işlər nazirinin revanşistlərə tez-tez dediyi "siz yenə də 4 min erməni əsgərinin ölməsini istəyirsiz" sözləri onların Azərbaycan Ordusundan çəkinməsindən qaynaqlanır. Bu gün qonşu ölkədə iqtidarda olanlar himayədarları tərəfindən qızışdırılsa da, reallığı nəzərə alırlar. N.Paşinyan bunu açıq şəkildə deyib: "Əgər yenidən müharibə olsa, heç kəs bizim əvəzimizdən vuruşmayacaq və Azərbaycanla üz-üzə qalacağıq".
Qaşınmayan yerdən qan çıxarmaq ermənilərin tarixi mərəzidir. Son 100 ildə qonşuları ilə çaxnaşma yaradan ermənilərin, el arasında deyildiyi kimi, həmişə "çanaq başlarında çatlayıb". İndi də Ermənistandakı revanşist qüvvələr bir keşişi tapıb ortaya atıblar. O, meydan-meydan, şəhər-şəhər gəzib Ermənistan iqtidarını devirib revanşist müharibəyə başlamaq istəyir. Amma deyəsən, qonşu ölkədə yeni reallıqları dərk edənlər revanşistlərdən çoxdur. Əks halda bu müddət ərzində Ermənistanda çoxdan çevriliş olmuşdu.
Bu gün heç kəsə sirr deyil ki, keşiş Boqratın apardığı avantürist çağırışların arxasında duran əsas qüvvə Qarabağ klanıdır. O klan ki, ermənilər illərlə yaşadıqları rəzalətə görə onlara nifrət edirlər. Bu üzdən də müharibə çağırışları edən keşişə böyük dəstək verilmir. Digər tərəfdən, hər kəsə məlumdur ki, Baqrat kimi bir əyalət keşişinin arxasınca minlərlə insan düşməz, ona pərdə arxasında dəstək verən daxili və xarici qüvvələr var. Yoxsul, səfalət içində yaşayan ermənilərə hər mitinqdə iştiraka görə 5 min dramın verildiyini N.Paşinyan parlament tribunasından bəyan etdi. Əsas maliyyəçilərinin Qarabağ klanı, diaspor və erməni kilsəsi olduğu isə hər kəsə bəllidir.
Ermənistanın ən böyük bəlası bu günədək sözün həqiqi mənasında coğrafi ərazi statusunda qalmasıdır. Qonşu ölkədə 4 dəfə iqtidar dəyişsə də, o, heç vaxt müstəqil dövlət olub azad şəkildə daxili və xarici siyasət həyata keçirə bilməyib. Əvvəlki iqtidarlar dövründə üzlərini şimala, indi isə qərbə tutublar. Azərbaycanla bu günədək sülh sazişinin bağlanmaması da bununla bağlıdır. N.Paşinyan indi Qərbdən aldığı tapşırıqları yerinə yetirməklə məşğuldur. Belə olmasaydı, silahlanmaq əvəzinə ölkəmizlə sülh müqaviləsi bağlayıb iqtisadi və siyasi xaosdan xilas olmaq üçün səy göstərərdi.
Rusiya ilə münasibətlərin kəskinləşməsinin Ermənistana baha başa gələcəyini söyləyən erməni siyasətçiləri və politoloqları da kifayət qədər çoxdur. Onlar dərk edirlər ki, şimal qonşumuz təkcə enerji daşıyıcılarının qiymətini artırmaqla Ermənistanı qısa bir zamanda daha dərin sosial-iqtisadi və siyasi böhrana sürükləyə bilər. Qeyd etdiyimiz kimi, bunun kökündə Ermənistanda milli maraqlara uyğun siyasət apara biləcək siyasətçi və siyasi iradənin olmaması durur. Nə qədər ki, bu ölkə öz milli maraqlarını qoruya bilməyəcək, onu başqa ölkələrdən gələn emissarlar idarə edəcək.
Rüstəm KAMAL,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna 1000 kilometrdən çox uçuş məsafəsi olan hücum pilotsuz təyyarələrinin istehsalına başlayıb...
30 Iyun
İsmayıllıda torpaq sürüşməsi səbəbindən Qoydan kəndinin sakinləri köçürülür
30 Iyun
Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var
30 Iyun
Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib
30 Iyun
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək
30 Iyun
Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub
30 Iyun
Azərbaycanın energetika naziri İtaliyaya səfər edib
30 Iyun
Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub
30 Iyun
Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib
30 Iyun
Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb
30 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu q...27 Iyun 2024
Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi tə...26 Iyun 2024
Azərbaycan beynəlxalq əməkdaşlıq platformasına çevrilir25 Iyun 2024
İlham Əliyevin əməkdaşlıq modeli qlobal platformaya çevrilir21 Iyun 2024
Qurtuluş missiyası15 Iyun 2024
ÇOX OXUNANLAR
Prezident növbədənkənar parlament seçkilərini təyin etdi29 Iyun 2024
Sülh uğrunda müharibə26 Iyun 2024
Davamlı inkişaf, səmərəli islahat, real nəticə25 Iyun 2024
Böyük tarixdən başlanan Zəfər yolu23 Iyun 2024
“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb22 Iyun 2024
Adın nədir - Daşdəmir...21 Iyun 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!