13 Iyun 2024 08:50
601
Təhsil
A- A+

Banqkokda SDU-nun sərgi-stendi maraqla qarşılanıb

 

"Times Higher Education" (THE) beynəlxalq reytinq agentliyinin təşəbbüsü ilə Tailand Krallığının paytaxtı Banqkok şəhərində "Qlobal Davamlı İnkişaf Konqresi" keçirilir.
Dünyanın 100-dən çox ölkəsindən 3000-dən artıq qlobal lider və innovator "Davamlı inkişaf" ilə bağlı müzakirələrə qoşulub. Elm və Təhsil Nazirliyinin dəstəyi, nazirliyin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə konqres çərçivəsində Azərbaycan pavilyonunda Sumqayıt Dövlət Universiteti də təmsil olunub. Bu gün isə "Azərbaycanın dayanıqlı inkişaf təcrübələri" panelində SDU-nun rektoru Rüfət Əzizov spiker qismində çıxış edəcək. İlk günlərdən SDU-nun sərgisi maraqla qarşılanıb. Ziyarətçilərin çoxu öz fikirlərini rəylər kitabında qeyd edib.
Bu gün işini yekunlaşdıran konqres çərçivəsində "Times Higher Education" beynəlxalq reytinq agentliyi tərəfindən universitetlərin fəaliyyətinin Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədi üzrə qiymətləndirildiyi "THE Impact 2024" reytinqinin nəticələri də elan edilməsi gözlənilir.

Akif ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video