05 Dekabr 2025 16:12
298
CƏMİYYƏT
A- A+
Bakıda TDT-yə üzv və müşahidəçi ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilib YENİLƏNİB  

Bakıda TDT-yə üzv və müşahidəçi ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilib YENİLƏNİB  

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilib. Türk dövlətlərində ortaq rifah naminə əmək sahəsində əməkdaşlıq” adı ilə keçirilən iclasda Təşkilata üzv olan - Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstanın və müşahidəçi ölkələrin (Şimali Kipr Türk Respublikası, Macarıstan, Türkmənistan) əmək, məşğulluq, sosial müdafiə qurumlarının və TDT-nin rəhbər şəxsləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, TDT-yə üzv ölkələrlə əlaqələrin genişləndirilməsi, Türk dünyasının gücləndirilməsi ölkəmizin prioritetlərindən biridir.

Nazir son illər ölkəmizdə aparılan sosial islahatlar, dövlət sosial xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində əldə olunan nailiyyətləri, DOST konsepsiyasının üstünlüklərini, işğaldan azad edilmiş ərazilərdə keçmiş məcburi köçkünlərin məşğulluğunun təminatı üçün görülən işləri diqqətə çatdırıb. O, Azərbaycanın məşğulluq və sosial müdafiə sahəsində qazandığı təcrübəni və əldə etdiyi uğurları təşkilata üzv dövlətlərlə bölüşməkdə, habelə həmin dövlətlərin bu sahədə qazandığı təcrübəni öyrənməkdə maraqlı olduğunu qeyd edib. O, görüşün ölkələr üçün daha inklüziv və dayanıqlı sosial inkişaf modelinin yaranmasına töhfə verəcəyinə əminliyini bildirib.

TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev Təşkilata üzv ölkələr arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsinin mühüm prioritetlərdən olduğunu və hazırkı iclasın bu məqsədə xidmət etdiyini vurğulayıb.

Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhan türk dövlətlərinin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin bu gün ilk dəfə bir araya gəlməsinin, “Türk Dünyası 2040 Vizyonu” rəhbər tutulmaqla, əmək, məşğulluq və sosial müdafiə sahəsində də əməkdaşlığın inkişaf etdirilməsinin xüsusi önəmini vurğulayıb.

Qırğızıstanın əmək, sosial təminat və miqrasiya nazirinin birinci müavini Kamçıbek Dosmatov əlaqələndirilmiş tədbirlərin əməkdaşlıq üçün vacibliyini, əmək bazarının inkişaf etdirilməsi ilə bağlı fikirlərini diqqətə çatdırıb.

Ortaq köklər və ortaq strateji məqsədlərin türk ölkələrini birləşdirdiyini vurğulayan Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması nazirinin müavini Sirojiddin Bobokulov işçi qüvvəsinin bacarıqlarının inkişafına investisiya qoyulması, əməyin təhlükəsizliyi, sosial dialoqun gücləndirilməsi və s. sahələrdə birgə fəaliyyətin önəmini qeyd edib.

Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Viktoriya Şeqay ölkəsində əmək və məşğulluq, sosial müdafiə sahəsində rəqəmsal həllərin geniş tətbiqi işlərindən bəhs edib, bu sahədə əməkdaşlığın dərinləşdirilməsinə sadiq olduqlarını bildirib.

Şimali Kipr Türk Respublikasının (ŞKTR) əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu ölkəsində aparılan sosial islahatlar barədə məlumat verib. O, Azərbaycanın DOST təcrübəsinin Türk dünyasında nümunəvi bir model olduğunu deyib.

Macarıstanın Milli İqtisadiyyat Nazirliyinin məşğulluq siyasəti üzrə dövlət katibi Sandor Czomba və Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Halbibi Tachjanova tədbirin əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın inkişafı üçün mühüm platforma yaratdığını bildiriblər.

Daha sonra Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının Bəyannaməsi imzalanıb. Sənəddə Təşkilata üzv və müşahidəçi dövlətlər arasında əmək qanunvericiliyi, əmək hüquqlarının qorunması, əmək mühitində sağlamlıq və təhlükəsizlik, gender bərabərliyi və s. istiqamətlərdə əməkdaşlığın gücləndirilməsi, bunun üçün görüləcək tədbirlər, nazirliklər arasında Əmək, Məşğulluq və Sosial Müdafiə məsələləri üzrə İşçi Qrupun yaradılması nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün 59 cinayətin açılması təmin edilib

10:35
03 Mart

Dünya birjalarında neft bahalaşıb

10:24
03 Mart

Dünya bazarında qızıl və gümüşün bahalaşması davam edir

10:19
03 Mart

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşır

10:15
03 Mart

Şanxay Əməkdaşlıq Təşkilatı BMT-ni beynəlxalq sülhün pozulmasına qarşı təcili tədbirlər görməyə çağırıb  

10:15
03 Mart

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirak edir YENİLƏNƏCƏK

10:08
03 Mart

FHN Od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib

09:56
03 Mart

Rəcəb Tayyib Ərdoğan: Türkiyə bölgədə davamlı sülhün tərəfdarıdır

09:34
03 Mart

Yaxın Şərqdə gərginlik fonunda Avropada qaz qiymətləri 50 faizdən çox artıb

09:33
03 Mart

Serbiyanın İrandakı səfiri və səfirlik əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunublar

09:31
03 Mart

COVID və qripə qarşı birgə peyvənd təsdiq olunub

09:20
03 Mart

QƏZƏLLƏR

09:17
03 Mart

ABŞ vətəndaşlarını 10-dan çox ölkəni dərhal tərk etməyə çağırıb

09:15
03 Mart

Poeziyanın intibah günəşi

09:15
03 Mart

Bakı - tarixlə gələcəyin görüşdüyü məkan

09:10
03 Mart

Od çərşənbəsi işıq, yenilənmə, güc, birlik və yüksəliş rəmzidir

09:05
03 Mart

"Azərbaycan-İtaliya biznes və investisiya əlaqələri" mövzusunda tədbir keçirilib

09:00
03 Mart

İlin ilk ayında sənayenin qeyri-neft-qaz sektorunda 8,7 faiz artım qeydə alınıb

08:55
03 Mart

BP və SOCAR Xəzər hövzəsində seysmik və quyu tədqiqatları sahəsində əməkdaşlıq edəcəklər

08:50
03 Mart

Azərbaycan-Efiopiya: başlanan əməkdaşlıq geniş tərəfdaşlığa yol açır

08:45
03 Mart

Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin funksionallığını gücləndirəcək

08:40
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!