Bakı Hüquq Mərkəz oxucuların suallarına cavab verir
Sual: Beşmərtəbəli (və ya digər) çoxmənzilli binaları alıb sakinlərə yeni tikilmiş və ya tikiləcək binalarda mənzil veriləcəyini söyləyirlər. Hər mənzil sahəsinə əvvəlkindən 10 faiz də əlavə ediləcəyi bildirilir. Bu, qanunvericilikdə necə nəzərdə tutulub və necə nizamlanır? Əgər mənzil özəlləşdirilməyibsə, orada qeydiyyatda olan ailənin say tərkibi yeni mənzil verilərkən nəzərə alınmalıdırmı? Ümumiyyətlə, bu əməliyyatlar, tərəflər arasındakı hüquqi münasibətlər zamanı mənzilin özəlləşdirlməsi ilə özləlləşdirilməməsi, çıxarışının olmaması arasında nə fərq var? Əgər bir ailə 5 nəfərdən ibarətdirsə və onlar bir otaqlı (köhnə standart ölçülü) məzildə qeydiyyatdadırlarsa, mənzil də özəlləşdirlməyibsə, bu ailənin (fərd olaraq) mənzil genişləndirmə hüququ nəzərə alınır və ya alınmalıdırmı?
Fatma Həsənova,
Bakı şəhər sakini
Cavab: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarına əsasən, Bakı şəhəri üzrə Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər rayon icra hakimiyyətlərinə 5 il müddətinə tapşırılmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etsinlər (1.3-cü bənd). Təcrübədə yerli icra hakimiyyətləri bununla bağlı sərəncam qəbul edir və tikintini həyata keçirəcək tikinti şirkəti ilə müqavilə bağlayırlar. Eyni zamanda tikinti şirkəti də köçürüləcək şəxslərlə (vətəndaşlarla) müqavilə bağlayaraq öz aralarındakı münasibətləri tənzimləyirlər. Sözügedən qərarda əlavə 10 faiz sahənin verilməsi ilə bağlı xüsusi göstəriş nəzərdə tutulmayıb. Bununla belə, təcrübədə 10-20 faiz əlavə sahənin verilməsi hallarına rast gəlinir. Tikinti şirkəti ilə bağlanacaq müqavilədə şəxs (vətəndaş) bu şərtin ayrıca göstərilməsini tələb edə bilər.
Söküləcək binada (mənzildə) qeydiyyatda olan şəxslərin ailə tərkibinin nəzərə alınması da 86 nömrəli qərarda öz əksini tapmayıb. Nazirlər Kabineti bununla əlaqədar yalnız qərarın 1.3-cü bəndində “müvafiq mənzillərin ayrılması” ifadəsini göstərməklə kifayətlənib. Bu ifadənin əvvəlki (sökülən) və yeni (inşa edilən) mənzillərin sahələrinin eyni olmasını ifadə etdiyini demək mümkündür. Bir sözlə, qeydiyyatda olan şəxslərin sayı əhəmiyyət kəsb etmir.
Şəxs özəlləşdirilməmiş mənzilin mülkiyyətçisi deyil, kirayəçisidir, mülkiyyətçi isə dövlətdir. Doğrudur, qanunvericiliyə əsasən, özəlləşdirilməsə belə, bu mənzillər de-fakto şəxsin özəl mülkiyyəti sayılır. Şəxs mənzili özəlləşdirdiyi, yəni onun üzərindəki mülkiyət hüququnu de-yure rəsmiləşdirdiyi təqdirdə, onun hüquqi mülkiyyətçisinə çevrilir.
Mənzil Məcəlləsi mülkiyyət və sosial kirayə müqaviləsi əsasında istifadə edilən mənzillərin (binaların) yenidən qurulması ilə bağlı münasibətləri fərqli şəkildə tənzimləyir. Burada qısa şəkildə onu qeyd edə bilərik ki, köhnə binaların sökülməsi və yeni mənzillərin inşa edilməsində məqsəd mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması olduğundan sakinlərin hüquqları mənzildən mülkiyyətçi və ya kirayəçi kimi istifadə etmələrindən asılı olmayaraq qorunmalıdır.
Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib
09 May
Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib
09 May
Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib
09 May
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan A...
09 May
Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib
09 May
“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvo...
09 May
Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşl...
09 May
Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib ...
09 May
Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb
09 May
Qocalmamaq üçün nə edək?
09 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!