17 Aprel 2025 22:48
587
SİYASƏT
A- A+
Azərbaycanla Gürcüstanın strateji tərəfdaşlığı möhkəm təməllərə söykənir

Azərbaycanla Gürcüstanın strateji tərəfdaşlığı möhkəm təməllərə söykənir


Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə səfəri çərçivəsində keçirilmiş görüşlər və verilən bəyanatlar iki dövlət arasında formalaşmış səmimi və konstruktiv münasibətlərin növbəti təzahürü olub. Bu səfər qarşılıqlı etimad və ortaq maraqlara əsaslanan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir.

Azərbaycan və Gürcüstan arasında formalaşmış münasibətlər tarixi köklərə, ortaq dəyərlərə və qarşılıqlı hörmətə əsaslanır. Bu əlaqələr zamanla genişmiqyaslı strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş, ölkələr arasında formalaşan tərəfdaşlıq modeli regionda sabitlik və davamlı inkişaf baxımından mühüm əhəmiyyət daşıyır.

Enerji, nəqliyyat, təhlükəsizlik və humanitar sahələrdə həyata keçirilən birgə təşəbbüslər həm də Avrasiya məkanında yeni əməkdaşlıq imkanlarının yaranmasına təkan verir. Regional və transmilli layihələrin perspektivləri ilə yanaşı, əməkdaşlığın yeni istiqamətləri üzrə müzakirələr yeni imkanlar və uğurlu nəticələrin əldə olunmasına zəmin yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanatda vurğuladığı kimi, Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır.

Xüsusilə, Avrasiya məkanında yeni enerji və nəqliyyat xəritəsinin formalaşmasında Azərbaycan-Gürcüstan tərəfdaşlığının əvəzsiz rolu bu səfər çərçivəsində bir daha təsdiqlənib. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi strateji layihələr Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verir. Nəqliyyat-kommunikasiya sahəsində həyata keçirilən Bakı-Tbilisi-Qars dəmiryolu və yeni liman infrastrukturları Orta Dəhliz layihəsinin əsas dayaqlarını təşkil edir. Bu layihələr sayəsində Azərbaycan və Gürcüstan Avropa ilə Asiya arasında ən qısa, həmçinin səmərəli quru və dəniz əlaqəsini təmin edən regional tranzit mərkəzlərinə çevriliblər.

Son dövrlərdə baş tutan yüksək səviyyəli səfərlər və səsləndirilən fikirlər bu strateji münasibətlərin möhkəm təmələ söykəndiyini və gələcəyə yönəlik dayanıqlı inkişaf xəttini nümayiş etdirir. Dövlətimizin başçısı bəyanatda qeyd edib ki, təbii olaraq siyasi əlaqələr inkişaf edir: “Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir”.

Azərbaycan və Gürcüstan arasında parlamentlərarası dostluq qrupları, XİN-lərarası məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya kimi mexanizmlər ikitərəfli əməkdaşlığı daha da dərinləşdirməkdədir. Hazırda iki ölkə arasında 119 sənəddən ibarət müqavilə-hüquq bazası mövcuddur ki, bu da əməkdaşlığın hüquqi çərçivəsinin möhkəmliyini nümayiş etdirir.

Yeni reallıqlar fonunda region üçün sülh, qarşılıqlı etimad və əməkdaşlıq sabitlik və inkişafın əsas dayaqları kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə qarşılıqlı dəstək göstərir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkələrimiz hər zaman bir-birinin milli maraqlarını diqqət mərkəzində saxlayır, mühüm məsələlərdə qarşılıqlı dəstək göstərərək ortaq mövqedən çıxış edirlər. Prezident İlham Əliyev bəyanatında Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar edilməsinin Azərbaycan və Gürcüstanın birgə maraqlarında olduğunu vurğulamışdır.

Prezident İlham Əliyev bu günədək Gürcüstana biri dövlət, biri rəsmi, doqquzu işgüzar olmaqla 11 səfər etmişdir. 2023-cü il oktyabrın 8-də baş tutan sonuncu işgüzar səfər və 2015-ci il noyabrın 5-6-da keçirilmiş rəsmi səfər münasibətlərin intensiv xarakterini təsdiqləyir. Ənənəyə uyğun olaraq Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin bu ölkədə keçirilən seçkilərdən sonra ilk rəsmi səfərini Azərbaycana etməsi dövlətlərarasında formalaşmış etimada əsaslanan strateji münasibətlərin əhəmiyyətini bir daha göstərir.


Mahir SÜLEYMANLI,

Milli Məclisin deputatı




Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər  

22:58
11 May

Nigeriyada silahlı hücum nəticəsində 30 nəfər ölüb

22:23
11 May

Azərbaycan Kosta-Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub  

21:43
11 May

 WUF13 öncəsi mühüm tədbir: “Eco-Art” Festivalı

21:06
11 May

BMT: Sudanda PUA zərbələri nəticəsində azı 880 mülki şəxs həlak olub  

20:21
11 May

Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır 

20:08
11 May

Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığa dair fikir mübadiləsi aparılıb  

19:35
11 May

Ukrayna Prezidenti Vladimir Putinlə görüşün formatının ABŞ ilə müzakirə olunduğunu bildirib  

19:03
11 May

Litva Hərbi Akademiyasının nümayəndə heyəti Bakıdadır

18:53
11 May

Ulu Öndərin əziz xatirəsi Heydər Əliyev zirvəsində anılıb  

18:37
11 May

Pakistan mənbələri Tehranın Vaşinqtona cavabının detallarını açıqlayıblar  

18:13
11 May

Rumıniya Aİ-də doğum səviyyəsinin ən çox azaldığı ölkə olub

17:48
11 May

Makron Fransa və Britaniya hərbçilərinin Hörmüz boğazına yerləşdirilməsi ilə bağlı iddiaları təkzib edib  

17:38
11 May

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib  

17:29
11 May

Sahib Ələkbərov: "Bakı–Xankəndi" velosiped yarışı çox cəlbedicidir  

17:21
11 May

Azərbaycan atıcılarından Avropa çempionatında iki gümüş medal

16:57
11 May

Gürcüstan Pravoslav Kilsəsinin yeni Katolikos-Patriarxı seçilib

16:49
11 May

Aİ ukraynalı uşaqların qanunsuz deportasiyasına qarşı yeni sanksiyalar tətbiq edib

16:33
11 May

İzmirdə Heydər Əliyev liseyində Ulu Öndərin xatirəsi anılıb

15:41
11 May

Avropada Azərbaycana münasibətdə formalaşan iki yanaşma ilə bağlı təhlil dərc edilib

15:31
11 May

Olimpiya çempionu: "Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının kateqoriyası yüksəldilməlidir

15:09
11 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!