19 Mart 2024 20:34
4936
Turizm
A- A+

Azərbaycanın turizm imkanları Moskvada nümayiş etdirilir

 

Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 19-21 mart tarixlərində Rusiyanın Moskva şəhərində keçirilən 30-cu “MITT - beynəlxalq turizm və qonaqpərvərlik sənayesi” sərgisində nümayiş etdirilir.

AZƏRTAC xəbər verir ki, Rusiya və MDB məkanı üzrə əsas turizm tədbirlərindən biri hesab olunan sərgidə ölkəmizi “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi ilə yanaşı, 13 yerli sənaye nümayəndəsi təmsil edir.

Stendi ziyarət edən sərgi iştirakçılarına Azərbaycanın turistik məkanları, milli mətbəx nümunələri, şərabçılıq, işgüzar turizm, sağlamlıq, ekoturizm, eləcə də, qış turizmi imkanları, dağ-xizək mərkəzləri, UNESCO-nun Ümumdünya mədəni irs siyahısına daxil edilmiş maddi mədəni irs nümunələrindən İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi, Qobustan qayaüstü rəsmləri mədəni landşaftı, Xan Sarayı ilə birlikdə Şəki şəhərinin tarixi mərkəzi, Xınalıq kəndi və Köç yolu mədəni landşaftı haqqında ətraflı məlumat verilir. Turizm sənayesi nümayəndələri arasında keçirilən B2B görüşlərdə ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunur.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Rusiyadan Azərbaycana 91 397 nəfər ziyarətçi gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz artım deməkdir. 2023-cü ildə Rusiyadan gələn ziyarətçiləri sayı isə 2022-ci illə müqayisədə 39,9 faiz artaraq 625 106 nəfərə çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video