15 May 2025 15:50
582
İQTİSADİYYAT
A- A+
Azərbaycanın peyk interneti platforması mükafata layiq görülüb

Azərbaycanın peyk interneti platforması mükafata layiq görülüb


Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) innovativ məhsulu olan “Azconnexus”, yayım sektorunun inkişafına verdiyi töhfəyə görə ən yaxşı “VSAT Service Provider” (VSAT xidmət təchizatçısı) nominasiyası üzrə mükafat ilə təltif olunub.

AZƏRTAC qurumun yaydığı məlumata istinadla xəbər verir ki, Azərbaycan Kosmik Agentliyinin aparıcı peyk rabitə platforması olan “Azconnexus”u yeni peyk data həlləri ilə zənginləşdirib. Platforma “Azerspace-1” və “Azerspace-2” peykləri üzərindən, həm C yayım şüası, həm də Ku yayım şüası spektrlərində Dövlət, Korporativ və Mobil sektorlarının ehtiyaclarına uyğun şəkildə optimallaşdırılmış yüksəkkeyfiyyətli peyk həllərini təklif edir. Ən ucqar və çətin mühitlərdə belə kəsintisiz və yüksəksürətli peyk bağlantısı təmin edən “Azconnexus”, həyati əhəmiyyətli əməliyyatlar üçün etibarlı və davamlı hesab olunur.

Qeyd edək ki, ötən gün “Azərkosmos” Birləşmiş Ərəb Əmirliklərinin telekommunikasiya şirkəti “Galaxy Telecom FZE” ilə yeni əməkdaşlıq müqaviləsi imzalayıb. Müqavilə Dubayda keçirilən "SATExpo 2025" sərgisi çərçivəsində imzalanıb. Müqaviləyə əsasən “Azerspace-2” peyki üzərindən Yaxın Şərq regionunda olan müştərilərə internet xidmətləri təqdim olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Daxili İşlər Nazirliyində ötən ilin yekunları müzakirə edilib  

15:31
23 Yanvar

İspaniya Deputatlar Konqresinin sədri Ulu Öndərin məzarını ziyarət edib  

15:16
23 Yanvar

İspaniya Konqresinin sədri: Azərbaycan-Ermənistan normallaşma prosesi sülh sazişi ilə nəticələnəcək

15:15
23 Yanvar

Avropanın maye qaz idxalının daha da artacağı gözlənilir  

15:12
23 Yanvar

Beynəlxalq Təmiz Enerji Günü münasibətilə dəyirmi masa keçirilib 

15:07
23 Yanvar

Efiopiyada WUF13-lə bağlı görüşlər keçirilib  

15:02
23 Yanvar

Milli Məclisin sədri: İspaniya ilə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar var  

14:44
23 Yanvar

Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub  

14:42
23 Yanvar

Tarixin əzəmət nişanələrindən biri-Qalata qülləsi  

14:36
23 Yanvar

“Etik və psixoloji bacarıqlara güclü idmançı” layihəsinə həsr olunmuş təltifetmə mərasimi keçirilib

14:28
23 Yanvar

Azərbaycanın Sülh Şurasına qoşulması regionda sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaradır 

14:25
23 Yanvar

ADSEA-nın sədri Ucarda vətəndaşlarla görüşüb

13:48
23 Yanvar

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq  

13:00
23 Yanvar

Ötən il qəsdən törədilən hücumlarda BMT-nin 21 əməkdaşı həlak olub  

12:53
23 Yanvar

Fransina Armenqol Sosias Bakıda Zəfər abidəsini və Zəfər muzeyini ziyarət edib YENİLƏNİB

12:41
23 Yanvar

Dövlət maliyyəsinin səmərəli idarəsinin təşkili ilə bağlı qanunlarda dəyişiklik müzakirə olunur

12:33
23 Yanvar

Fərid Qayıbov Qubadlı rayon və Sumqayıt şəhər sakinləri ilə görüşüb  

12:22
23 Yanvar

UNESCO: Son iki ildə 50-dən çox ölkədə internetin kəsilməsi halları olub  

11:41
23 Yanvar

Cey Di Vens: ABŞ Yaxın Şərqdə əhəmiyyətli qüvvələr cəmləyib  

11:32
23 Yanvar

Davos İqtisadi Forumu Azərbaycanın qlobal iqtisadi arenada lider olduğunu bir daha göstərdi  

11:24
23 Yanvar

Aqrar İnnovasiya Mərkəzi və Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq imkanları müzakirə edilib  

11:18
23 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!