14 Oktyabr 2026 15:41
304
SİYASƏT
A- A+
Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələri genişlənir  

Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələri genişlənir  


“Bu gün Asiya təkcə coğrafi baxımdan deyil, həm də geoiqtisadi və geosiyasi baxımdan dünyanın diqqətini çəlb edir. Azərbaycanın xarici siyasətində də Asiya, o cümlədən Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələr genişlənir. Kamboca Krallığının Baş naziri Hun Manetdən sonra Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri də bunun göstəricisidir”. Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Onun sözlərinə görə, Laos ilə əlaqələrin inkişafı Azərbaycanın Cənub-Şərqi Asiya regionunda siyasi və iqtisadi mövqelərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu ölkə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının araşdırılması və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin gücləndirilməsi Azərbaycanın Asiya istiqamətində xarici siyasətinin şaxələndirilməsinə töhfə verə bilər. Liderlərin mətbuata bəyanatı zamanı Prezident İlham Əliyevin dediyi kimi, siyasi əlaqələr uğurla inkişaf edir. Artıq 30 ildən çoxdur ki, ölkələrimiz arasında diplomatik əlaqələr qurulub və bu, 1995-ci ilə təsadüf edir. Eyni zamanda, ötən dövr ərzində ölkələrimiz bir sıra beynəlxalq təşkilatlar çərçivəsində həmrəylik nümayiş etdirir. Bununla yanaşı, parlamentlərarası əlaqələr də inkişaf edir, hər iki ölkənin qanunverici orqanında dostluq qrupları yaradılıb. Ölkələrimizin iqtidar partiyaları arasında da fəal əməkdaşlıq mövcuddur.

Deputat bildirib ki, Laosla siyasi əlaqələr yüksək səviyyədə olsa da, iqtisadi-ticari münasibətlərimiz mövcud potensialı əks etdirmir. Hər iki ölkənin iş adamlarının iştirakı ilə biznes-forumun keçirilməsi bu istiqamətdə əməkdaşlığımıza böyük təkan verəcək. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir. Həm maliyyə tutumu nəzərə alınır, eyni zamanda, sərmayələrimizin coğrafiyası da genişlənir. Milyardlarla dollar səviyyəsində olan sərmayələr, həm ölkəmizin imkanlarını göstəri, həm də qarşı tərəf üçün də çox böyük fayda verir.

“Ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin isə özünəməxsus tarixi var. Belə ki, vaxtilə sovet dövründə iki mindən çox Laoslu tələbə Azərbaycanda təhsil alıb. Liderlərin görüşündə bu ənənənin bərpası diqqət mərkəzində olub. Bu, reallaşarsa gələcək illər ərzində ölkəmizdə  daha çox Laoslu tələbələr təhsil ala biləcək” – deyən Samir Vəliyev əlavə edib ki, ölkələrimiz arasında mübadilə edilən sənədlər, o cümlədən qəbul edilmiş Birgə Bəyanat gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir.

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!