Azərbaycanı zirvələrə ucaldan dahi şəxsiyyət
Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçilik tarixində öz dəst-xətini qoymuş böyük dövlət adamıdır. Heydər Əliyevin ilk fəaliyyət dövrü Sovet İttifaqı dövrünə təsadüf edir. O, SSRİ kimi böyük bir imperiyanın rəhbərliyinə yüksəlmiş müsəlman dövlət xadimi idi.
Öz prinsipiallığı ilə seçilən rəhbər kimi Heydər Əliyev Azərbaycanı bütün dünyada tanıtdı, eyni zamanda millətimizin adını yüksəklərə ucaltdı. Heydər Əliyevin fəaliyyətinin sonrakı mərhələsi isə müstəqillik dövrünə təsadüf etdi. Naxçıvanın blokadada olduğu bir vəziyyətdə muxtar respublikada rəhbərliyə seçildi və xalqın ümidlərini doğrultdu, Naxçıvan camaatını çətin vəziyyətdən çıxara bildi.
Ulu Öndərin sonrakı fəaliyyəti 1993-cü ildən Azərbaycan rəhbərliyində təmsil olunması ilə başladı. İlk növbədə Milli Məclisin Sədri, daha sonra Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, müstəqil dövlət quruculuğunda Heydər Əliyev əvəzsiz rol oynadı. Ərazilərimizin işğala məruz qaldığı həmin dövrdə ölkəni ayaqda tutmaq üçün ciddi addımlar atmaq lazım idi. Elə həmin vaxtlar "Əsrin müqaviləsi" gündəmə gəldi. Ölkəmizi inkişafa aparan həmin müqavilənin imzalanması üçün isə ciddi əmək, böyük təşkilatçılıq qabiliyyəti və uzaqgörənlik tələb olunurdu. Heydər Əliyev bunun da öhdəsindən gəldi, çətin maraqların kəsişdiyi bir vaxtda "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu.
1994-cü ildən etibarən Heydər Əliyevin ciddi əməyi sayəsində ordumuz möhkəmlənməyə başladı. Dövlətimiz bununla zaman qazandı, qüvvələr səfərbər edildi, güclü ordu quruculuğuna nail olundu və nəticə etibarilə hələ 90-cı illərdən başlanan tərəqqi bizi 44 günlük Vətən müharibəsində şanlı Zəfərə qədər apardı.
Heydər Əliyev irsini uğurla davam etdirən onun siyasi varisi İlham Əliyevin prezidentlik fəaliyyəti dövrü Azərbaycan üçün müstəsna əhəmiyyətə malikdir. Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək xalqımızın ən ümdə arzusunu reallaşdırdı, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi.
Ulu Öndərin layiqli davamçısı kimi İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndiririk. Müzəffər Ali Baş Komandanın dövlət idraəetməsi, etiket məsələləri, daxili və xarici siyasət strategiyaları Azərbaycanı daim zirvələrə ucaldıb. Fikrimcə, dövlətçiliyimizin qorunması naminə bundan sonra da atılacaq addımlarda uğurlara imza atmaq üçün Heydər Əliyev məktəbini öyrənmək, onun irsini davam etdirmək lazımdır.
Elşad MUSAYEV,
Böyük Azərbaycan Partiyasının sədri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki Latviya Seyminin sədri ilə görüşdə COP29-a hazırlıq tədb...
20 May
Paytaxtda bəzi restoranlardan havaya atılan tullantıların miqdarının normadan çox olduğu müəyyənləşd...
20 May
Qarabağ Universiteti üzrə Çağrı Mərkəzi yaradılıb
20 May
Qadın Resurs mərkəzləri vasitəsilə 824 nəfər qadın biznes fəaliyyətinə qoşulub
20 May
AQTA-nın monitorinqləri zamanı 40 müəssisədə nöqsanlar aşkarlanıb
20 May
Ötən il 187 qadın, 9 kişi barədə mühafizə orderi verilib
20 May
Özünüməşğulluq proqramı üzrə son bir həftədə 200-dək şəxs üçün kiçik təsərrüfatlar yaradılıb ...
20 May
“İƏT Modeli–2024” proqramının əsas mövzusu COP29, ətraf mühitin qorunmasına həsr olunub ...
20 May
İran Prezidentinin cənazəsi sabah Təbrizdən Məşhədə göndəriləcək
20 May
Hesabat: Nikahların sayı azalıb, boşanmaların sayı çoxalıb
20 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!