08 Oktyabr 2024 20:58
819
CƏMİYYƏT
A- A+
Azərbaycanda İkinci Dünya müharibəsinin iştirakçıları dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub

Azərbaycanda İkinci Dünya müharibəsinin iştirakçıları dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub

XX əsrin son rübündə SSRİ-nin dağılması yeni müstəqil dövlətlərin meydana çıxması ilə nəticələndi. Azərbaycanda xalqın emosiyaları üzərində hakimiyyətə yiyələnən siyasi qruplaşmalar tarixi hadisələri düzgün qiymətləndirə bilmədilər və xalq arasında nüfuzdan düşdülər. İkinci Dünya müharibəsində iştirak edənlərə qarşı ögey münasibət bəsləyən AXC-Müsavat hakimiyyəti faşizmin hansı bəlalar gətirəcəyindən xəbərsiz idi. Əvvəla SSRİ vahid vətən idi və İkinci Dünya müharibəsi zamanı onun müdafiəsi hamının borcu idi. Digər tərəfdən, əgər faşist Almaniyası qalib gəlsəydi, ərazi baxımından Azərbaycan kimi kiçik respublikaların əhalisi “ari” xalqın xidmətçisi olacaqdı. Adolf Hitlerin ideoloji xəttinə görə bütün xalqlar almanlara nökərçilik etməli idi. Bu real tarixi bilməyən və 1941-1945-ci illərdə baş verən müharibədə iştirak edənlər SSRİ ilə yanaşı, elə Azərbaycanı da işğaldan müdafiə ediblər. Bu baxımdan onlara dövlət tərəfindən qayğı və hörmət göstərilməli idi. 1993-cü ildə Azərbaycanı fəlakətə sürükləyən hakimiyyətin varlığına xalq son qoydu və Heydər Əliyevin ölkəyə rəhbərlik etməsini təkidlə tələb etdi.

AZƏRTAC müasir müstəqil Azərbaycan Respublikasında İkinci Dünya müharibəsi iştirakçıları ilə bağlı aparılan sosial siyasəti bir daha nəzərdən keçirir.

Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra bir çox sahələrdə olduğu kimi İkinci Dünya müharibəsinin iştirakçılarına da münasibət müsbət istiqamətdə dəyişdi. Ümummilli Lider Heydər Əliyev ləğv edilən 9 May - Qələbə Gününün yenidən dövlət bayramı kimi qeyd olunması haqqında qərar qəbul etdi və 1994-cü ilin iyununda “Veteranlar haqqında” Qanun qəbul olunaraq onlara dövlət qayğısı artırıldı. Ulu Öndər İkinci Dünya müharibəsi iştirakçılarını cəmiyyətimizdə ən hörmətli insanlar kimi dəyərləndirdi, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində fəal dövlət siyasətinin formalaşmasını təmin etdi. Həmin insanlara qayğı ildən-ilə artırılmaqla yanaşı, onların dövlət büdcəsi hesabına mənzil və avtomobillə təminatı işləri də aparıldı.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də müharibə veteranlarını qayğıdan kənarda saxlamayıb. Prezidentin müvafiq Fərman və Sərəncamı ilə 2008-ci il sentyabrın 1-dən İkinci Dünya müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə və 2012-ci il iyulun 1-dən İkinci Dünya müharibəsi iştirakçılarına Prezidentin aylıq təqaüdləri təyin olunaraq ödənilir.


Ötən dövrdə həmin təqaüdlərin məbləği orta hesabla 6 dəfə artırılaraq, İkinci Dünya müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər üçün orqanizmin funksiyalarının 81-100 faiz (I dərəcə), 61-80 faiz (II dərəcə) və 31-60 faiz (III dərəcə) pozulmasına görə müvafiq olaraq 500 manata, 400 manata, 330 manata, İkinci Dünya müharibəsi iştirakçıları üçün 330 manata çatdırılıb. İkinci Dünya müharibəsi iştirakçıları, həmçinin yaşa görə aylıq pensiya ilə təmin edilirlər. Onlara pensiya təyin olunarkən pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr hesablanıb. Hazırda ölkəmizdə yaşa görə orta aylıq pensiya məbləği 525 manatdır. Son beş ildə aparılan ardıcıl sosial islahatlar nəticəsində ölkəmizdə sosial ödənişlərdə ciddi artımlara, o cümlədən qeyd edilən təqaüdlərdə orta hesabla 3 dəfə, orta aylıq pensiyada 2,4 dəfə artıma nail olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə İkinci Dünya müharibəsi ilə əlaqədar əlilliyi olan 100-dən çox şəxs mənzillə və 1100-dən çox şəxs avtomobillə təmin olunub.

Qeyd edək ki, faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycan xalqının da böyük rolu olub. Azərbaycan cəbhəyə 600 mindən çox adam yola salıb. Azərbaycanda təşkil olunmuş 4 diviziya ən gərgin döyüşlərdə iştirak edib. Arxa cəbhədə gecə-gündüz çalışan xalqımız böyük şücaət nümayiş etdirib. Arxiv sənədlərindən görünür ki, 1941-1945-ci illərdə Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanda istehsal olunaraq cəbhəyə göndərilib. Bu baxımdan faşizm üzərində Qələbənin 50 illik yubileyində çıxış edən Ümummilli Lider Heydər Əliyevin fikirlərini xatırlamaq yerinə düşər: “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovet İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksəkkeyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi…”.

Humanizm və insanpərvərlik prinsiplərini həmişə üstün tutan Prezident İlham Əliyev tariximizə daim hörmətlə yanaşaraq veteranlara yüksək qayğı göstərməkdə davam edir. Dövlətimizin başçısı hər il 9 May - Qələbə günü ərəfəsində İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım verilməsi barədə Sərəncam imzalayır. 2024-cü il 2 may tarixli Sərəncamla da 1941–1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarının hər birinə 2000 manat, həmin müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, İkinci Dünya müharibəsi dövründə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş və Sərəncamda nəzərdə tutulan digər şəxslərin hər birinə 1000 manat birdəfəlik maddi yardım verilib.

Qeyd olunan birdəfəlik maddi yardımın məbləği də ötən dövrdə mütəmadi artırılıb, o cümlədən son beş ildə 2 dəfə artırılaraq İkinci Dünya müharibəsi iştirakçıları üçün 1000 manatdan 2000 manata, döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə görə, medal və döş nişanı ilə təltif edilmiş şəxslər üçün 500 manatdan 1000 manata çatdırılıb. Hazırda ölkəmizdə İkinci Dünya müharibəsi iştirakçılarının sayı 24 nəfərdir. Onlardan ən yaşlısı 1915-ci il təvəllüdlü, hazırda 109 yaşı olan Hilal İsa oğlu İbrahimovdur.

Bu gün sağ qalan İkinci Dünya müharibəsi iştirakçılarının müalicəsi, reabilitasiya xidmətləri, sanator-kurort yollayışları ilə təminatı sahələrində də müvafiq işlər görülür, ehtiyac duyduqları hallarda onlara evlərində səyyar formada sosial-məişət xidmətləri də göstərilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ADA təhsil bilicilərini Qazaxa topladı

09:15
09 Oktyabr

Tovuzlu üzümçülər yerli sortlara üstünlük verirlər

09:10
09 Oktyabr

"Azərbaycan "yaşıl enerji" istehsalı sahəsində Avropa ölkələri ilə rəqabət aparmaq imkanındadır"

09:05
09 Oktyabr

"Axmaq olma, Ermənistan"

09:00
09 Oktyabr

Erməni xalqı müharibə canilərini dəstəkləmir

08:55
09 Oktyabr

O torpaqlar unudulmayıb

08:50
09 Oktyabr

Qərbi Azərbaycana qayıdış onların fundamental haqqıdır

08:45
09 Oktyabr

ABŞ-nin yeni təxribatlarının əsas səbəbi nədir?

08:40
09 Oktyabr

Ağ Evin məkrli ssenarisi

08:35
09 Oktyabr

ABŞ sülhü yox, müharibəni seçir 

08:30
09 Oktyabr

İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur" 

08:25
09 Oktyabr

Daha 16 ailə Şuşaya qayıtdı

08:20
09 Oktyabr

Şuşaya gedən Zəfər yolunun açarı

08:15
09 Oktyabr

Qarabağ, Zəfər... və Polad Həşimov!

08:10
09 Oktyabr

Böyük dövrün böyük hədəfləri

08:05
09 Oktyabr

Milli Məclisdən ABŞ-yə etiraz

08:00
09 Oktyabr

Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

02:43
09 Oktyabr

Z.X.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında

02:42
09 Oktyabr

Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

02:42
09 Oktyabr

Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

02:41
09 Oktyabr

Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında

02:41
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!