Azərbaycan yaddaşlarda həm də dinlərin qovuşduğu ölkə kimi qalacaq
Din bütün tarixi dövrlərdə mövcud olan cəmiyyətlərin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz tərkib hissəsi kimi qiymətli olmuş və olmaqda da davam edir. "Sivilizasiyalar toqquşmasının" hökm sürdüyü müasir dövrümüzdə müxtəlif dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək olduqca zəruri göstəricidir.
Dünya birliyi tərəfindən dinlərə hörmət bəsləmək, ehtiram göstərmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilmişdir. Bu gün insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir.
"Dini etiqad azdlığı haqqında" Azərbaycan Respublikasının Qanunu ölkə vətəndaşlarının dinə öz münasibətini bildirmək və ifadə etmək azadlığını təsbit edir, onların dinə münasibətlərindən asılı olmayaraq, hüquq bərabərliyini təmin edir. Qanun müstəqil Azərbaycan Respublikasında dini qurum və icmaların fəaliyyətinə, dini etiqad azadlığı ilə əlaqədar vətəndaşların və dini qurumların hüquqlarına, dini qurumların dövlət orqanları ilə münasibətlərinə dair məsələlərin tənzimlənməsi üçün əsas hüquqi sənəddir.
Bu il mayın 1-3-ü tarixlərində ölkəmizin paytaxtında VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. "Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr" mövzusunda keçirilən bu muhum tədbirdə dünyanın müxtəlif ölkələrindən gəlmiş ümumilikdə 700 qonaq iştirak edirdi. 110-dan çox ölkəni təmsil edən iştirakçılar arasında müxtəlif ölkələrdən gəlmiş din xadimləri də var idi. Din xadimlərinin də forumda iştirak etməsi ölkəmizdə onlara göstərilən diqqət və qayğının, verilən yüksək dəyərin təzahürü idi.
Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev din xadimlərinin dünyadakı və cəmiyyətdəki rolunu yüksək qiymətləndirərək demişdir: "Azərbaycana gəldikdə, mədəniyyətlərarası dialoq elə bir məfhumdur ki, biz onu güclü şəkildə təşviq edirik. Ölkəmizdə çoxsaylı tədbirlər təşkil edirik. Bunlar dinlərarası dialoqla bağlıdır. Müzakirələrin bir hissəsi olaraq məhz bunu Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində həyata keçiririk və digər tədbirlərdə bu məsələyə toxunuruq. Bununla bağlı xüsusi müzakirə sessiyası və COP29 tədbiri də olacaqdır. Bu dialoq məsələsi orada da müzakirə olunacaqdır. Əminəm ki, bütün dünyadan gələn bu sahə üzrə rəhbərlər bu gün Bakıda həmrəylik nümayiş etdirəcəklər və liderlik göstərəcəklər. Çünki dini nümayəndələrin rolu dünyada bütün xalqlar üçün vacibdir və onlar həmin rəhbərlərdən sülh, tolerantlıq, qarşılıqlı hörmət kimi müsbət mesajları eşitməlidirlər. Bunlar çox vacib amillərdir. Əfsuslar olsun ki, biz bəzi hallarda fərqli mesajları da eşidirik və bu da əlavə gərginlik yaradır. Bir sözlə, düşünürəm ki, bu istiqamətdə müsbət tendensiyalar güclü şəkildə dəstəklənməlidir".
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 1-də dini liderlərin Bakı görüşü də keçirilib. Müxtəlif dinləri təmsil edən liderlər dünyamızda sülh və dialoq naminə bir araya gəliblər. Dünyanın 30-dan çox ölkəsindən dini liderlərin qatıldıqları tədbirdə dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi, dindən sui-istifadə olunması hallarının qarşısının alınmasında birgə səylərin artırılması, müasir dünyanı, sülhü və əmin-amanlığı təhdid edən amillərə, xüsusilə müharibələrə, qarşıdurmalara, dinlərarası ixtilaflara qarşı müxtəlif sivilizasiyaların və dinlərin nümayəndələrinin birgə mövqeyi, iqlim dəyişikliyi və ekoloji böhran problemlərinə dinlərin münasibəti, media və sosial şəbəkələrdə nifrətə çağırışlara qarşı mübarizədə dini liderlərin, ictimai və siyasi xadimlərin birgə fəaliyyəti və digər məsələlər müzakirə olunub, çağırışlar edilib, təkliflər səsləndirilib. Dini liderlər çıxışları zamanı dünyamızda əmin-amanlığın və sülhün təmin olması üçün fikirlərini bildiriblər, rəylərini söyləyiblər.
Görüşdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Mədəniyyətlərarası Dialoq Forumu Prezident İlham Əliyevin təşəbbüsü ilə dünyanın nüfuzlu beynəlxalq qurumları - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, ICESCO və Dünya Turizm Təşkilatını tərəfdaş kimi cəlb edən yeganə platformadır. Azərbaycan Prezidentinin müəllifi olduğu, 2008-ci ildən mədəniyyətlərarası dialoqun inkişafını nəzərdə tutan "Bakı Prosesi" beynəlxalq ictimaiyyəti narahat edən humanitar problemlərin dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, dini liderlər, nüfuzlu alim və ekspertlər arasında səmərəli fikir mübadilələrinin aparılmasına əlverişli imkan yaradıb.
Beynəlxalq İslam Xeyriyyə Fondunun Prezidenti Abdulla Əl Mətuq vurğulayıb ki, dünyada sülhün qurulmasına ciddi ehtiyac var. Qeyd edib ki, bəzi ölkələrdə yaşanan aclığın, yoxsulluğun aradan qaldırılması məqsədilə ciddi şəkildə müzakirələr aparılmalı, onların həlli üçün dialoq kanalları qurulmalıdır.
Türkiyənin Diyanət İşləri üzrə Komitəsinin Strateji inkişaf departamentinin sədri Mustafa Ermaklı bildirib ki, dünyada sülh və sabitliyin bərqərar olması üçün haqsızlığa, ədalətsizliyə qarşı mübarizə aparılması əsas şərtdir.
VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər işğaldan azad olunmuş ərazilərimizə səfərlər də ediblər. Onlar səfərləri zamanı ermənilərin dini abidələrimizi necə vəhşicəsinə dağıtdıqlarının canlı şahidi olublar. Din xadimlərinin Şuşa görüşü keçirilib. Görüşdə yekdilliklə Şuşa Bəyannaməsi qəbul edilib. İştirakçılar Prezident İlham Əliyevin müəllifi olduğu "Bakı Prosesi"ni alqışlayaraq, cari ilin noyabrında ölkəmizdə keçiriləcək COP29-un uğurla təşkil ediləcəyinə əminiklərini bildiriblər.
Üç gün davam edən forum bir daha dünyaya göstərdi ki, Azərbaycan dinlər və mədəniyyətlərarası dialoqa, tolerantlığa böyük önəm verir. Ölkəmizin əldə etdiyi bu uğurlar beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan forum iştirakçılarının yaddaşında həm də müxtəlif dinlərin qovuşduğu bir məkan kimi qalacaq.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismar...
19 May
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
19 May
Azərbaycan ilə İranın dövlət sərhədində Prezident İlham Əliyevin və Prezident Seyid İbrahim Rəisinin...
19 May
Sabah Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
19 May
“Rusiya – Azərbaycan” dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
19 May
Cevdet Yılmaz: TDT üçüncü dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü təşkilata çevrilib ...
19 May
Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub
19 May
Şabranın 3 kəndini birləşdirən yol təmir edilir
19 May
GDU rəhbərliyi ilə tələbələrin görüşü keçirilmişdir
19 May
İndi Cəlilabad təkcə taxıl və üzüm diyarı deyil
19 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!