22 Iyun 2024 22:38
479
Mədəniyyət
A- A+

Azərbaycan və Çin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı görüş keçirilib  

 

İyunun 21-də Azərbaycan nümayəndə heyətinin Çin tərəfi ilə Pekin Dil və Mədəniyyət Universitetində toplantısı keçirilib. Görüş zamanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Mətbuat və Yayım Administrasiyası arasında 2022-ci ildə imzalanmış Anlaşma Memorandumuna əsasən hər iki ölkənin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı hazırkı vəziyyət və görüləcək işlər müzakirə olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Milli Mətbuat və Yayım Administrasiyasının birinci dərəcəli müfəttişi, Mərkəzi Komitənin Təbliğat Şöbəsinin İdxal və İxrac Bürosunun direktor müavini Cao Hayyun nümayəndə heyətini salamlayıb və Çin-Azərbaycan mədəni əməkdaşlığının davamı olaraq tərcümə layihəsinin önəmini vurğulayıb. Bildirib ki, layihə iki xalqın mədəni irsinin öyrənilməsi və təbliğinə öz töhfəsini verəcək.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin rəsmi nümayəndə heyəti Pekin Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycanın iştirakının təşkili ilə bağlı göstərilən dəstəyə, eyni zamanda, Azərbaycanın mədəni irsinə olan diqqətə görə təşəkkürünü ifadə edib. Çin tərəfinə tərcümə layihəsinin hazırkı vəziyyəti ilə bağlı məlumat verilib, həmçinin Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində iki xalqın mədəni əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə edilib. Çin tərəfi 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində bir neçə Çin nəşriyyatının iştirak edəcəyini bildirib.

Görüş Bakı Beynəlxalq Kitab Sərgisinin tanıtım çarxının nümayişi ilə yekunlaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video