10 Oktyabr 2026 00:48
811
Nazirlər Kabineti
A- A+
“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli 638 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli 638 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında


№ 330


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli 638 nömrəli Fərmanının 10-cu hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 mart tarixli 40 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 254 (Cild I); 2024, № 2, maddə 209, № 5 (II kitab), maddə 612; 2025, № 12 (II kitab), maddə 1233) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş “Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına müəssisə, idarə və təşkilatların buraxılması üçün icazənin alınması Qaydası”nın 2-ci hissəsinin dördüncü abzasında “diplomatik və digər nümayəndəliklərində, habelə” sözləri “diplomatik nümayəndəliklərində və” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Dövlət sirrinin yayılmasının qarşısının alınması Qaydası”nın 12-ci hissəsinin altıncı və yeddinci abzasları ləğv edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 44 (Cild I); 2024, № 4, maddə 453, № 9, maddə 1085; 2025, № 8, maddə 806, № 11, maddə 1083, № 12 (II kitab), maddələr 1218, 1233; 2026, № 5 (II kitab), maddə 473) ilə təsdiq edilmiş 2 nömrəli əlavə – “Ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası”nda “Qeydlər”in 1-ci hissəsinin ikinci cümləsində “konsullara” sözü “konsullarına” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 may tarixli 76 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 565 (Cild I); 2025, № 12 (II kitab), maddə 1216; 2026, № 1, maddə 84, № 2, maddə 194) ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1-ci bənddə “konsulluqlar” sözü “Azərbaycan Respublikasının səfirlikləri və konsulluqları” sözləri ilə əvəz edilsin;

3.2. 1.4-cü bənddə “konsulluqlarda” sözü “Azərbaycan Respublikasının səfirliklərində və konsulluqlarında” sözləri ilə əvəz edilsin;

3.3. həmin Qaydanın 2 nömrəli əlavəsində “konsulluqlarda” sözü “Azərbaycan Respublikasının səfirliklərində və konsulluqlarında” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 13 oktyabr tarixli 429 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1892 (Cild I); 2025, № 12 (II kitab), maddə 1233) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndəsi və onun aparatı haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.3. Ticarət nümayəndəsi və onun aparatı Azərbaycan Respublikasının səfirliyinin və ya konsulluğunun binasından kənarda yerləşdikdə, onun yerləşdiyi binada və ya onun ərazisində Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılır və Azərbaycan Respublikası Dövlət Gerbinin qabarıq təsviri və Azərbaycan dilində və təyin olunduğu dövlətin dövlət dilində (dillərində) “Azərbaycan Respublikasının (Azərbaycan Respublikasının səfirliyi və ya konsulluğunun olduğu ölkə üzrə təyin olunduğu səfirliyin və ya konsulluğun adı, Azərbaycan Respublikasının səfirliyinin və ya konsulluğunun olmadığı ölkə üzrə isə müvafiq ölkənin adı) ticarət nümayəndəsi” yazısı olan lövhə vurulur.”;

4.2. 6.3-cü bənddən (hər iki halda) “mövcud” sözü çıxarılsın;

4.3. 6.5-ci bəndin ikinci cümləsində “Konsulluğa” sözü “Azərbaycan Respublikasının konsulluğuna” sözləri ilə əvəz edilsin;

4.4. 6.8-ci bənddə “səfirlik və ya konsulluqlar” sözləri “Azərbaycan Respublikasının səfirlikləri və ya konsulluqları” sözləri ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359, № 6 (II kitab), maddə 739, № 7, maddələr 920, 930, № 9, maddələr 1067, 1099, 1106, № 10, maddə 1167, № 12 (II kitab), maddə 1428; 2025, № 2, maddə 187, № 6, maddə 594, № 7, maddələr 706, 714, 716, № 8, maddə 800, № 9, maddələr 857, 863, 870, 879, № 10, maddə 972, № 11, maddə 1084, № 12 (II kitab), maddələr 1207, 1233, 1257; 2026, № 2, maddələr 173, 187, 189, № 3, maddə 264, № 4, maddələr 360, 387, № 5 (II kitab), maddələr 466, 470, 474, № 6, maddələr 559, 567, 592, № 7 (II kitab), maddə 753; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 9 sentyabr tarixli 287 nömrəli və 21 sentyabr tarixli 308 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

5.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə”dən “222950. “Əməyin mühafizəsi xərcləri” maddəsi istisna olmaqla, həmin Qərarın əlavələri üzrə “və regional” sözləri çıxarılsın;

5.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə” üzrə:

5.2.1. “1.2.0. “Beynəlxalq münasibətlər” köməkçi bölməsi aşağıdakı redaksiyada verilsin:

“1.2.0. “Beynəlxalq münasibətlər” köməkçi bölməsinə beynəlxalq maliyyət-kredit təşkilatlarının səhm kapitalında iştirak, beynəlxalq təşkilatlara üzvlük haqqı və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə maliyyə öhdəlikləri, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılması və digər beynəlxalq fəaliyyətlə bağlı xərclər daxildir. Bu köməkçi bölmə “1.2.1. “Beynəlxalq təşkilatlara üzvlük haqqı”, “1.2.2. “Beynəlxalq maliyyə institutlarının (maliyyə-kredit təşkilatlarının) səhm kapitalında iştirak”, “1.2.3. “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılması” və “1.2.9. “Digər beynəlxalq fəaliyyət” paraqraflarından ibarətdir.”;

5.2.2. “1.2.3. “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları” paraqrafında “nümayəndəlikləri və konsulluqları” sözləri “nümayəndəliklərinin və konsulluqlarının saxlanılması” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1189 (Cild I); 2024, № 1, maddə 112, № 3, maddə 319, № 4, maddə 443; 2025, № 2, maddələr 187, 201, № 12 (II kitab), maddələr 1206, 1218, 1247, 1257) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nın 45-ci hissəsinə “dövlətlərdə” sözündən sonra “fövqəladə və səlahiyyətli” sözləri əlavə edilsin.


Əli Əsədov,

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 9 ” “ oktyabr ” 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!