06 Iyun 2024 03:02
884
Məktublar
A- A+

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!
Əlamətdar bayram - Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırmaqdan böyük məmnunluq duyuram. Müstəqillik Günü Azərbaycanın qurucularının ölkənin taleyini formalaşdırmaq əzmini və uzaqgörənliyini nümayiş etdirir.  
Pakistan Azərbaycanla ortaq inanca, dəyərlərə və səylərə əsaslanan güclü qardaşlıq əlaqələrini yüksək qiymətləndirir. Qarşılıqlı faydalı əməkdaşlığımızın inkişaf etməsi böyük məmnunluq doğurur. Ölkələrimiz əsl qardaşlar kimi beynəlxalq forumlarda əsas maraq doğuran bütün məsələlərdə bir-birini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.
Bakının bu ilin noyabrında COP29-a evsahibliyi edəcək şəhər seçilməsi münasibətilə Azərbaycanı bir daha təbrik edirəm. Mən Sizin dəvətinizi almışam və COP29 sammitində iştirak etməyi səbirsizliklə gözləyirəm. Pakistanın hərtərəfli dəstəyinə əmin ola bilərsiniz və bu mühüm tədbirin təşkilində Azərbaycana uğurlar arzulayıram. Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə COP29 Azərbaycan üçün daha bir parlaq diplomatik nailiyyət olacaqdır.
2023-cü ilin iyun ayında gözəl Bakı şəhərinə səfərim zamanı apardığımız məhsuldar müzakirələri, eləcə də bu yaxınlarda Ramazan bayramı ilə əlaqədar telefon danışığımızı böyük məmnunluqla xatırlayıram. Zati-alinizin qardaşlıq əlaqələrimizi daha yüksək zirvələrə qaldırmaqla bağlı mövqeyi məni həmişə ruhlandırıb.
Zati-aliləri, məhz bu ruhda Sizə münasib olan ən yaxın zamanda Pakistana rəsmi səfər etmək barədə dəvətimi bir daha bildirirəm. Bu səfər bizim zamanla sınanmış və davamlı dostluq əlaqələrimizə təkan verməklə yanaşı, həm də münasibətlərdə yeni və şərəfli bir səhifə açacaqdır.
Zati-alinizə möhkəm cansağlığı, rifah, qardaş Azərbaycan xalqına isə davamlı firavanlıq və tərəqqi arzulayıram.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. 
Hörmətlə,

Məhəmməd Şahbaz ŞƏRİF,
Pakistan İslam Respublikasının Baş naziri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video