Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və "Təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci, 6-cı və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17 (Cild I) 355-4-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 355-4.4-cü maddədə "aşağıdakılardan biri və ya bir neçəsi" sözləri "aşağıdakılar" sözü ilə əvəz edilsin;
1.2. 355-4.6-cı maddədə "30" rəqəmləri "60" rəqəmləri ilə əvəz edilsin.
Maddə 2. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
2.1. aşağıdakı məzmunda 19.3-1-ci, 87.6.21-1-ci və 197.1.5-3-cü maddələr əlavə edilsin:
"19.3-1. Cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaq və ya onun qanuni nümayəndəsi, yaxud məişət zorakılığından zərər çəkmiş şəxs tələb etdikdə, cinayət prosesini həyata keçirən orqan cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşağa, yaxud məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım göstərilməsi üçün cinayət prosesində vəkilin iştirakını təmin etməlidir.";
"87.6.21-1. məişət zorakılığı ilə bağlı cinayət işi üzrə pulsuz hüquqi yardımdan istifadə etmək;";
"197.1.5-3. məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım göstərildikdə vəkilə ödənilməli olan haqqın məbləği;";
2.2. 194-cü maddə üzrə:
2.2.1. adına "uşağa" sözündən sonra "və məişət zorakılığından zərər çəkmiş şəxsə" sözləri əlavə edilsin;
2.2.2. aşağıdakı məzmunda 194.1-3-cü maddə əlavə edilsin:
"194.1-3. Məişət zorakılığından zərər çəkmiş şəxsə göstərilən pulsuz hüquqi yardımın ödənilməsi, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilir.";
2.2.3. 194.2-ci maddəyə "uşaqlara" sözündən sonra "və ya məişət zorakılığından zərər çəkmiş şəxslərə" sözləri əlavə edilsin;
2.3. 198.1-ci maddədə "197.1.5-1, 197.1.5-2, 197.1.6 - 197.1.9-cu" sözləri "197.1.5-1 - 197.1.9-cu" sözləri ilə əvəz edilsin.
Maddə 3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 54.2-ci maddənin birinci cümləsinə "Məcəllənin" sözündən sonra "158.4," rəqəmləri əlavə edilsin;
3.2. 158-ci maddə üzrə:
3.2.1. aşağıdakı məzmunda 158.2-1-ci və 158.4-cü maddələr əlavə edilsin:
"158.2-1. Bu Məcəllənin 158.1-ci və 158.2-ci maddələrində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla altmış saatdan yüz saatadək ictimai işlər və ya on beş günədək müddətə inzibati həbs tətbiq olunur.";
"158.4. "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və müddətdə məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlığın edilməməsi və ya zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməməsinə görə -
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.";
3.2.2. "Qeyd" hissəsinin 2-ci bəndində "158.1 və 158.2-ci" sözləri "158.1 - 158.2-1-ci" sözləri ilə əvəz edilsin.
Maddə 4. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 19 (Cild I) 20-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. I hissənin birinci cümləsinə "təqsirləndirilən şəxslərə" sözlərindən sonra ", məişət zorakılığından zərər çəkmiş şəxslərə" sözləri əlavə edilsin;
4.2. II hissənin ikinci abzası ləğv edilsin;
4.3. aşağıdakı məzmunda III hissə əlavə edilsin:
"III. Bu maddənin I hissəsində nəzərdə tutulmuş şəxslərə dövlət hesabına hüquqi yardım göstərən vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz.".
Maddə 5. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684 (Cild I) aşağıdakı məzmunda 11.3-2-ci maddə əlavə edilsin:
"11.3-2. Ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində tədris olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzular daxil edilir.".
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2024-cü il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"TEMİRLİ QRUP" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
09 May
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Age...
09 May
İsmail Serageldinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqın...
09 May
Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
09 May
Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlled...
09 May
Ankarada Azərbaycan-Türkiyə biznes-forumu
09 May
Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın...
09 May
Bolqarıstan Prezidenti Rumen Radev ilə Milli Məclisdə görüş
09 May
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bolqarıstanın birinci xanımı Desislava Radeva ilə gö...
09 May
Ali qonağın şərəfinə
09 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!