07 Iyun 2024 04:02
754
Qanunlar
A- A+

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 14-cü və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17 (Cild I); 2024, № 1, maddə 13; Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli, 29 mart tarixli 1110-VIQD nömrəli və 1113-VIQD nömrəli qanunları) 350.4-cü maddəsində "3 gün müddətində" sözləri "dərhal" sözü ilə əvəz edilsin.
Maddə 2. Azərbaycan Respublikasının Ailə Məcəlləsində (Azərbaycan Respublikasının Qanun vericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 126 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli1110-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 11.1-ci maddədə "keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi" sözləri "keçmələri" sözü ilə əvəz edilsin;
2.2. 65.5-ci, 161.4-cü, 162.3-cü, 163.3-cü və 166.2-1-ci maddələrdə "qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən" sözləri "məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən" sözləri ilə əvəz edilsin;
2.3. 68.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
"68.6.Valideynlik hüquqlarının məhdudlaşdırılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədənçıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.";
2.4. 118.20-ci maddədə "3 gün müddətində" sözləri "dərhal" sözü ilə əvəz edilsin;
2.5. 164.5-ci maddədə "akt qeydi üzrə" sözləri "vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında" sözləri ilə əvəz edilsin və həmin maddəyə "şəxs" sözündən sonra ", yaxud onun qanuni nümayəndəsi, etibarnamə ilə səlahiyyət verdiyi şəxs, barəsində akt qeydi tərtib edilmiş şəxs öldükdə isə yaxın qohumları" sözləri əlavə edilsin;
2.6. 171.1-ci maddənin birinci cümləsində "şəxsən yazılı ərizə verirlər" sözləri "ərizə ilə müraciət edirlər" sözləri ilə əvəz edilsin; 
2.7. 171.2-ci və 178.2-ci maddələr ləğv edilsin;
2.8. 180.1-ci maddəyə "nikahın pozulmasını" sözlərindən sonra "bu Məcəllənin 23.3-cü maddəsinə uyğun olaraq "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən, habelə" sözləri əlavə edilsin;
2.9. 183-cü maddənin birinci cümləsinə "qeydə alınması" sözlərindən sonra "(qeydiyyat bu Məcəllənin 23.3-cü maddəsinə əsasən "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda şəhadətnamənin verilməsi)" sözləri əlavə edilsin.
Maddə 3. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024,№ 1, maddələr 10, 16) aşağıdakı dəyişikliklər edilsin:
3.1.2.0.3-cü maddəyə "qeydiyyatı" sözündən sonra ", habelə şəhadətnamələrin verilməsi" sözləri əlavə edilsin;
3.2. 12-ci maddə üzrə:
3.2.1. adına "qeydiyyatı"sözündən sonra", habelə şəhadətnamələrin verilməsi" sözləri əlavə edilsin;
3.2.2. 12.2-ci maddənin birinci abzasına və 12.3-cü maddəyə "qeydə alınması" sözlərindən sonra "(qeydiyyat "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda şəhadətnamənin verilməsi)" sözləri əlavə edilsin;
3.2.3. 12.2.2-ci maddədə "qeydiyyat" sözü "qeydə alınması (qeydiyyat "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda şəhadətnamənin verilməsi)" sözləri ilə əvəz edilsin;
3.3. 13-cü maddənin adına "qeydə alınması" sözlərindən sonra "və ilkin şəhadətnamələrin verilməsi" sözləri əlavə edilsin;
3.4. 16.3-cü maddə üzrə:
3.4.1.birinci abzasa"qeydiyyatına" sözündən sonra ", habelə şəhadətnamələrin verilməsinə" sözləri əlavə edilsin;
3.4.2. aşağıdakı məzmunda 16.3.3-1-ci maddə əlavə edilsin:

3.4.3. 16.3.4-cü maddəyə "qeydə alınmasına" sözlərindən sonra "(qeydiyyat "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda şəhadətnamənin verilməsinə)" sözləri əlavə edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 may 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video