Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18; Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1069-VIQD nömrəli və 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 51.2-ci maddəyə "materialları" sözündən sonra "media subyektinə təqdim edilə, yaxud" sözləri əlavə edilsin;
1.2. 55.1.1-ci maddədən "hal şahidlərinə," sözləri çıxarılsın;
1.3. 56-cı maddə üzrə:
1.3.1. 56.1-ci maddədə ", tərcüməçilərin və hal şahidlərinin" sözləri "və tərcüməçilərin" sözləri ilə əvəz edilsin;
1.3.2. 56.2-ci maddədə ", tərcüməçi və hal şahidləri" sözləri "və tərcüməçi" sözləri ilə əvəz edilsin;
1.4. 69-cu maddə ləğv edilsin;
1.5. 92-ci maddə üzrə:
1.5.1. 92.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"92.2. Şəxsi axtarış şəxs inzibati qaydada tutulduqda, barəsində inzibati həbs tənbeh növü tətbiq edildikdə, yaxud inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin şəxsin üzərində və ya bədənində gizlədilməsini güman etməyə kifayət qədər əsaslar olduqda aparılır. Şəxsi axtarış eyni cinsdən olan səlahiyyətli vəzifəli şəxs tərəfindən, bu Məcəllənin 92.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fasiləsiz videoçəkiliş aparılmaqla həyata keçirilir.";
1.5.2. aşağıdakı məzmunda 92.2-1-ci maddə əlavə edilsin:
"92.2-1. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin şəxsin bədənində gizlədilməsini güman etməyə kifayət qədər əsaslar olduqda şəxsi axtarış şəxsin soyundurulması ilə həyata keçirilə bilər. Bu halda videoçəkilişdən istifadəyə yol verilmir və barəsində şəxsi axtarış aparılan şəxsin bədən üzvləri eyni cinsdən olan tibb işçisi tərəfindən, təcrid olunmuş yerdə yoxlanılır. Tibb işçisi onun iştirakı ilə həyata keçirilən bu prosessual hərəkətin məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edir və olduğu halda öz qeydlərini protokola daxil edir. Həmin şəxs bu Məcəllənin 67-ci maddəsinə uyğun olaraq şahid kimi sorğu-sual edilə bilər.";
1.5.3. 92.3-cü maddə üzrə:
1.5.3.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:
"Əşyaların (əl yükü, baqaj, ov və balıq ovu alətləri, əldə edilmiş məhsul və sair) yoxlanılması fasiləsiz videoçəkiliş aparılmaqla həmin əşyaların mülkiyyətçilərinin və ya sahiblərinin iştirakı ilə həyata keçirilir.";
1.5.3.2. ikinci cümlədə "iki hal şahidinin iştirakı ilə" sözləri "fasiləsiz videoçəkiliş aparılmaqla" sözləri ilə əvəz edilsin;
1.5.4. aşağıdakı məzmunda 92.5-1-ci maddə əlavə edilsin:
"92.5-1. Şəxsi axtarış (bu Məcəllənin 92.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) və əşyaları yoxlama haqqında protokolda fasiləsiz videoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılır və videoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavə olunur.";
1.5.5. 92.6-cı maddənin birinci cümləsində "hal şahidləri" sözləri "bu Məcəllənin 92.2-1-ci maddəsində nəzərdə tutulmuş halda həmin prosessual hərəkətdə iştirak edən tibb işçisi" sözləri ilə əvəz edilsin;
1.6. 93-cü maddə üzrə:
1.6.1. 93.2-ci maddə üzrə:
1.6.1.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:
"Nəqliyyat vasitəsinə baxış fasiləsiz videoçəkiliş aparılmaqla nəqliyyat vasitəsi sahibinin iştirakı ilə həyata keçirilir.";
1.6.1.2. ikinci cümlədə "videoyazı" sözü "fasiləsiz videoçəkiliş" sözləri ilə əvəz edilsin;
1.6.2. aşağıdakı məzmunda 93.3-1-ci maddə əlavə edilsin:
"93.3-1. Nəqliyyat vasitəsinə baxış haqqında protokolda fasiləsiz videoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılır və videoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavə edilir.";
1.6.3. 93.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
"93.4. Maddi sübutların qeydə alınması məqsədilə onların fotoşəkilləri də çəkilə bilər. Bu halda nəqliyyat vasitəsinə baxış haqqında protokolda fotoçəkilişdən də istifadə edilməsi barədə müvafiq qeyd aparılır və fotoçəkilişdən istifadə nəticəsində əldə edilmiş məlumat daşıyıcıları protokola əlavə olunur.";
1.6.4. 93.5-ci maddənin birinci cümləsindən ", habelə hal şahidləri" sözləri çıxarılsın;
1.7. 94-cü maddə üzrə:
1.7.1. 94.1-ci maddədə "iki hal şahidinin iştirakı ilə" sözləri "fasiləsiz videoçəkiliş aparılmaqla" sözləri ilə əvəz edilsin;
1.7.2. aşağıdakı məzmunda 94.4-1-ci maddə əlavə edilsin:
"94.4-1. Əşyaların və sənədlərin götürülməsi haqqında protokolda fasiləsiz videoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılır və videoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavə edilir.";
1.7.3. 94.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
"94.5. Əşyaların və sənədlərin götürülməsi zamanı onların fotoşəkilləri də çəkilə bilər. Bu halda əşyaların və sənədlərin götürülməsi haqqında protokolda fotoçəkilişdən də istifadə edilməsi barədə müvafiq qeyd aparılır və fotoçəkilişdən istifadə nəticəsində əldə edilmiş məlumat daşıyıcıları protokola əlavə olunur.";
1.7.4. 94.6-cı maddənin birinci cümləsindən ", habelə hal şahidləri" sözləri çıxarılsın;
1.8. 109.1.2-ci maddədə "69" rəqəmləri "70" rəqəmləri ilə əvəz edilsin;
1.9. 376-cı maddə üzrə:
1.9.1. adına "qanunsuz" sözündən sonra "olaraq media subyektinə təqdim edilməsi, yaxud" sözləri əlavə edilsin;
1.9.2. dispozisiyasına "materiallarının" sözündən sonra "media subyektinə təqdim edilməsinə, yaxud" sözləri əlavə edilsin.
Maddə 2. Keçid müddəa
Bu Qanun 2024-cü il iyunun 1-dən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2024-cü il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna 1000 kilometrdən çox uçuş məsafəsi olan hücum pilotsuz təyyarələrinin istehsalına başlayıb...
30 Iyun
İsmayıllıda torpaq sürüşməsi səbəbindən Qoydan kəndinin sakinləri köçürülür
30 Iyun
Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var
30 Iyun
Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib
30 Iyun
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək
30 Iyun
Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub
30 Iyun
Azərbaycanın energetika naziri İtaliyaya səfər edib
30 Iyun
Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub
30 Iyun
Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib
30 Iyun
Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb
30 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu q...27 Iyun 2024
Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi tə...26 Iyun 2024
Azərbaycan beynəlxalq əməkdaşlıq platformasına çevrilir25 Iyun 2024
İlham Əliyevin əməkdaşlıq modeli qlobal platformaya çevrilir21 Iyun 2024
Qurtuluş missiyası15 Iyun 2024
ÇOX OXUNANLAR
Prezident növbədənkənar parlament seçkilərini təyin etdi29 Iyun 2024
Sülh uğrunda müharibə26 Iyun 2024
Davamlı inkişaf, səmərəli islahat, real nəticə25 Iyun 2024
Böyük tarixdən başlanan Zəfər yolu23 Iyun 2024
“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb22 Iyun 2024
Adın nədir - Daşdəmir...21 Iyun 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!