№ 484
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli
1177-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli
140 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 1, maddə 78) ilə təsdiq edilmiş 5 nömrəli əlavə – “Dövlət sərhədini pozan hava gəmilərinə və uçuş aparatlarına qarşı hava hücumundan müdafiə qoşunlarının növbətçi qüvvə və döyüş texnikasının tətbiq edilməsi Qaydaları”nın 5-ci hissəsinin ikinci cümləsindən “və könüllü hərbi vətənpərvərlik texniki idman cəmiyyəti” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli
193 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 600 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması Qaydaları”nın 1.9-cu bəndinin dördüncü abzasının birinci cümləsindən “könüllü hərbi-vətənpərvərlik texniki-idman cəmiyyətlərinin,” sözləri çıxarılsın.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 20 ” “ noyabr ” 2024-cü il