Azərbaycan keçən il rusiyalı turistlərin üz tutduğu ölkələr sırasında birinci yerdə qərarlaşıb
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov arasında görüş keçirilib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ölkəmizdə turizm sahəsinin inkişafına dövlət səviyyəsində xüsusi diqqətin ayrıldığını, 2023-cü ildə xarici ziyarətçilərin sayında 2022-ci illə müqayisədə 30 faiz artımın olduğunu qeyd edib. O, Rusiyanın Azərbaycan üçün mühüm turizm bazarı olduğunu, Rusiya vətəndaşlarının 2023-cü ildə gələn ziyarətçilərin 30 faizini təşkil etdiyini, iki ölkə arasında turizm sahəsində çoxtərəfli əməkdaşlıq potensialının mövcudluğunu vurğulayıb. Agentlik sədri, həmçinin bu il martın 5-də imzalanmış “2024-2026-cı illərdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında turizmin inkişafına dair Yol Xəritəsi”nin bu istiqamətdə mühüm imkanlar ehtiva etdiyini bildirib.
Fuad Nağıyev “Şahdağ” Turizm Mərkəzinin timsalında rusiyalı turistlərin Azərbaycandakı qış və dağ-xizək mərkəzlərinə maraq göstərməsindən bəhs edərək, Rusiyanın “Roza Xutor” qış mərkəzinin də daxil olduğu Avrasiya Dağ Kurortları Alyansı çərçivəsində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov pandemiyadan əvvəlki rəqəmlər tam bərpa olunmasa da, 2023-cü il statistikasına əsasən Azərbaycanın rusiyalı turistlərin üz tutduğu ölkələr sırasında birinci yerdə qərarlaşdığını, ikitərəfli turizm əlaqələrinin inkişafı üçün geniş potensialın mövcudluğunu diqqətə çatdırıb. O, həmçinin MDB ölkələrinə turlar təşkil edən Rusiya turoperatorların fəaliyyətini stimullaşdıracaq qanun layihəsi haqqında danışaraq, qanun layihəsinin digər ölkələrlə yanaşı, Azərbaycanla da tərəfdaşlıq əlaqələrinin güclənməsinə təkan verəcəyini deyib.
Görüşdə Rusiya ilə müntəzəm olaraq həyata keçirilən birbaşa uçuşlar, Moskvada Azərbaycanın turizm nümayəndəliyinin açılması, Xəzər dənizində kruiz turizminin inkişafı potensialı, qış turizmi üzrə əməkdaşlıq, Azərbaycanın turizm imkanlarının Rusiyada tanıdılması, investisiya imkanları, aparılan geniş marketinq və tanıtım kampaniyası, turizm sənayesi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
AFFA “Qarabağ” – “Neftçi” oyununda baş verənləri araşdırıb
08 May
Eçmiadzin arxiyepiskopu Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb
08 May
Kosmos üçün nəzərdə tutulmuş yeni skafandr təqdim edilib
08 May
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
08 May
İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək
08 May
Bolqarıstan Prezidenti Rumen Radev Bakıda şəhidlərin xatirəsini anıb
08 May
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub
08 May
Sahib Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb
08 May
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb
08 May
Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb
08 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!