12 Mart 2024 08:00
9514
SİYASƏT
A- A+
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir

Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir

 

İslamofobiya, ksenofobiya kimi bəlalardan əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. 1990-cı illərdə təcavüzkar ermənilər Birinci Qarabağ müharibəsini başlayanda, soydaşlarımız qaçqın və məcburi köçkün düşəndə, ərazilərimizin iyirmi faizi otuz ilə yaxın Ermənistanın işğalı altında qalanda, eləcə də bu günün özündə ölkəmiz ikili standartla, hər cür ayrı-seçkiliklə üzləşib.
Ksenofobiyanın, islamofobiyanın tüğyan etdiyi Qərb ölkələri təcavüzkar ermənilərin qanlı əməllərini görüb susduqları halda, Azərbaycanın öz ərazilərində Ermənistanın işğalına son qoymasını, separatizmlə mübarizəsini, ərazi bütövlüyünü təmin etməsini "etnik təmizləmə" adlandırırlar.
Bu cür iftiralara, böhtanlara əl atanlar çox yaxşı bilirlər ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Dinlərin və etnik qrupların nümayəndələri bu ölkədə əmin-amanlıq içərisində bir ailə kimi yaşayırlar. Prezident İlham Əliyevin Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda bildirildiyi kimi, ölkəmizdə milli sərvət kimi qorunan dini bərabərlik və inklüzivlik Azərbaycan xalqının həyat tərzidir, onun güc mənbəyidir. Bundan irəli gələrək, təbiidir ki, multikultural dəyərlərə hörmət bizim dövlət siyasətimizin prioritet istiqamətlərindən birini təşkil edir".
Prezident İlham Əliyev təəssüflə qeyd edib ki, dünyada islamofobiya meyilləri sürətlə artmaqdadır: "İslamın potensial təhlükə mənbəyi kimi aşılandığının, müsəlmanlara qarşı şübhə, ayrı-seçkilik və açıq nifrətin gündən-günə daha geniş yayıldığının şahidi oluruq. İslamofobiya ilə Mübarizə Gününə dair BMT-nin Qətnaməsində də qeyd edildiyi kimi, dini inanclarla bağlı ayrı-seçkilik, dözümsüzlük və şiddət hallarının çoxalması dərin narahatlıq doğurur". Dövlətimizin başçısı qeyd edib ki, XXI əsrdə islamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır: "Terrorizm və ekstremizmi hər hansı bir din, millət, sivilizasiya və ya etnik qrupla əlaqələndirmək yanlış yanaşmadır".
Konfransın açılış mərasimində BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun tədbir iştirakçılarına müraciəti səsləndirildi. Müraciətdə bildirildi ki, dünyada bir çox müsəlmanın islamofobiyanın qurbanı olmağı böyük təəssüf doğurur. İslamofobiyanın dünyanın müxtəlif ölkələrində yayılması müsəlmanlara qarşı nifrət deyil, fobiyadır. Müsəlmanlara qarşı nifrətin insan hüquqlarına zidd olduğunu vurğulayan Migel Anxel Moratinos qeyd edib ki, ədalətli, sülh içində bir dünya yaratmaq üçün bütün insanlar qeyri-tolerantlığa qarşı mübarizə aparmalıdırlar: "Dünyada bütün dinlərin əsasında mərhəmət və qarşılıqlı hörmət dayanır. Bunu qorumaq isə bizim borcumuzdur".
Konfransda çıxışında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yusif Əl-Dubei bildirdi ki, Azərbaycan bu illər ərzində islamofobiyaya qarşı mübarizəyə həsr olunan yüksəksəviyyəli müxtəlif tədbirlər keçirib, nümunəvi addımlar atıb. Bu tədbirin keçirilməsi də Azərbaycanın güclü öhdəliyini əks etdirir.
Dünyada təxribat xarakterli aktların törədilməsinin davam etdiyini, insanların dini inanclarına görə hədəfə alındığını diqqətə çatdıran İƏT Baş katibinin köməkçisi onu da qeyd etdi ki, müsəlmanlara qarşı təzyiqlərin, ayrı-seçkilik hallarının qarşısını almaq üçün müxtəlif tədbirlər görülməlidir: "İslam Əməkdaşlıq Təşkilatı beynəlxalq təşkilatları, vətəndaş cəmiyyətlərini bu hallara qarşı birləşməyə, səfərbər olmağa çağırır".
G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham çıxışında qeyd etdi ki, islamofobiya ilə var gücümüzlə mübarizə aparıb bu problemi kökündən həll etməliyik. O vurğuladı ki, dünyada islam dininə qarşı qərəzli münasibətə, mənfi tendensiyalara adekvat cavablar verilməlidir. Ona görə də islamofobiya ilə mübarizənin əhatə dairəsi genişləndirilməlidir.
ABŞ Müsəlman Təşkilatları Şurasının baş katibi Oussama Ali Cammal "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən "Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanın yenidən düşünülməsi" mövzusunda aralıq sessiyasında müsəlmanlara qarşı ayrı-seçkiliyin geniş vüsət aldığını qeyd etdi.
Sözügedən beynəlxalq konfrans çərçivəsində təşkil edilmiş "Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanın yenidən düşünülməsi" adlı aralıq sessiyasında çıxış edən İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Mahmut Erol Kılıç islamofobiyanı sürətlə yayılan xroniki xəstəliyə bənzətdi: "Bu problem cəmiyyətdə müxtəlif səviyyələrdə təzahür edir. Düşünürəm ki, islamofobiyanı epidemiya kimi təsvir etmək daha doğru olar". Mahmut Erol Kılıç bildirdi ki, bəzi ölkələr islamofobiyanı öz siyasətlərinin bir parçasına çevirib, bu isə dünyanı sülhdən uzaqlaşdırır: "Əgər sülhün bərqərar olduğu bir dünyanı gələcək nəsillərə ötürmək istəyiriksə, islamofobiyaya qarşı birgə mübarizə aparmalıyıq".
Böyük Britaniyanın Srebrenitsanı xatırlama təşkilatının sədri və "Badger" Sağlamlıq Qrupunun baş icraçı direktoru Vəqaruzzaman Əzmi diqqətə çatdırdı ki, islamofobiya müsəlmanlara qarşı yalnız pis rəftarla məhdudlaşmır, onun kökündə daha mənfi məqamlar var: "Çox şadam ki, Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir, belə tədbirlər keçirir, bu məsələləri müzakirəyə çıxarır. İslamofobiyaya qarşı qlobal strategiya ilə mübarizə apardığı üçün Azərbaycan Prezidentini, Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Çünki islamofobiyaya qarşı mübarizə qlobal perspektivdə ən fundamental məsələlərdən biridir, onun qlobal strategiyaya ehtiyacı var".
Xatırladaq ki, İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə keçirildi. Konfransda dünyanın 32 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarından 130-dan çox nümayəndə iştirak edirdi.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!